"Əmək
pensiyaları haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. "Əmək
pensiyaları haqqında"
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006, № 3, maddə
208 (Cild I); 2024, № 2, maddə
137; Azərbaycan Respublikasının
2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli
və 19 aprel tarixli 1133-VIQD nömrəli
qanunları) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 9-cu maddə üzrə:
1.1.1. 9.5-ci maddənin birinci abzasına "hərbi qulluqçu kimi" sözlərindən
əvvəl "hərbi
xidmətdən buraxıldığı
gündən" sözləri
əlavə edilsin;
1.1.2. 9.5.2-ci maddəyə "buraxılmış," sözündən
sonra "buraxıldığı
günə" sözləri
əlavə edilsin;
1.1.3. 9.6-cı maddənin ikinci cümləsinə
"qəbul edilmiş"
sözlərindən sonra "və buraxılmış" sözləri
əlavə edilsin;
1.2. 20-ci maddə üzrə:
1.2.1. 20.2-ci maddədə "Azərbaycan Respublikası
Milli Məclisinin fəaliyyətdə olan deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə
olan deputatının əməkhaqqının" sözləri
"əməkhaqqının orta aylıq məbləğinin (pensiya
təyinatı tarixinədək
əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla)" sözləri
ilə əvəz edilsin;
1.2.2. 20.3-cü maddədə "Azərbaycan Respublikası
Milli Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komitə və komissiya sədrinin və ya sədrinin
müavininin, Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komissiya sədrinin və ya komissiya
sədrinin müavininin
əməkhaqqının" sözləri "müvafiq
vəzifə üzrə
aldığı əməkhaqqının
orta aylıq məbləğinin (pensiya
təyinatı tarixinədək
əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla)" sözləri
ilə əvəz edilsin;
1.2.3. 20.6-cı maddədə "Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının fəaliyyətdə
olan üzvünün
və Naxçıvan
Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının fəaliyyətdə
olan üzvünün
əməkhaqqının" sözləri "əməkhaqqının
orta aylıq məbləğinin (pensiya
təyinatı tarixinədək
əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla)" sözləri
ilə əvəz edilsin;
1.2.4. 20.9-cu maddədə "fəaliyyətdə olan müvəkkil (ombudsman) üçün müəyyən
edilmiş əməkhaqqının"
sözləri "əməkhaqqının
orta aylıq məbləğinin (pensiya
təyinatı tarixinədək
əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla)" sözləri
ilə əvəz edilsin;
1.2.5. 20.10-cu maddə aşağıdakı redaksiyada
verilsin:
"20.10. Bu Qanunun
20.1.1-ci, 20.1.3-cü, 20.1.6-cı və
20.1.16-cı maddələrində nəzərdə tutulmuş
şəxslərin qulluq
stajına görə
əmək pensiyasına
əlavələr hesablanarkən
həmin şəxslərin
orta aylıq əməkhaqları onların
son 12 ay ərzində müvafiq vəzifələr üzrə
aldığı vəzifə
maaşının və
məcburi dövlət
sosial sığortasına
cəlb edilən bütün ödənişlərin
cəminin 12-yə nisbəti
yolu ilə müəyyən edilir.";
1.2.6. 20.14.2-ci maddəyə "30
təqvim ili" sözlərindən əvvəl
"buraxıldığı günə" sözləri
əlavə edilsin;
1.2.7. 20.16.2-ci maddədə (birinci halda) "60" rəqəmləri "70" rəqəmləri
ilə əvəz edilsin;
1.2.8. 20.21-ci maddədə "Azərbaycan Respublikası
Hesablama Palatasının
fəaliyyətdə olan
üzvünün əməkhaqqının"
sözləri "əməkhaqqının
orta aylıq məbləğinin (pensiya
təyinatı tarixinədək
əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla)" sözləri
ilə əvəz edilsin;
1.2.9. 20.22-ci maddədə "müvafiq olaraq Hesablama Palatasının sədrinin, sədrin müavininin və ya auditorunun əməkhaqqının" sözləri
"müvafiq vəzifə üzrə
aldığı əməkhaqqının
orta aylıq məbləğinin (pensiya
təyinatı tarixinədək
əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla)" sözləri
ilə əvəz edilsin;
1.2.10. 20.25-ci maddə ləğv edilsin;
1.3. 22-1.5-ci maddəyə "təyin edilmiş" sözlərindən sonra
"aylıq" sözü,
"tətbiq edilərək"
sözlərindən sonra
"eyni növ" sözləri əlavə
edilsin;
1.4. 31.1-1-ci maddəyə "yenidən hesablanması"
sözlərindən sonra
", eləcə də
bu Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış
qaydada bir növdən digər növə keçirilməsi"
sözləri əlavə
edilsin;
1.5. 34-cü maddə üzrə:
1.5.1. aşağıdakı məzmunda 34.1-1-ci maddə
əlavə edilsin:
"34.1-1. Əmək pensiyasının avtomatlaşdırılmış
qaydada bir növdən başqa növə keçirilməsi
əmək pensiyaçısının
daha yüksək məbləğdə hesablanmış
digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçirilir.";
1.5.2. 34.2-ci maddəyə "keçirilmə" sözündən
sonra "bu Qanunun 34.1-1-ci maddəsinə
uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın
aparıldığı tarixdən
və ya" sözləri əlavə
edilsin.
Maddə 2. Keçid
müddəa
"Əmək pensiyaları
haqqında" Azərbaycan
Respublikası Qanununun
20.1.1-ci, 20.1.3-cü, 20.1.6-cı və
20.1.16-cı maddələrində nəzərdə tutulmuş
şəxslər həmin
maddələrdə nəzərdə
tutulmuş sığorta
stajını bu Qanunun qüvvəyə mindiyi tarixədək topladığı halda həmin şəxslərə
"Əmək pensiyaları
haqqında" Azərbaycan
Respublikası Qanununun
2024-cü il iyulun 1-dək
qüvvədə olan
normaları tətbiq edilir.
Maddə 3. Bu Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
7 iyun 2024-cü il
Azərbaycan.-2024.-
30 iyun, № 134.- S.2.