Azərbaycan
Respublikası Prezidentinin
2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Tələbə-məzun" dövlət
elektron məlumat sistemi haqqında Əsasnamə"də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 23
fevral tarixli 225 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2010, № 2, maddə 89 (Cild
I); 2024, № 4, maddə 397) ilə
təsdiq edilmiş
"Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə"yə
aşağıdakı məzmunda
6.10-4-cü bənd əlavə
edilsin:
"6.10-4. Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi;".
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
29 iyun 2024-cü il
Azərbaycan.-2024.-
30 iyun, № 134.- S.2.