"Azərbaycan
Respublikası Hökuməti
ilə Belarus Respublikası
Hökuməti arasında
malların mənşəyinin
sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi
haqqında Protokol"un
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2024-cü il mayın 16-da Bakı şəhərində
imzalanmış "Azərbaycan
Respublikası Hökuməti
ilə Belarus Respublikası
Hökuməti arasında
malların mənşəyinin
sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi
haqqında Protokol"
təsdiq edilsin.
2. Bu Fərmanın
1-ci hissəsində göstərilən
Protokol qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
və Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsi
onun müddəalarının
həyata keçirilməsini
təmin etsinlər.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Protokolun qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurların yerinə
yetirildiyi barədə
Belarus Respublikası Hökumətinə
bildiriş göndərsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
29 iyun 2024-cü il
Azərbaycan.-2024.-
30 iyun, № 134.- S.2.