2024-cü il
sentyabrın 1-nə təyin
edilmiş Azərbaycan
Respublikasının Milli
Məclisinə
növbədənkənar seçkilərdə vətəndaşların
seçki hüququnu pozan hərəkətlərdən
(hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması
məqsədilə Mərkəzi
Seçki Komissiyası
nəzdində ekspert qrupunun yaradılması barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının
qərarı
Qərar ¹ 15/54
Azərbaycan Respublikası
Prezidentinin 2024-cü il
28 iyun tarixli Sərəncamı ilə
Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilər
2024-cü il sentyabrın
1-nə təyin edilmişdir.
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
(bundan sonra - Seçki Məcəlləsi) 112-1.1-ci maddəsinə görə
vətəndaşların seçki
hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən)
və qərarlardan verilən şikayətlərin
araşdırılması məqsədilə
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının (bundan
sonra - Mərkəzi Seçki Komissiyası) nəzdində 9 nəfərdən,
dairə seçki komissiyasının nəzdində
isə 3 nəfərdən
ibarət müvafiq ekspert qrupları yaradılır.
Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilərdə
seçki hüququnun
pozulması ilə əlaqədar seçki komissiyalarına daxil olmuş şikayət və müraciətlərin
araşdırılmasının təmin edilməsi məqsədilə Mərkəzi
Seçki Komissiyasının,
həmçinin seçki
dairələri dairə
seçki komissiyalarının
nəzdində Seçki
Məcəlləsində nəzərdə
tutulmuş qaydada ekspert qrupları yaradılmalıdır.
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 28.4-cü, 112-ci və
112-1.1-ci maddələrinə uyğun olaraq qərara alır:
1. 2024-cü il sentyabrın
1-nə təyin edilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilərdə
vətəndaşların seçki
hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən)
və qərarlardan verilmiş şikayətlərin
araşdırılması məqsədilə
Mərkəzi Seçki
Komissiyasının nəzdində
aşağıdakı tərkibdə
ekspert qrupu yaradılsın:
- Ramiz İbrahimov
- Mərkəzi Seçki
Komissiyasının üzvü;
- Fuad Cavadov - Mərkəzi Seçki Komissiyasının üzvü;
- Qabil Orucov - Mərkəzi Seçki Komissiyasının üzvü;
- Bəxşeyiş Əsgərov - Mərkəzi
Seçki Komissiyasının
üzvü;
- Tofiq Həsənov
- Mərkəzi Seçki
Komissiyasının üzvü;
- İlkin Şahbazov
- Mərkəzi Seçki
Komissiyasının üzvü;
- Nailə Əsgərova
- Mərkəzi Seçki
Komissiyasının üzvü;
- İlqar Əlizadə
- Mərkəzi Seçki
Komissiyası Katibliyinin
müdiri;
- Rafiq Abbasov - Mərkəzi Seçki Komissiyası Katibliyi Hüquq şöbəsinin
müdiri.
2. Dairə seçki
komissiyalarının nəzdində
Seçki Məcəlləsinə
uyğun olaraq 3 nəfərdən ibarət
tərkibdə ekspert qrupunun yaradılması seçki dairələrinin
dairə seçki komissiyalarına həvalə
edilsin.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir Pənahov
Katib
Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
29.06.2024
Azərbaycan.-2024.-
30 iyun, ¹ 134.- S.3.