Ağdam
Sənaye Parkı rezidentlərin sayına görə ölkədə
ikinci olacaq
Hər bir ölkənin dayanıqlı
inkişafı və əhalinin sosial rifahının təminatında
sənayenin xüsusi yeri və payı
var. Bu baxımdan,
respublikamızda həyata
keçirilən iqtisadi
islahatların əsas
hədəflərindən birinin
Azərbaycanı inkişaf
etmiş sənaye ölkəsinə çevirmək
olması təsadüfi
deyil.
Sözügedən istiqamətdə
Azərbaycanda konkret addımlar atılır, əməli tədbirlər
görülür. Qısa
vaxtda 6 sənaye parkı və 4 sənaye məhəlləsinin
yaradılması, onların
fəaliyyətinin təşkili,
idarə olunması həmin tədbirlərdəndir.
Artıq nəticələrdən
də danışmaq olar: indiyədək sənaye zonalarına yerli və xarici
investorlar tərəfindən
6,4 milyard manatdan çox sərmayə yatırılıb, bu zonalarda 108 müəssisə
rezident kimi qeydiyyatdan keçib, 60-dan
artıq istehsal sahəsi yaradılıb. Bu zonalarda investorlar
üçün yaradılan
münbit şərait
xarici sahibkarları da özünə cəlb edir. Belə ki, sənaye
zonalarında fəaliyyət
göstərən müəssisələrdən
5-dən çoxu xarici
investorlara məxsusdur.
Növbəti illər
isə sənaye zonalarındakı mövcud
layihələrə sahibkarlar
tərəfindən 450 milyon
manatdan çox investisiya yatırılması
proqnozlaşdırılır. Bütün bunların sayəsində həmin zonalarda istehsal edilən sənaye məhsullarının çəkisi
və çeşidi artır. Son məlumata görə, sənaye zonalarında 7,17
milyard manatlıqdan çox məhsul istehsal edilib, həmin məhsulların
2,3 milyard manatlığı
ixrac olunub.
İşğaldan azad
olunan ərazilərin
yenidən qurulması,
burada dağıdılmış
infrastrukturun bərpası
və yurdlarından didərgin düşmüş
soydaşlarımızın doğma yerlərə qayıtması üçün
bu gün Qarabağ və Şərqi Zəngəzurda
nəhəng layihələr
icra edilir. Dövlətin strateji hədəfində bu iki regionun həm
də iqtisadi cəhətdən inkişafı
durur. Artıq müəyyən işlər
də görülüb.
İşğaldan azad
olunan ərazilərdə
"yaşıl enerji"nin
istehsalı üçün
su, günəş və külək- elektrik stansiyaları tikilir, paralel olaraq sənaye zonaları salınır, orada sahibkarların rahat və maneəsiz
fəaliyyət göstərmələri
üçün əlverişli
biznes və investisiya mühiti yaradılır. Parkların
rezidentləri qeydiyyata
alındıqları tarixdən
10 il müddətinə
əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, o cümlədən
istehsal məqsədilə
idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular ƏDV-dən və 7 il müddətinə
gömrük rüsumlarından
azad olunurlar. Bununla yanaşı, rezidentlər dövlət
vəsaiti hesabına hazır infrastruktur sistemi ilə təmin edilirlər.
Dövlət başçısının
10 dekabr 2021-ci ildə
imzaladığı "İşğaldan
azad edilmiş ərazilərdə iqtisadi
inkişafın sürətləndirilməsi
ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamına
əsasən, bu ərazilərdə özəl
təşəbbüslərin stimullaşdırılması, investisiyaların
təşviqi mexanizmlərinin
təkmilləşdirilməsi, həmçinin bu ərazilərdə istehsal
fəaliyyəti ilə
məşğul olan sahibkarlar üçün
xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin
müəyyən edilməsi,
istehsal fəaliyyəti
ilə məşğul
olan sahibkarlara kommunal xidmətləri (elektrik enerjisi, təbii qaz və su istehlakı)
üzrə güzəştlərin
müəyyən edilməsi,
sahibkarların maliyyə
resurslarına çıxış
imkanlarının genişləndirilməsi
və bu istiqamətdə zəruri
dövlət dəstəyinin
gücləndirilməsi kimi
əlavə güzəştlərin
də verilməsi nəzərdə tutulur.
Prezident İlham
Əliyevin 2021-ci il 28
may tarixli fərmanı ilə yaradılan Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Artıq Sənaye Parkının 60 faizdən
çox hissəsi dolub və bu
ərazilər sahibkarların
uzun müddətlik istifadəsinə verilib. Ümumiyyətlə, əvvəllər
yaradılan sənaye zonaları kimi, Ağdam Sənaye Parkına da sahibkarlar böyük maraq göstərirlər.
Onu da xüsusi
vurğulayaq ki, Sumqayıt Kimya Sənaye Parkından sonra ən çox
rezident sayı Ağdam Sənaye Parkına məxsusdur.
Parkda ümumi investisiyalarının həcmi
200,6 milyon manatdan çox olan 23 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara qeyri-rezidentlik statusu verilib. Bu 29 sahibkarlıq subyekti tərəfindən Sənaye
Parkında ümumilikdə
1900-dən çox iş
yerinin yaradılması
nəzərdə tutulur.
Artıq rezidentlər
tərəfindən sənaye
parkına 35 milyon manatdan çox investisiya yatırılıb,
300-dək daimi iş yeri yaradılıb.
Hazırda Sənaye
Parkında bir çox rezidentlər tərəfindən tikinti-quraşdırma
işləri tam başa çatdırılıb
və onların yaxın zamanlarda fəaliyyətə başlamaları
gözlənilir. Bəzi
rezidentlər tərəfindən
isə tikinti-quraşdırma
işləri aparılır.
Onların bir çoxunun cari ildə yekunlaşması planlaşdırılıb.
Ağdam Sənaye
Parkında havalandırma,
yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların, tikinti materiallarının, dam örtüklərinin, boru
və qutu profillərin, elektrik paylayıcı avadanlıqların
və elektrik yuvaların, həmçinin
müxtəlif növ
dəmir yolu avadanlıqlarının, divar
kağızlarının, ayaqqabıların
istehsalı müəssisələrinin
cari il fəaliyyətə
başlaması nəzərdə
tutulub.
Rüstəm KAMAL,
Azərbaycan.-2024.-
30 iyun, № 134.- S.6.