"Hərbi
xərclərin artırılması
gücümüzün göstəricisidir"
"İkinci Qarabağ
müharibəsində dünya
Azərbaycan Ordusunun əsgər və zabitinin həm qəhrəmanlığının, həm də yüksəksəviyyəli hazırlığının,
peşəkarlığının şahidi oldu. Bugünkü Azərbaycan
Ordusu 4 il öncəkindən daha güclü, daha peşəkardır. Çünki
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrimizin
daha da qüdrətlənməsi
üçün verdiyi
göstəriş və
tapşırıqların icrası
uğurla həyata keçirilib. Hər il büdcədə hərbi xərclərin artırılması həm
də gücümüzün
göstəricisidir. Azərbaycan
heç bir ölkə ilə silahlanma yarışına
girməyib və belə bir niyyəti
də yoxdur. Amma elə bölgədə
yerləşirik və
keçmişdə elə
ağrılar çəkmişik
ki, güclü, peşəkar ordumuzun olması labüddür".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Vüqar İskəndərov
dövlət büdcəsində
hərbi xərclərin
artırılması ilə
bağlı məsələyə
münasibət bildirərkən
söyləyib.
Deputat bildirib ki, ordu ölkənin
təhlükəsizliyinin qarantıdır:
"Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən
bir müddət sonra ordu quruculuğuna
start verilərək bu sahədə çox böyük islahatlar həyata keçirildi. Təbii ki, Prezident İlham
Əliyevin rəhbərliyi
altında yeni çağırışlara cavab
verən daha müasir, çevik, döyüşkən və
peşəkar ordunun yaradılması istiqamətində
də işlər görülüb. Azərbaycan
son zamanlar hərbi infrastrukturunun gücləndirilməsi, modern
hərbi sənaye kompleksinin formalaşdırılması,
yalnız idxal deyil, həmçinin hərbi təyinatlı məhsulların ixrac olunması yolunda da çox vacib
addımlar atır. Buna görə də Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Təbii ki, bu proses
davamlı baş verməlidir və dünya bilməlidir ki, Azərbaycan hərtərəfli inkişaf
edən ölkədir
və onun güclü ordusu var. Bu ad
daimi olaraq ölkəmizin adı ilə bərabər səslənməlidir və
bunun üçün
hərbi sahəyə
ayrılan xərclərin
hər il artırılması gündəmdə
olacaq".
Deputat vurğulayıb
ki, sərhədlərimizin
müdafiə olunması,
vətəndaşların təhlükəsizliyinin
qorunması üçün
güclü ordumuzun olmasını hər kəs arzulayır. Bu səbəbdən də dövlət üzərinə düşən
vəzifələrin ən
yüksək səviyyədə
həll edilməsi üçün bütün
lazımi addımları
atır və atacaq.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
30 iyun, № 134.- S.7.