"Növbədənkənar
seçkilər işğaldan
azad olunmuş ərazilərdə keçiriləcək
ilk parlament seçkisi kimi tarixə düşəcək"
"Ərazi bütövlüyünü
tam təmin edərək qlobal arenada ən qüdrətli dövrünə
qədəm qoyan qalib Azərbaycan dövlət olaraq tarixinin qürurlu dövrünü yaşayır.
44 günlük müharibə
və ardınca birgünlük antiterror tədbirləri nəticəsində
Qarabağda separatizm yuvasının tam dağıdılması ilə
dünyaya dövlət
və millət olaraq gücümüzü
göstərmiş olduq.
Bunun nəticəsi kimi bu gün
bayrağımız ölkəmizin
bütün ərazisində
dalğalanır".
Bu sözləri
"Azərbaycan" qəzetinə
Milli Məclisin deputatı Rəşad Mahmudov deyib. Bildirib ki, bu
möhtəşəm tarixi
hadisədən sonra ölkədə yaranmış
yeni ictimai-siyasi vəziyyət bir sıra mühüm proseslərin reallaşdırılmasına
imkan verib: "İlk dəfə olaraq ölkənin bütün ərazisində
növbədənkənar prezident
seçkiləri keçirilib.
30 ildən sonra işğal altında olan ərazilərdə seçicilər səsvermədə
iştirak edərək
vətəndaşlıq borclarını
yerinə yetiriblər".
R.Mahmudov vurğulayıb
ki, ölkəmiz indi növbəti mühüm ictimai-siyasi mərhələnin astanasındadır:
"Azərbaycan parlament
seçkilərinin keçirilməsinə
hazırlaşır. Milli
Məclisin hər çağırışının səlahiyyət müddəti
5 ildir, eyni zamanda Konstitusiyanın
98-ci maddəsinin II hissəsinə
əsasən, növbədənkənar
seçkilərdə seçilən
Milli Məclisin çağırışının səlahiyyət müddəti
5 ildən az ola bilər. Bu halda növbəti
seçkilər Milli Məclisin çağırışının
səlahiyyət müddətinin
beşinci ilinin noyabr ayında keçirilməlidir. Seçkilərin
keçirilməsi müddətinin
önə çəkilməsi
də bir sıra mühüm məqamlarla əlaqədardır.
Öncə onu demək lazımdır ki, bu, müstəqil
Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində,
işğaldan azad olunmuş torpaqlarda keçiriləcək ilk parlament seçkisi kimi tarixə düşəcək".
Deputat qeyd edib ki, Prezident
İlham Əliyevin sərəncamı ilə
6-cı çağırış Azərbaycan Respublikasının
Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin
2024-cü il sentyabrın
1-nə təyin edilməsi
reallıqdan doğan zərurətdir: "İlk
dəfə olaraq parlament seçkilərinin
işğaldan azad edilmiş ərazilərdə
də keçirilməsi
ərazi bütövlüyünün
qanunvericilik müstəvisində
də təsdiqinin bariz nümunəsi olmaqla yanaşı, xalqımızın sürətlə
inkişaf edən demokratik Azərbaycan naminə səsvermə prosesinə güclü dəstək verdiyini dünyaya nümayiş etdirəcək".
R.Mahmudov bildirib
ki, parlament seçkilərinin növbədənkənar
keçirilməsini şərtləndirən
mühüm amillərdən
biri də BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasının Bakıda
keçirilməsinin noyabr
ayına təsadüf
etməsidir: "İstər
Azərbaycanın, istərsə
də Cənubi Qafqaz regionunun ictimai-siyasi həyatında
strateji əhəmiyyətə
malik belə mötəbər beynəlxalq
tədbirin ölkəmizdə
keçirilməsi dövlətimizə
göstərilən etimadın
və böyük hörmətin göstəricisidir.
Digər tərəfdən,
ölkəmizin üzərinə
böyük məsuliyyət
də düşür.
80 minə yaxın əcnəbi qonağın
Azərbaycana təşrif
buyuracağı və
qlobal əhəmiyyətli
qərarların qəbul
olunacağı COP29-un yüksək
səviyyədə keçirilməsi
zəruriyyətini ortaya
qoyur. Əlbəttə,
Azərbaycan bir sıra qlobal səviyyəli tədbirlərin
uğurla həyata keçirilməsi ilə tanınır və böyük təcrübəyə
malikdir. Bununla belə, mühüm əhəmiyyət daşıyan
parlament seçkilərinin
və qlobal xarakterli tədbirin eyni vaxtda keçirilməsi
məqsədəuyğun olmazdı.
Eyni zamanda Kioto Protokolunun Tərəflər Görüşünün
19-cu sessiyası və
Paris Sazişinin Tərəflər
Görüşünün 6-cı sessiyasının da noyabr ayında Azərbaycanda keçiriləcəyi
nəzərə tutulur.
Təbii ki, belə mötəbər tədbirlərin Bakıda
keçirilməsi dünyanın
diqqətini Azərbaycana
yönəldəcək və
paytaxtımız minlərlə
qonağı qəbul
edəcək".
Deputat qeyd edib ki, böyük
təbliğat platformalarına
çevriləcək bu
tədbirlərin Bakıda
keçirilməsi, sözsüz
ki, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına
və postmüharibə
reallıqlarının dünya
ictimaiyyətinin diqqətinə
çatdırılmasına şərait yaradacaq:
"Bütün bunlar
daha yaxşı hazırlıq tələb
etməklə bərabər,
digər ictimai-siyasi proseslərlə paralel aparılmamasını şərtləndirir.
Buna görə də, Milli Məclisin buraxılması
və növbədənkənar
parlament seçkilərinin
təyin edilməsi ilə bağlı təşəbbüsün deputatlar
tərəfindən dəstəklənməsi
reallıqdan doğan zərurətdir və ölkəmizin maraqlarına
xidmət edir".
Ə.QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
30 iyun, № 134.- S.7.