Azərbaycan
gəncləri - bu günümüz və sabahımız
Gənclik ömrün
bahar çağıdır.
Odur ki, fəsillər, o cümlədən
bahar əbədi olmadığı kimi, gənclik də ötəridir, göz qırpımında uçub
gedir, xatirələrə,
nostalji hisslərə
çevrilir.
Keçmiş ittifaqın
silahlı qüvvələrində
- Rusiyanın Rostov şəhərindəki hərbi
xidmətimdən 35 il
ötür. Oradan avtobusla ətraf qəsəbə Belaya Kalitvaya gedərkən ayağa qalxıb qoca rus qadına
yer verdim, çox sevindi. "Otkuda, sınok?" sorğusuna "İz Azerbaydjana" cavabımdan
gülümsədi, uca
səslə "Vot Aliyev vospitıval" söylədi... Xeyli fərəhləndim, elə
bil dünyanı bağışladılar mənə,
təkcə camaatın,
kütlənin yanında
tərifləndiyimə görə
yox, həm də o səbəbdən
ki, mənsub olduğum millətimin, onun nümayəndəsi Heydər Əliyevin adı xoş məramla çəkilirdi.
Sonrakı dönəmlərdə
bu söz həyatım, davranışım
üçün bir kredoya, mayaka döndü. Axı Ulu Öndər də "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm, mən azərbaycanlıyam"
deyə böyük fəxarətlə söyləmişdir.
Tarixi şəxsiyyət
azərbaycançılığı cəmiyyətin mənəvi
kamilliyinin başlıca
şərti sayır,
bu istiqamətdə gənc nəslin əsas söz, mövqe sahibliyini, onların üzərinə
böyük məsuliyyət
düşdüyünü vurğulayırdı. Müasir
Azərbaycanın banisi
və memarının
təməlini qoyduğu
gənclər siyasəti
gənclərin siyasi proseslərə inteqrasiyasıdır,
qabiliyyətli, istedadlı,
vətənsevər insanların
biliyinin, bacarığının,
qabiliyyətinin cəmiyyətin
inkişafı sahələrinə
tətbiqini təmin edən tədbirlər sistemidir. Ümummilli Lider deyirdi: "Hər bir Azərbaycan
gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi
haqqında düşünməlidir".
Təsadüfi deyil
ki, gənclər siyasəti dövlətin daxili siyasətinin başlıca istiqamətlərindəndir.
Azərbaycan Prezidentinin
26 iyul 1994-cü il tarixli fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması
dövlət idarəçiliyində
gənclərin daha fəal iştirakının
təminində hüquqi
sənəd olaraq dövlət siyasətinin
təminatçısına çevrilmişdir.
Ənənəvi mübahisələr
- nəsillər arasında
qınaq və müqayisələr həmişə
olub, var və innən belə də davam edəcək. Hətta eramızdan əvvəlki Mesopotamiyaya aid gil lövhəcikdə
yaşlıların gənclərdən
narazı qaldıqları
və onların hədlərini aşdıqları
barədə şikayətlərinə
rast gəlinib. Nə gizlədək, 30 illik işğal dövründə Qərb
institutlarının bizə
sırımağa çalışdıqları
milli-mənəvi dəyərlərə
zidd elementləri, ailə strukturunun dağıdılmasına cəhdləri,
mental xüsusiyyətlərimizə
yabançı şouları
görəndə bəzən
cavanlardan narazı qalırdıq. Ən başlıcası, qanayan
yaramız olan işğaldakı vətən
torpaqlarını unutdurmaq
siyasəti, əsrarəngiz
Qarabağa və digər ərazilərə
biganəlik kampaniyasından
narahat olur, cavanların Vətənin
müdafiəsindən uzaq
düşəcəklərindən qorxurduq. Ancaq şükürlər olsun
ki, həmin şübhələrdə yanıldıq,
bədgümanlığımız çəkilib getdi. Bu da xalqımızın
canında, qanında mərdlik, təslimçiliklə
barışmazlıq, müqəddəs
dəyərlərə sahib
çıxmaq genlərinin
mövcudluğu ilə
yanaşı, dövlətin,
şəxsən Prezident
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi
tərəqqisi, hərbi-sənaye
kompleksinin yenilənməsi,
müasir, hazırlıqlı,
təcrübəli ordu
quruculuğuna paralel olaraq, gənclərin hərbi vətənpərvərlik
ruhunda tərbiyə olunmasından qaynaqlanırdı.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu isə şəhid ailələrinə qayğı,
qazilərimizin xaricdə
müalicəsi, ümumiyyətlə,
gənclərimizin siyasi-elmi-mədəni
inkişafı yönündə
möhtəşəm layihələrə
imza atır.
Ali Baş Komandanın Vətən müharibəsində qürurla
dediyi "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə
bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq.
Biz qalib gəlirik. Biz zəfər çalırıq
və biz öz torpaqlarımızı
geri alacağıq, ərazi bütövlüyümüzü
bərpa edəcəyik"
sözləri döyüşçülərin
qələbə ruhunun
manifestinə döndü.
Prezident İlham Əliyev Şuşada hərbçilərlə görüşəndə
bu qələbənin
tarixi əhəmiyyətini
belə vurğulamışdır:
"Bütün nəsillərdən
olan vətəndaşlarımızın
bu qələbədə
böyük zəhməti
var. Ancaq onu da bildirməliyəm
ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi". Sərkərdənin
döyüşçüyə, Ali Baş Komandanın
əsgərə inamının
bu səmimilikdə ifadəsi şəxsi heyətin mənəvi-psixoloji
hazırlığını kamil səviyyədə tamamladı, eyni zamanda bütün Azərbaycan gəncliyinə
möhtəşəm mesaj
verdi.
Qurban MƏMMƏDOV
Azərbaycan.-2024.-
30 iyun, № 134.- S.7.