26 yaşlı zabitin 26 günlük döyüş yolu

 

 

Xalqımız torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğulların adlarını həmişə əziz tutur, xatirələrini hörmətlə yad edir. Baş leytenant Həsən Rzazadə yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Əməliyyatlarda böyük hünər qəhrəmanlıq göstərib.

Bu cəsur zabitin qısa, amma şərəfli döyüş yolu ilə yaxından tanış olduqca qürur hissləri keçiririk. Düşünürük ki, acılı-şirinli olan həyat yollarımız hamar deyil, keşməkeşlidir. Amma qədər keşməkeşli olsa da, sabah başımıza gələcək hadisələrdən xəbərsiz yaşamağımıza davam edirik. Çünki bu, bizim ömür yolumuzdur.

Bu yolda boynumuza düşən borclardan biri dünyaya göz açdığımız Vətəni qorumaqdır. Bəşər yaranandan oğullar həmişə yurda sipər olub, torpağını göz bəbəyi kimi qoruyublar. Döyüşlərdə böyük hünər qəhrəmanlıq göstərərək yağıları diz çökdürüblər. Sonrakı nəsillər bu oğulların qəhrəmanlığı ilə öyünüblər, fəxr ediblər, onlardan nümunə götürüblər. Yurda düşmən təcavüzü olanda Vətən təəssübü çəkən oğullar çiyin-çiyinə verərək torpaqlarımızı işğalçılardan qoruyublar.

2020-ci il sentyabrın 27-də erməni təxribatı nəticəsində başlayan İkinci Qarabağ müharibəsində elə oldu. Vətən təəssübü çəkən oğullar çiyin-çiyinə verərək erməni qəsbkarlarına qarşı döyüşdülər. Döyüşlər isə itkisiz olmur. Təəssüflər ki, Vətən müharibəsinin davam etdiyi günlərdə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə zabit əsgərlərimiz düşmən gülləsinə tuş gəldilər. 

Vətən müharibəsində şəhid olan zabitlərimizdən biri baş leytenant Həsən Vüqar oğlu Rzazadədir. Gənc zabit Cəbrayıldan Laçın rayonunun Səfiyan kəndinə qədər şərəfli döyüş yolu keçib. 26 yaşlı Həsən Rzazadə erməni qəsbkarlarına qarşı 26 gün döyüşüb oktyabrın 29-da Laçında şəhid olub. Ömrünün səhifələrinə böyük hərflərlə yazılmış bu 26 gün ərzində Həsən Vətən uğrunda, yurdunu erməni işğalçılarından azad etmək uğrunda, düşməndən şəhidlərimizin intiqamını almaq naminə vuruşdu. Məqsədinə, amalına çatdı.

Həsən Rzazadə 1994-cü ildə Sumqayıt şəhərində hərbçi ailəsində anadan olmuşdu. 2011-ci ildə orta təhsilini başa vuran yeniyetmə uşaqlıq arzularını reallaşdırmaq üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Hərbi İnstitut) imtahan verərək sınaqlardan uğurla keçmişdi. 2015-ci ildə hərbi təhsilini başa vurduqdan sonra bir il Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində təkmilləşdirmə kursunda təcrübəsini artırmışdı. 2016-cı ildə "N" hərbi hissəsində xidmətə başlayan zabit 2017-ci ildən xidmətini sülhməramlı qüvvələrdə taqım komandiri kimi davam etdirmişdi. 2018-ci il iyun ayının 26-da - Silahlı Qüvvələrin yaradılmasının 100 illiyi münasibətilə Həsən Rzazadəyə baş leytenant hərbi rütbəsi verilmişdi. Təcrübə səriştəsini nəzərə alan komandanlıq 2019-cu il yanvar ayında gənc zabiti illərdən bəri döyüşlərin səngimədiyi Əfqanıstana göndərmişdi. Baş leytenant Həsən Rzazadə burada da xidmətini yüksək bacarıqla yerinə yetirərək Vətənə alnıaçıq qayıtmışdı.

2020-ci il sentyabr ayının 27-də erməni təxribatı nəticəsində başlanan Vətən müharibəsi gənc zabitin xidmətinin həyatının gedişatını dəyişdi. Baş leytenant Həsən Rzazadə könüllü olaraq Qarabağa döyüşə yollandı. Onun döyüş yolu Cəbrayıldan başladı, Qubadlıdan Laçından keçdi. Əgər qəsbkarların atdığı mərmi qəlpəsinə tuş gəlməsəydi, cəsur zabit Şuşa uğrunda da vuruşacaqdı. İkinci Qarabağ müharibəsində Həsən Rzazadənin yalnız döyüş yolu deyil, ömür yolu da yarımçıq qaldı.

Baş leytenant Həsən Rzazadə döyüşlərdə göstərdiyi igidliyə qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə "Qarabağ" ordeni, "Vətən uğrunda",  "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medallarına layiq görülmüşdür.

Anası Ruhəngiz xanım övladını kədər hissi ilə xatırlayır:

- Həsən övladlarımın böyüyü idi. Ondan sonra da üç oğlum dünyaya gəlmişdi - Bəhmən, Nicat Nuran. İlk övlad həmişə istəkli olur. Həsən hələ kiçik yaşlarından şirindil, qılıqlı uşaq idi... Müharibəyə getdiyini bizdən gizlətmişdi. Zəng vuranda deyirdi ki, bizi ehtiyatda saxlayırlar. Sonra öyrəndik ki, Həsən döyüşlərdədir. Evə zəng vurub deyirdi ki, narahat olmayın, erməniləri torpaqlarımızdan qovuruq. Yaxın vaxtlar bütün ərazilərimizi düşmənlərdən təmizləyəcəyik. Həmişə deyirdi ki, torpaqlarımızı ermənilərdən azad etsək, camaatın arasında alnıaçıq, başıuca gəzərik, rahat nəfəs alarıq. Oğul itirmək ağır dərddir. Təskinliyimi yalnız onda tapıram ki, Həsən müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olub. İgidliyi cəsarəti ilə başımızı uca edib.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 30 iyun, № 134.- S.8.