"Rəsm çəkmək ruhumun qidasıdır"

 

 

"Azərbaycanda böyüməsəm , bura mənim üçün doğmadır. Burada insanların öz ruhu, gözəlliyi var. Buranın həm möhtəşəm şəhərləri, həm ucqar kəndləri rəsm sənəti üçün bir ilham mənbəyidir.

"Bir amerikalı üçün Azərbaycan haradır" - əsərlərimdə bunu əks etdirməyə çalışıram. Anam azərbaycanlı olduğu üçün ilk  sərgimi "Gözlər köklərdə" adlandırmışam. Amerikada doğulsam da, Azərbaycanı çox sevirəm. Bu şəhəri mənə sevdirən buranın insanlarıdır. İnsanların baxışlarında doğmalıq, gözlərində sevgi, mərhəmət hissinin olduğunu hiss edirəm. Bu da azərbaycanlıları mənə daha çox sevdirir, məni ruhlandırır, yeni əsərlərimin dünyaya gəlməsinə səbəb olur".

2003-cü ildə ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində anadan olan gənc rəssam Meltem Buyuran Kaliforniya Universitetində (UCSD) psixologiya üzrə təhsil alır. Uşaqlıqdan incəsənətə marağı olan Meltem Amerikanın ən çətin qəbul olunan məktəblərindən biri  Orange County School of the Arts liseyinə qəbul olaraq 4 il orada film televiziya sahəsi üzrə oxuyub. Təhsil illərində bir neçə qısametrajlı bədii sənədli film ərsəyə gətirən gənc istedad filmlərində əsasən insan hisslərinə, həyata sosial mövzulara toxunub. Meltem Buyuranın müəllifi olduğu "Ghost Bike" sənədli filmi Amerikada iki önəmli film mükafatına layiq  görülüb.

Yeri gəlmişkən, qeyd edək ki, rəssamın anası Fəridə Buyuran ABŞ- Azərbaycan mətbəxi haqqında ingilis dilində çap edilən "Nar Zəfəran: Azərbaycana kulinariya səyahəti" kitabının müəllifidir. Kitab 5 böyük mükafata layiq görülüb. Fəridə xanım deyir ki, Meltem hər dəfə Azərbaycana gələndə ana yurdu  şəhərbəşəhər, kəndbəkənd dolaşaraq maraqlı insanlarla tanış olmağı, onlarla təmas yaradıb hisslərini bölüşməyi xoşlayır. Rəssam sadə insanların rəsmini çəkərək onların daxili dünyasını rənglərlə ifadə etməkdən zövq alır.

İyunun 24-ü Bakıda gənc rəssam Meltem Buyuranın Azərbaycana həsr olunan 22 əsərdən ibarət "Gözlər köklərdə" adlı debüt rəsm sərgisi keçirilib. Sərgidə nümayiş olunan əsərlərdə rəssam sadə insanların gündəlik həyatını, ən əsası daxili dünyalarındakı hisslərini üzlərindəki cizgilərdə  ifadə etməyə çalışıb. Tərəddüd etmədən demək olar ki, rəssam istədiyinə uğurla nail ola bilib.

Məltəm deyir ki, məqsədi  sənət vasitəsilə özünü ifadə etməkdir: "Rəssamlıqla bağlı formal təhsil almasam da, həyatımı rənglərdən kənar təsəvvür edə bilmirəm. Kiçik yaşlarımdan rəsm çəkməyə başlamışam. Əsərlərimi əsasən sulu yağlı boya ilə işləyirəm. Sulu boya çox səbir tələb edən texnikadır. Elə var ki, onun üzərində 5  saat işləyirəm, eləsi var ki, onu ərsəyə gətirmək üçün 15 saatdan çox vaxt sərf etməli oluram".

Meltem Buyuran hazırda San-Dieqo şəhərindəki Kaliforniya Universitetində (UCSD) psixologiya üzrə təhsil alır. Rəssam psixologiya ilə təsviri sənətin bir-birinə bağlı olduğunu deyir: "Uşaqlıqdan insanları seyr edərək onların emosiyalarını oxumaq mənim üçün çox maraqlı olub. Təhsilimi psixologiya sahəsində seçməyimin səbəbi elə budur. ABŞ- autizmli uşaqlarla davranış terapevti kimi işlədiyim müddətdə onlarla rəsm çəkərkən bu sənətin insan psixologiyasına olan təsiri faydasını çox aydın şəkildə başa düşdüm. Elə buna görə psixologiya təsviri sənəti birləşdirərək insanlara faydalı olmaq istəyirəm. Hələ yolun başındayam desəm, yalan olmaz. Ömrüm boyu öyrənməyə hazıram".

Məltəm bizimlə söhbətdə çox sevdiyi sənətkar, kumiri Vinsent Van Qoqdan maraqla söhbət açdı: "Onun çox dərin ruhu olduğunu hiss edirəm. Mən onun öz qardaşına yazdığı məktublardan ibarət kitabı oxuduqdan sonra Vinsent Van Qoqun gücünə heyran qaldığım qədər həssaslığına da valeh oldum. Van Qoq tez-tez fəlsəfi mənəvi suallar üzərində düşünür, həyatın mənasını axtarmağa çalışırdı. O, öz əsərlərində insanlıq təbiətə qarşı olan dərin empatiya hissini əks etdirir. Həyatı boyu tək bir əsər satan Van Qoq bütün çətinliklərə baxmayaraq, yaratmağı heç vaxt dayandırmayıb. Mən bu sevginin səbəbini hiss edirəm. Sənət olmazsa, yaradıcı insanın ruhu solur. Mənim üçün rəsm çəkmək ruhumun qidasıdır".

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2024.- 30 iyun, № 134.- S.8.