Doğum günü iyun ayında olan şəhidlərin xatirəsi anılıb
İyunun 28-də “Naxçıvan
Şəhid Ailələri”
İctimai Birliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətli
nümayəndəliyinin dəstəyi
ilə doğum günü iyun ayında olan şəhidlərin anım
tədbiri keçirilib.
AZƏRTAC-ın Naxçıvan
bürosu xəbər
verir ki, tədbirdə dövlət
və hökumət rəsmiləri, şəhid
ailələri, qazilər
və ictimaiyyət nümayəndələri iştirak
ediblər. Əvvəlcə
Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Naxçıvan Televiziyasının
doğum günü iyun ayında olan şəhidlərlə
bağlı hazırladığı
videoçarx izlənilib.
Tələbələr videoçarxda
adları çəkilən
37 Birinci və İkinci Qarabağ müharibəsi şəhidinin
portretlərini səhnədə
nümayiş etdiriblər.
Naxçıvan Muxtar
Respublikasında Azərbaycan
Respublikası Prezidentinin
səlahiyyətli nümayəndəsi
Fuad Nəcəfli qəhrəmanlarımızın xalqımıza bəxş
etdiyi Zəfərdən
danışıb. 1990-cı illər elə bir dövr idi
ki, ölkəmiz müstəqillik qazansa da, o illərdə baş verən xalq hərəkatına səriştəsiz insanlar
rəhbərlik etməyə
çalışırdı. Hər tərəfdə separatçı qruplaşmalar
yaranmış, AXC-Müsavat
cütlüyü xalqı
və müstəqilliyimizi
məhvə sürükləyirdi.
Məhz belə bir dövrdə Naxçıvanda fəaliyyət
göstərən Ümummilli
Lider Heydər Əliyev xalqın son ümid yeri
oldu. 1993-cü ildə
xalqın çağırışına
cavab verən dahi rəhbər qısa zamanda ölkədə sabitliyi təmin etdi, atəşkəsə nail
oldu, soyqırımı
və vətəndaş
qarşıdurmalarının qarşısını aldı,
iqtisadiyyatın dirçəldilməsi
istiqamətində taleyüklü
qərarlar qəbul etdi, ordu quruculuğuna
başladı. Bir sözlə, müstəqilliyin
qorunub saxlanılması
və inkişaf etdirilməsi kimi çətin bir missiyanı yerinə yetirdi. Həmin dövrdə Ulu Öndərimizin qəbul etdiyi mühüm qərarlardan biri də 26 İyun - Silahlı Qüvvələr
Gününün təsis
olunması idi. Həmin ordu ki, Ümummilli Liderimizin diqqət və qayğısı ilə formalaşmış
peşəkar və vətənpərvər milli
hərbçi kadrlarla
komplektləşdi. Dahi
rəhbərin siyasi kursunu layiqincə davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu gün bütün bu prinsipləri daha geniş şəkildə davam etdirir. Bütün bunların nəticəsidir
ki, ordumuz düşmən üzərində
parlaq Qələbə
qazandı.
Səlahiyyətli nümayəndə
qeyd edib ki, bu gün
ölkəmizdə ordu
quruculuğu daha mütəşəkkil şəkildə
davam etdirilir. Azərbaycan dünyanın
bir sıra qabaqcıl ölkələri
ilə hərbi əməkdaşlıq edir.
Bu işlərin davamı olaraq cari ildən Milli Müdafiə Universitetinin hərbi kollecləri fəaliyyətə
başlayacaq. Belə kolleclərdən biri də Naxçıvan şəhərində istifadəyə
veriləcək. Tarix boyu hərb sənətinə böyük
marağı olan naxçıvanlıların bu
sahədə də fəallıq göstərəcəyinə
əminliyini ifadə edən Fuad Nəcəfli bildirib ki, dövlətimiz şəhid ailələrinə
daim diqqət və qayğı göstərir. Naxçıvan
şəhərində və
muxtar respublikanın rayonlarında şəhidlərin
xatirəsinə memorial
abidə kompleksləri
ucaldılacaq. Səlahiyyətli
nümayəndə şəhidlərimizə
Allahdan rəhmət, qazilərə cansağlığı
arzulayıb.
Tədbirdə şəhid
baş leytenant Raqib Hüseynovun anası Rəna Hüseynova və şəhid leytenant İbrahim Vəlizadənin
atası Səməd Vəlizadə çıxış
edərək qəhrəman
övladları ilə
fəxr etdiklərini dilə gətirib, onların bəxş etdiyi başucalığından
danışıblar.
Sonda “Yeni Era” teatrının kollektivi bədii kompozisiya təqdim edib.
Azərbaycan.-2024.-
30 iyun, № 134.- S.8.