Belaruslu
mütəxəssis: Bakıdakı
festival Şahmat Olimpiadası üçün
yaxşı sınaq olacaq
"Beynəlxalq şahmat
festivalında çox
maraqlı görüşlər
olur".
Bu sözləri
AZƏRTAC-a açıqlamasında qadın
şahmatçılardan ibarət Azərbaycan millisinin məşqçisi
Mixail Şereşevski bu gün start götürən “Baku
Open-2024” beynəlxalq turniri barədə danışarkən
deyib.
O,
yarışda bütün diqqətinin qadın komandasına və
şəxsi məşqçisi olduğu Aydın
Süleymanlıya yönəldiyini bildirib: "Turnirdə
müxtəlif ölkələrdən olan
şahmatçılar iştirak edirlər. İndidən proqnoz vermək çətindir.
Hiss olunur ki, bizi gərgin
oyunlar gözləyir.
Bu, sentyabrda keçiriləcək Şahmat
Olimpiadası üçün
yaxşı sınaq olacaq”.
75 yaşlı belaruslu
mütəxəssis Azərbaycanda
istedadlı şahmatçıların
çoxluq təşkil
etdiyini vurğulayıb:
“Vüqar Manafov və Şiroğlan Talıbov kimi şahmatçılarla çalışıram.
Bu idman növündə böyük
uğurlar qazanmaq istəyirsənsə, həyatını
sırf şahmata sərf etməlisən. Mənə görə, şahmatda nəticə qazanmaq üçün bir neçə saat işləmək yetərlidir. Çünki
keyfiyyətli çalışdığın
zaman bunun bəhrəsini görəcəksən.
Ən əsası, yorulmamalısan”.
M. Şereşevski Aydın
Süleymanlının çıxışına
da toxunub: “Aydın çox istedadlı şahmatçıdır.
Onun son illərdə göstərdiyi
nəticələr göz
önündədir. Hətta
reytinqdə də irəliləməyi bacarıb.
Hər bir şahmatçının müsbət
və mənfi cəhətləri olur. Biz Aydınla bunun üzərində işləyirik”.
Qeyd edək ki, “Baku Open-2024” beynəlxalq şahmat festivalında Azərbaycanla
yanaşı, Bolqarıstan,
Gürcüstan, Hindistan,
İran, Qazaxıstan, Səudiyyə
Ərəbistanı, Qətər,
Türkiyə, Ukrayna,
ABŞ, Özbəkistan şahmatçıları,
eləcə də
FIDE bayrağı altında
yarışan iti zəka sahibləri iştirak edirlər.
Azərbaycan.-2024.-
30 iyun, ¹ 134.- S.11.