Altıncı
çağırış Azərbaycan Respublikası
Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilərin
təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“Azərbaycan Respublikası
Milli Məclisinə növbədənkənar seçkilərin
təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə
müraciət edilməsi
barədə” Azərbaycan
Respublikası Milli Məclisinin 2024-cü il
21 iyun tarixli 1174-VIQR nömrəli Qərarını
və “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar
seçkilərin təyin
edilməsi haqqında
Azərbaycan Respublikasının
Prezidentinə müraciət
edilməsi barədə”
Azərbaycan Respublikası
Milli Məclisinin
2024-cü il 21 iyun tarixli Qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına uyğunluğunun
yoxlanılmasına dair”
Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi
Plenumunun 2024-cü il
27 iyun tarixli Qərarını nəzərə
alaraq, Azərbaycan Respublikası Konstitusiyasının
981‑ci maddəsinin I hissəsini
və 109-cu maddəsinin
1-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. Altıncı çağırış
Azərbaycan Respublikasının
Milli Məclisi buraxılsın.
2. Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilər
2024-cü il sentyabrın
1-nə təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 iyun
2024-cü il
Azərbaycan.-
2024.- 29 iyun, № 133.- S.1.