"Sağlamlıq
imkanları məhdud şəxslərin təhsili
(xüsusi təhsil) haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili
(xüsusi təhsil) haqqında" Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, № 7, maddə 442 (Cild
I) aşağıdakı dəyişikliklər
edilsin:
1. 13.4-cü maddə ləğv edilsin.
2. 20.1-ci maddədə "Fiziki çatışmazlığı,
əqli və (və ya) psixi
ləngimələri olanlar"
sözləri "Sağlamlıq
imkanları məhdud olan şəxslərin təhsili" sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
31 may 2024-cü il
Azərbaycan.-2024.-
29 iyun, № 133.- S.2.