Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2024-cü il martın 1-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 may tarixli 56 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş"in icrasını iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:

 

Komissiyanın həmsədri

Azərbaycan Respublikasının energetika naziri

 

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası ekologiya təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası elm təhsil nazirinin müavini

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri

Azərbaycan Respublikasının Albaniya Respublikasında fövqəladə səlahiyyətli səfiri.

 

2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan Birgə Hökumətlərarası Komissiya Azərbaycan Respublikası ilə Albaniya Respublikası arasında iqtisadi əməkdaşlıq əlaqələrinin tənzimlənməsi daha da genişləndirilməsi istiqamətində müvafiq tədbirləri həyata keçirsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Albaniya Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyun 2024-cü il

Azərbaycan.-2024.- 29 iyun, № 133.- S.2.