Müdafiə
və milli təhlükəsizlik xərcləri
7 milyardı ötdü
Azərbaycan hərbi potensialını
daha da gücləndirməklə
regionda sabitliyi təmin etmək niyyətindədir
"2024-cü ilin dürüstləşmiş
büdcəsində müdafiə
və milli təhlükəsizlik xərcləri
705 milyon manat artırılaraq 7 milyard
126 milyon manata çatdırılıb. Hərbi
xərclərin artırılması
bütövlükdə müdafiə
və milli təhlükəsizliyin gücləndirilməsinin
prioritet olduğunu göstərir".
Bu sözləri
qəzetimizə açıqlamasında
Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bildirib ki, Azərbaycan həm müdafiə qabiliyyətinin daha da gücləndirilməsi,
həm də milli təhlükəsizliyin
möhkəmlənməsinə xüsusi önəm verən ölkələrdəndir.
Təbii ki, məqsəd Cənubi Qafqazda formalaşmış
və bütövlükdə
regionun inkişafına
xidmət edən yeni düzənin qorunub saxlanılmasından
ibarətdir. "Azərbaycan
heç bir halda müharibənin tərəfdarı deyil, sülhün və xüsusən də dayanıqlı sülhün
əldə edilməsində
maraqlıdır. Bununla
da praktiki olaraq sülhə töhfə verən ölkələrdən biridir.
Sözsüz ki, özünümüdafiə, ərazi
bütövlüyü və
suverenliyimizin qorunması
prioritetdir və bu da təbii
ki, müdafiə və milli təhlükəsizlik
xərclərinin artırılmasını
tələb edir",
- deyə o əlavə
edib.
V.Bayramov qeyd edib ki, Azərbaycanın
təxminən dörd
il əvvəl müharibə aparmış
ölkə olduğunu
nəzərə alsaq,
bu, xüsusən maddi-texniki bazanın yenidən gücləndirilməsinə
ehtiyac olduğundan xəbər verir. Təbii ki, bütün bunlar fonunda dövlət büdcəsinin bu istiqamətlərinə ayrılan
vəsaitin həcminin
artırılmasını müşahidə
edirik. Bu, birmənalı şəkildə
Azərbaycanın müdafiə
gücünü daha da artırmaqla, ərazi bütövlüyü
və suverenliyinin tam bərpa olunmasından sonra məhz bu düzənin
qorunub saxlanmasına xidmət edən prioritet istiqamət olduğunu bir daha göstərir. Ona görə də hərbi xərclərimizin artmasında
məqsəd stabilliyə,
sülhə töhfə
verməkdir.
Deputat vurğulayıb
ki, Azərbaycan hərbi xərclərini artırmaqla bir sıra ölkələrdən
fərqli olaraq müharibə etmək niyyətində deyil. Yeganə niyyət regionda sülhə və stabilliyə töhfə verməkdir.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
29 iyun, № 133.- S.4.