Elşad
İskəndərov: Mina
qurbanlarının hüquqlarının
bərpası üçün
əməli addımlar
atmağın zamanı
çatıb
İyunun 27-də BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Şurasının
56-cı sessiyası çərçivəsində
“Minalarsız dünya
naminə insan haqları sistemindən istifadə və mina qurbanlarının hüquqlarının bərpası”
adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
Azərbaycanın, Xorvatiyanın,
Mozambikin, Panamanın diplomatik nümayəndələri,
habelə beynəlxalq
qurum rəhbərləri
yerüstü minaların
fəsadlarının aradan
qaldırılması və
insan haqları üzrə BMT sisteminin mina qurbanlarının, onların ailə üzvlərinin hüquqlarının
qorunmasında istifadəsi
mövzusunda keçirilən
panel müzakirələrdə
çıxış ediblər.
Tədbirdə “Minalar
və təmiz ətraf mühit hüququ” mövzusunda məruzə ilə çıxış edən
Azərbaycan Xarici İşlər Nazirliyinin
xüsusi tapşırıqlar
üzrə səfiri Elşad İskəndərov
bildirib ki, minalar təkcə bilavasitə qurbanlarının
deyil, bütün insanlığın haqqı
olan təmiz ətraf mühit hüququna dağıdıcı
təsir göstərir.
Səfir konkret misallar gətirərək
minaların torpağın
eroziyasına, su mənbələrinin çirklənməsinə
təsiri ilə ekosistemi və biomüxtəlifliyi məhv
etdiyini diqqətə çatdırıb. Bu baxımdan təmiz ekologiya probleminin xüsusi aktuallıq daşıdığı bir
dönəmdə BMT-nin
İnsan Haqları Şurasının bu hüququn müdafiəsi istiqamətində konkret addımlar atmasının
vacibliyi vurğulanıb.
“Məhz burada
- Cenevrədə həm
insan haqları, həm silahsızlaşdırma,
həm də humanitar dəstək üzrə BMT strukturlarının
və digər beynəlxalq qurumların fəaliyyət mərkəzləri
yerləşir. Ona görə də İnsan Haqları Şurası bu fürsətdən istifadə
edərək mina qurbanlarının xüsusi
həssas kateqoriya kimi tanınması, onların hüquqlarının
bərpa və təmin olunması üzrə konkret addımlar atmalıdır”,
- deyən azərbaycanlı
diplomat əlavə edib ki, işğaldan
azad olunmuş ərazilərimizdə 2 milyona
yaxın minanın təmizlənməsi on illər və milyardlarla dollar vəsait tələb edir. E.İskəndərov
Azərbaycanın mina
ilə çirklənmənin
ağır nəticələrini
yaxşı bildiyini vurğulayıb. Minaların
insan həyatlarını
məhv etməsi ilə bərabər, inkişafda olan dövlətlər üçün
ağır iqtisadi yük olduğunu qeyd edən Azərbaycan nümayəndəsi
deyib: “Azərbaycan BMT
İnsan Haqları Şurasına bu sahədə hərtərəfli
dəstək, mina qurbanlarının hüquqlarının
bərpasına töhfəsini
verməyə hazırdır”.
Qeyd edək ki, BMT-nin Cenevrə
ofisi nəzdində Azərbaycan daimi nümayəndəliyi və
“Universal Hüquqlar Qrupu”
(“Universal Rights Group”) beynəlxalq təşkilatının təşəbbüsü
ilə keçirilən
tədbirin həmtəşkilatçıları
Avstriya, Xorvatiya, Sloveniya, İrlandiya, Panama, Monteneqro və Niderlandın nümayəndəlikləri olub.
Azərbaycan.-2024.-
29 iyun, ¹ 133.- S.5.