Belə
getsə, keşişin
də leşi çıxacaq
44 günlük müharibədə
Ermənistan təkcə
məğlub olmadı,
həm də dərin siyasi böhrana, çıxılmaz
depressiyaya düşdü.
Çünki Azərbaycan
Ordusunun sarsıdıcı
zərbəsi ermənilərin
200 illik "böyük
Ermənistan" yaratmaq
xülyasına birdəfəlik
son qoymuşdu.
Bu gün Ermənistan cəmiyəti
və siyasi elitası iki yerə parçalanıb.
Birincilər reallığı
qəbul edənlər,
ikincilər isə acı məğlubiyyətlə
barışmayan revanşistlərdir.
İndi bu iki qrup arasında
ölüm-dirim mübarizəsi
gedir.
Qonşu ölkədə
baş verən prosesləri izləyəndə
görürük ki,
erməni cəmiyyəti
həqiqətən xəstədir.
Yəni onlar dünyada baş verən reallıqları anlamaq və nəticə çıxarmaq
iqtidarında deyillər.
İndi də məğlubiyyətlərinin bütün
günahını Rusiyada
və ruslarda görürlər. Belə
fikirləşirlər ki,
rus əsgərləri
onların əvəzində
Azərbaycanla döyüşməli
idi. Daha fikirləşmirlər ki,
onları Azərbaycan
ərazisini 30 il işğal altında saxlamaq zəlil günə qoydu.
Erməniləri bu
günədək bir arada saxlayan "böyük Ermənistan"
ideyası olub. Hamı yaxşı xatırlayır: Ermənistanın
keçmiş prezidenti
Serjik Sarkisyan tələbələrin Ağrı
dağı (yəni Türkiyə ərazisi) ilə bağlı sualına cavab olaraq demişdir ki, bizim nəslimiz
Qarabağı azad etdi, siz də
o torpaqları azad etməlisiniz. Bu xəyaldan sonra Azərbaycan Ordusu Serjik və onun kimilərini elə cəzalandırdı
ki, bir daha
başlarını qaldıra
bilməyəcəklər.
Amma bir məsələni də unutmaq olmaz ki,
200 il erməni cəmiyyətində formalaşmış
"böyük Ermənistan"
ideyası qısa zamanda onların beyinlərindən silinib getməyəcək. Hətta
bunu istəsələr
belə, bunu onlara xaricdəki havadarları, diaspora və kilsə imkan verməyəcək. Çünki illər boyu bu cəmiyyət
xəstə təfəkkürlə
yaşayıb. Amma faydası yoxdur, qarşılarındakı iqtisadi
və hərbi cəhətdən güclü
Azərbaycandır. Elə
buna görə ermənilərin üçüncü
Qarabağ müharibəsi
barədə çağırışları
boş hay-küydür.
Ermənistanın baş
naziri və xarici işlər nazirinin revanşistlərə
tez-tez dediyi "siz yenə də
4 min erməni əsgərinin ölməsini
istəyirsiz" sözləri
onların Azərbaycan
Ordusundan çəkinməsindən
qaynaqlanır. Bu gün qonşu ölkədə iqtidarda olanlar himayədarları tərəfindən qızışdırılsa
da, reallığı
nəzərə alırlar.
N.Paşinyan bunu açıq şəkildə
deyib: "Əgər
yenidən müharibə
olsa, heç kəs bizim əvəzimizdən vuruşmayacaq
və Azərbaycanla üz-üzə qalacağıq".
Qaşınmayan yerdən
qan çıxarmaq ermənilərin tarixi mərəzidir. Son 100 ildə qonşuları
ilə çaxnaşma
yaradan ermənilərin,
el arasında deyildiyi kimi, həmişə "çanaq
başlarında çatlayıb".
İndi də Ermənistandakı revanşist
qüvvələr bir
keşişi tapıb
ortaya atıblar. O, meydan-meydan, şəhər-şəhər
gəzib Ermənistan iqtidarını devirib revanşist müharibəyə
başlamaq istəyir.
Amma deyəsən, qonşu ölkədə yeni reallıqları dərk edənlər revanşistlərdən çoxdur.
Əks halda bu müddət ərzində Ermənistanda
çoxdan çevriliş
olmuşdu.
Bu gün heç kəsə sirr deyil ki,
keşiş Boqratın
apardığı avantürist
çağırışların arxasında duran əsas qüvvə Qarabağ klanıdır.
O klan ki, ermənilər illərlə
yaşadıqları rəzalətə
görə onlara nifrət edirlər. Bu üzdən də müharibə çağırışları edən keşişə böyük dəstək verilmir. Digər tərəfdən, hər
kəsə məlumdur
ki, Baqrat kimi bir əyalət
keşişinin arxasınca
minlərlə insan düşməz, ona pərdə arxasında dəstək verən daxili və xarici qüvvələr var. Yoxsul, səfalət
içində yaşayan
ermənilərə hər
mitinqdə iştiraka
görə 5 min dramın verildiyini N.Paşinyan parlament tribunasından bəyan etdi. Əsas maliyyəçilərinin Qarabağ
klanı, diaspor və erməni kilsəsi olduğu isə hər kəsə bəllidir.
Ermənistanın ən
böyük bəlası
bu günədək sözün həqiqi mənasında coğrafi ərazi statusunda qalmasıdır. Qonşu ölkədə 4 dəfə
iqtidar dəyişsə
də, o, heç vaxt müstəqil dövlət olub azad şəkildə daxili və xarici siyasət həyata keçirə bilməyib. Əvvəlki iqtidarlar dövründə
üzlərini şimala,
indi isə qərbə tutublar. Azərbaycanla bu günədək sülh sazişinin bağlanmaması
da bununla bağlıdır. N.Paşinyan
indi Qərbdən aldığı tapşırıqları
yerinə yetirməklə
məşğuldur. Belə
olmasaydı, silahlanmaq
əvəzinə ölkəmizlə
sülh müqaviləsi
bağlayıb iqtisadi
və siyasi xaosdan xilas olmaq
üçün səy
göstərərdi.
Rusiya ilə münasibətlərin kəskinləşməsinin
Ermənistana baha başa gələcəyini
söyləyən erməni
siyasətçiləri və
politoloqları da kifayət qədər çoxdur. Onlar dərk edirlər ki, şimal qonşumuz təkcə enerji daşıyıcılarının
qiymətini artırmaqla
Ermənistanı qısa
bir zamanda daha dərin sosial-iqtisadi və siyasi böhrana sürükləyə bilər.
Qeyd etdiyimiz kimi, bunun kökündə
Ermənistanda milli maraqlara uyğun siyasət apara biləcək siyasətçi
və siyasi iradənin olmaması durur. Nə qədər ki, bu ölkə öz milli maraqlarını
qoruya bilməyəcək,
onu başqa ölkələrdən gələn
emissarlar idarə edəcək.
Rüstəm KAMAL,
Azərbaycan.-2024.-
29 iyun, № 133.- S.5.