Dünyanın
COP29-dan gözləntiləri çoxdur
Azərbaycan daha
bir mötəbər tədbirə - BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına
(COP29) evsahibliyi etməyə
hazırlaşır. Noyabr
ayında ölkəmizin
paytaxtında keçiriləcək
COP29 indidən dünya
ölkələrinin, nüfuzlu
beynəlxalq təşkilatların
diqqət mərkəzindədir.
Etiraf olunur ki, COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında növbəti sessiyanın
Azərbaycanda keçirilməsi
ilə əlaqədar
yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən
ölkəmizə olan
böyük etimadın,
hörmətin, eyni zamanda respublikamızın
milli, regional və qlobal səviyyədə ətraf
mühitin qorunması,
iqlim dəyişikliklərinin
qarşısının alınması
işinə verdiyi töhfələrin nəticəsidir.
Qazaxıstanın Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin
İqlim siyasəti departamentinin direktoru Saule Sabiyeva deyir ki, ölkəsi
COP29-a böyük ümidlər
bəsləyir. Qazaxıstan
rəsmisinin sözlərinə
görə, ölkəsi
iqlim maliyyəsinin əsas aspektləri, tərəflərin iqlim həllinə necə nail olmaq niyyətində
olduqları və ümumilikdə karbon neytrallığı üzrə
öhdəliklərin yerinə
yetirilməsi üzrə
konsensus əldə etməyi gözləyir:
"Bakıda keçiriləcək
COP29 Qazaxıstan üçün
vacibdir. Müvafiq olaraq, biz COP29-dan su hövzələri, ehtiyatları və Xəzər dənizində
çirklənmənin monitorinqi
üzrə xüsusi regional əməkdaşlıqdan
mühüm nailiyyətlər
gözləyirik". S.Sabiyeva
həmçinin iqlim
problemlərinin həlli
yollarından danışaraq
diqqətə çatdırıb
ki, Qazaxıstan "yaşıl iqtisadiyyat"a
nail olmaq baxımından "yaşıl
maliyyə" bazarının
və "yaşıl
taksonomiya"nın inkişafı
kimi birgə regional həll yollarına ümid edir: "Bu, regiona ekoloji cəhətdən təmiz
məhsul istehsalına
yönəlmiş investorların
diqqətini cəlb etməyə imkan verəcək".
İtaliyanın Azərbaycandakı
səfiri Luka Di Canfrançesko ölkəsinin Respublika Gününə
həsr olunmuş tədbirində deyib ki, İtaliyanın "Böyük yeddilik"dəki
(G7) sədrliyi və Bakıda keçiriləcək
COP29 uğurlu olacaq.
"Bu il ölkələrimizin çiyinlərinə
böyük məsuliyyət
düşür. Amma eyni zamanda əməkdaşlıq
üçün əlavə
imkanlar açılır.
İtaliya G7-yə, Azərbaycan
isə COP29-a sədrlik
edir. Əminik ki, COP29 uğurlu olacaq".
ICESCO-nun baş
katibi Səlim Əl-Malik isə Şuşa şəhərində
keçirilən "By Youth
for Youth" (Gənclər tərəfindən
gənclər üçün)
Beynəlxalq Forumundakı
çıxışı zamanı
gələcəkdə Azərbaycanla
tərəfdaşlığın genişləndirilməsini nəzərdə
tutduqlarını bildirib:
"Bunun üçün
əlimizdən gələni
edəcəyik. Bu il Azərbaycanda keçiriləcək COP29 tədbirində
də iştirak etmək istəyirik".
Beynəlxalq Enerji
Agentliyinin (IEA) rəhbəri
Fatih Birol "Beynəlxalq Enerji Agentliyi - COP29" adlı
ikinci yüksəksəviyyəli
görüşdən sonra
Londonda "Anadolu"
agentliyinə müsahibəsində
bildirib ki, IEA bərpaolunan enerji potensialının və enerji səmərəliliyinin
artırılması üzrə
qlobal öhdəliklər
çərçivəsində Azərbaycan hökuməti
ilə üç yeni təklif üzərində işləyir:
"Bunlardan birincisi akkumulyatorlara (enerji saxlama sistemləri) aiddir. 2030-cu ilə kimi akkumulyator tutumunun nə qədər artacağını
müəyyən etmək
üzərində çalışırıq.
İkincisi şəbəkələr,
üçüncüsü isə bu regionda
metan emissiyalarının
azaldılması ilə
bağlıdır. Biz
Qazaxıstan, Türkmənistan
və regionun digər ölkələrinə
Azərbaycanın rəhbərliyi
altında birləşdirici
öhdəlik təklif
edirik. Söyləyə
bilərəm ki, biz COP29-dan əvvəl bu üç məsələyə diqqət
yetirəcəyik".
IEA-nın rəhbəri
danışıqların digər
əsas mövzusunun təmiz enerjinin maliyyələşdirilməsi olduğunu
diqqətə çatdırıb.
O, xüsusilə inkişaf
etməkdə olan ölkələrdə bu sahəyə qoyulan investisiyaların 6 dəfə
artmalı olduğunu deyib: "Təmiz enerjini maliyyələşdirmək
üçün təkcə
inkişaf etməkdə
olan ölkələrə
ildə 2 trilyon
ABŞ dolları məbləğində
maliyyə vəsaiti lazımdır. Bu mənada biz maliyyələşdirmə modelini
hazırlamaq və konkret çərçivə
yaratmaq üçün
birlikdə işləyirik".
O, "Beynəlxalq Enerji
Agentliyi - COP29" adlı
ikinci yüksək-səviyyəli
görüşdə maliyyə
sektoru, Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və özəl sektorun maliyyə institutlarının
nümayəndələrinin fəal iştirak etdiklərini xatırladıb.
Onu da bildirib
ki, COP29 üzrə növbəti iclas BMT Baş Assambleyası çərçivəsində baş tutacaq: "O vaxta qədər biz konkret təkliflə
çıxış etmək
üçün çox
çalışacağıq. Azərbaycan bizi strateji tərəfdaş hesab edir, biz
çox sıx əməkdaşlıq edirik.
Düşünürəm ki, COP29 tədbiri ilə iki mühüm
nəticəyə nail
olunacaq. Birincisi, iştirakçı ölkələr
üç qlobal öhdəliklə razılaşacaq.
İkincisi, yeni maliyyələşdirmə hədəfləri
və onlara necə nail olmaq barədə razılıq əldə olunacaq".
Qeyd edək ki, dünya mətbuatında da mütəmadi olaraq
COP29-la bağlı yazılar
dərc olunur. İsraildə ingilis dilində nəşr olunan nüfuzlu "The
Jerusalem Post" qəzeti 23 iyun tarixli sayında
dərc olunmuş inkişaf etməkdə olan kiçik ada ölkələrindən
(Small Island Developing Countries
- SIDS) bəhs edən
məqalədə COP29-un əhəmiyyətinə
də diqqət çəkib. "Dərhal
hərəkətə keçmək
lazımdır: İnkişaf
etməkdə olan kiçik ada dövlətləri iqlim dəyişikliyi problemi ilə qarşılaşıb"
sərlövhəli məqaləsində
coğrafi təcrid, təbii fəlakətlər,
məhdud resurslar və iqlim dəyişikliyinin
təsirləri daxil olmaqla, SIDS-in üzləşdiyi əsas
problemləri ətraflı
şəkildə araşdırmış
Vanuatu Respublikasının
iqlim dəyişikliyi
üzrə xüsusi elçisi Ali Serim qeyd edib
ki, BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər
Konfransının Bakıda
keçiriləcək 29-cu sessiyası SIDS tarixində
yeni eradan xəbər verir. Müəllif bu kontekstdə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə hərtərəfli
dəstək verən
Azərbaycanın COP29 iqlim
sammitinin sədri kimi roluna xüsusi
diqqət yetirib. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, iqlim
dəyişikliyinin mənfi
təsirlərinə ən
çox həssas olan inkişaf edən kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin
həlli Azərbaycanın
COP29-da sədrliyinin gündəliyində
prioritet məsələlərdən
biri olacaq.
Bu günlərdə
tanınmış siyasi
şərhçi və
jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi
və baş direktoru Reyçel Avraham baş qərargahı ABŞ-nin Nyu York şəhərində
yerləşən Xarici
Siyasət Assosiasiyasının
xəbər saytında
dərc olunmuş
"Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili elan edilib" sərlövhəli məqalədə
vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il ölkəsində
keçiriləcək COP29 konfransı öncəsi
2024-cü ili "Yaşıl
dünya naminə həmrəylik ili" elan edib. Sözügedən
qərar Azərbaycanın
qlobal iqlim dəyişikliyi ilə mübarizədə qlobal tərəfdaş olduğunu
nümayiş etdirmək
məqsədi daşıyır.
Müəllif ölkəmizin
qarşısına 1990-cı ilin baza ili
ilə müqayisədə
2030-cu ilə qədər
istixana qazı emissiyalarını 35, 2050-ci ilə
qədər isə 40
faiz azaltmaq kimi iddialı hədəflər qoyduğunu
nəzərə çatdırıb.
Müəllif onu da qeyd edib
ki, 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasını
və 2000-ci ildə konvensiyanın Kioto Protokolunu ratifikasiya etdikdən sonra Azərbaycan Respublikası
qlobal iqlim dəyişmələrinin mənfi
nəticələrinin yumşaldılması
istiqamətində beynəlxalq
səylərə fəal
qoşulub. Ölkəmiz
antropogen emissiyaların
və istixana qazlarının atılmasının
inventarının hazırlanması
və müntəzəm
olaraq yenilənməsi,
o cümlədən milli
məlumatların hazırlanması
və bu məlumatların konvensiyanın
Katibliyinə təqdim
edilməsi kimi öhdəliklər götürüb.
Məqalədə bu öhdəliklərin sistemli
şəkildə yerinə
yetirildiyi, Azərbaycanın
emissiyaların azaldılması
üzrə qlobal səylərə artıq
öz töhfəsini
vermiş olduğu vurğulanıb.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
29 iyun, № 133.- S.6.