İnkişaf
etməkdə olan kiçik ada dövlətlərinə göstərilən
diqqət təqdirəlayiqdir
COP29-a hazırlıq çərçivəsində Samoa kimi inkişaf
etməkdə olan kiçik ada dövlətlərinə göstərilən
diqqətə görə
çox şadam.
Bu sözləri
AZƏRTAC-ın Britaniya bürosuna açıqlamasında
Samoanın Belçika və Avropa İttifaqı üzrə səfiri
Françella Striklend söyləyib.
Avropa
İttifaqı tərəfindən Londondakı Təbiət
Tarixi Muzeyində keçirilən COP29-la bağlı paneldə
iştirak edən F.Striklend Azərbaycanın COP29 sədrliyindən
çox məmnun olduğunu bildirərək deyib: “Mən
xüsusilə şadam ki, Samoa kimi inkişaf etməkdə
olan kiçik ada dövlətlərinə diqqət göstərilir.
Həm Azərbaycanın
COP29 -un ev sahibi kimi gördüyü
işlərdən, həm
də bizim iqlim dəyişikliyi komandamızın məlumatlarından
görünür ki,
COP29-un uğur qazanmasını
təmin etmək üçün bütün
öhdəliklər yerinə
yetirilir. Biz bu cür fəaliyyəti
alqışlayırıq və
COP29-un başlanmasını səbirsizliklə gözləyirik.
Təkcə Azərbaycanda,
Bakıda olmaq baxımından deyil, həm də iqlim dəyişikliyindən
ən çox əziyyət çəkən
kiçik ada dövlətləri olaraq bir sıra önəmli
vəd və layihələrin yerinə
yetiriləcəyi ümidi
ilə COP29-u gözləyirik”.
Azərbaycan.-2024.-
29 iyun, № 133.- S.6.