"Sahibkarlar
üçün yeni imkanlar: Qarabağı birlikdə quraq"
Dövlət qurumları və iş adamları Şuşada bir araya gəldilər
İqtisadiyyat Nazirliyinin
təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən
"Sahibkarlar üçün
yeni imkanlar: Qarabağı birlikdə quraq" mövzusunda tədbirdə azad olunmuş ərazilərimizin
iqtisadi potensialı, biznes üçün güzəştlər, azadolmalar
və digər dəstək tədbirləri
barədə məlumat
verilib.
İqtisadiyyat Nazirliyinin
təşkilatçılığı ilə Şuşa şəhərində "Sahibkarlar
üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" mövzusunda tədbir keçirilib. 100-dən çox
sahibkarın, eləcə
də müvafiq dövlət qurumlarının
nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin
məqsədi sahibkarlıq
subyektlərinə Qarabağ
və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya
imkanlarının və
biznes perspektivlərinin
təqdim edilməsi, dövlət-özəl sektor
əməkdaşlığı modeli üzrə müzakirələrin təşkilidir.
Tədbirdə ölkəmizin
ərazi bütövlüyü
uğrunda canlarından
keçmiş şəhidlərimizin
xatirəsi birdəqiqəlik
sükutla yad olunub. Həmçinin işğaldan azad edilmiş ərazilərdə
görülən işlərə,
özəl sektorun inkişafı məqsədilə
həyata keçirilən
tədbirlərə həsr olunmuş film nümayiş edilib.
İqtisadiyyat naziri
Mikayıl Cabbarov dövlət və biznes təmsilçilərinin
iştirakı ilə
keçirilən birgə
tədbirlərin müsbət
ənənəyə çevrildiyini,
bugünkü görüşün
də regionun inkişafına və özəl sektorun güclənməsinə töhfə
verəcəyini vurğulayıb.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizdə
sosial-iqtisadi inkişaf
sahəsində böyük
uğurlar əldə
edilib. Prezident İlham Əliyev azad olunmuş ərazilərin iqtisadi reinteqrasiyasına böyük
diqqət yetirir. Azad olunmuş ərazilərdə aparılan
bərpa və quruculuq işləri iqtisadi və sosial inkişaf üçün yeni imkanlar açıb. Regionda biznesin inkişafı üçün
yaradılan şərait,
dövlət-sahibkar işbirliyi
müstəvisində yeni
layihələr reallığa
çevrilib. İlk növbədə vətəndaş
olaraq hər birimiz üçün işğaldan azad edilmiş ərazilərin
bərpası və iqtisadi dirçəlişi
prioritetdir. Dövlət
bu sahədə üzərinə düşən
öhdəlikləri yerinə
yetirir, biznes üçün bölgədə
əlverişli şəraiti
təmin edir. Vurğulanıb ki, bölgəyə biznes subyektlərinin artan marağı nəzərə
alınsa, belə fürsətlərdən yararlanmaq
həmişə asan olmayacaq. Nazir azad olunmuş ərazilərə ilk vaxtlarda investisiya yatırmış sahibkarlara
təşəkkürünü bildirib. Bildirilib ki, bugünkü tədbir çərçivəsində
azad edilmiş ərazilərin biznes imkanları ilə tanış olmuş bir sıra sahibkarlar
artıq bölgədə
öz layihələrini
reallaşdıracaqları ilə
bağlı qərar veriblər. Regionda əhalinin iş yerləri və mənzillə təmin olunması məqsədilə
müvafiq qurumlarla birgə iş aparıldığı diqqətə
çatdırılıb.
İqtisadiyyat naziri
işğaldan azad edilmiş ərazilərimizin
iqtisadi potensialı, buradakı sənaye parkları, biznes üçün yaradılan
əlverişli şərait
barədə məlumat
verib. Qeyd edilib ki, özəl
təşəbbüsləri hərtərəfli təşviq
etmək və dövlət-özəl sektor
tərəfdaşlığını inkişaf etdirməklə
regiona investisiya qoyuluşunun artırılması
hədəflənir. Bundan
başqa, bölgədə
biznes qurmaq istəyən sahibkarların
maliyyə imkanlarına
çıxışı İqtisadiyyat
Nazirliyinin müvafiq qurumları tərəfindən
təmin edilir, eləcə də banklarla bu sahədə
birgə mexanizmin hazırlanması gündəmdədir.
Daha bir stimul isə azad edilmiş ərazilərdə ölkədə
istehsal edilməyən
məhsul istehsalı ilə məşğul olan sahibkarların istehsal etdikləri məhsulun alışının
təşkil edilməsidir
ki, bunun da üzərində iş aparılır.
Nazir sahibkarları
Qarabağ və Şərqi Zəngəzurda
biznes imkanlarından səmərəli şəkildə
yararlanmaqda və bölgənin iqtisadi reinteqrasiyasına töhfə
verməkdə fəal
olmağa dəvət
edib: "Hər qarışı bizə doğma olan bu torpaqların dirçəlişi üçün
dövlət-özəl sektoru
olaraq bərabər çalışmalıyıq. Sahibkarlarımızın həmrəylik
və birlik kimi milli dəyərlərimizə
sadiq qalaraq Qarabağın iqtisadi yüksəlişinə töhfə
verəcəyinə ürəkdən
inanırıq".
Ağdam, Füzuli
və Xocavənd rayonlarında Azərbaycan
Respublikası Prezidentinin
xüsusi nümayəndəsi
Emin Hüseynov Qarabağda həyata keçirilən genişmiqyaslı
bərpa və quruculuq işləri, bu sahədə dövlət, biznes və ictimai strukturlar arasında əməkdaşlığın inkişafı, Qarabağa
əhalinin qayıdışı
barədə məlumat
verib. Qeyd edilib ki, bölgədə,
o cümlədən Ağdam,
Füzuli və Xocavənd rayonlarında sürətli bərpa və yenidənqurma işləri aparılır.
Regionda infrastruktur layihələri uğurla reallaşdırılır. İşğaldan
azad edilmiş ərazilərin böyük
iqtisadi, o cümlədən
sənaye, aqrar və turizm potensialı var. Sahibkarların bu potensialdan geniş və səmərəli istifadə etməsi onların bölgədə
uğurlu biznesini təmin edəcək, Qarabağın dirçəlişinə
böyük töhfə
verəcək.
Şuşa rayonunda
Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi Aydın
Kərimov işğaldan
azad olunmuş ərazilərin dirçəlişinin
ölkəmiz və onun iqtisadiyyatı üçün önəmini
qeyd edib, Şuşada yenidənqurma
işləri, tarixi və mədəniyyət
abidələrinin bərpası,
sosial infrastruktur tikintisi, sakinlərin ata-baba yurdlarına qayıtması məsələlərindən
danışıb. Bildirilib
ki, Azərbaycanın çoxəsrlik zəngin
mədəniyyətinin, memarlıq
və şəhərsalma
sənətinin parlaq incisi olan Şuşanın
əvvəlki şöhrəti
artıq özünə
qayıdır. Sürətlə
bərpa olunan şəhər bölgədə
beynəlxalq tədbirlər
məkanına çevrilib.
Bununla yanaşı, Şuşada uğurla fəaliyyət göstərən
sahibkarlıq subyektlərinin
sayı artır, burada əlverişli işgüzar mühit üçün münbit
şərait var.
Xankəndi şəhərində,
Ağdərə və
Xocalı rayonlarında
Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi Elçin
Yusubov azad edilmiş ərazilərdə
reinteqrasiya tədbirləri,
yaşayış məskənlərində
infrastrukturun yenilənməsi,
əhalinin öz yurdlarına geri dönməsi, məşğulluğun
təmin edilməsi prosesi barədə iştirakçıları məlumatlandırıb.
Qeyd olunub ki, keçmiş məcburi köçkün
ailələr mərhələli
şəkildə qədim
Azərbaycan yurdu Xankəndi və ətraf rayonlara qayıdırlar. Proses yaxın gələcəkdə
xeyli sürətlənəcək.
Bununla yanaşı, bölgədə əlverişli
biznes fəaliyyəti,
müəssisə və
iş yerlərinin yaradılması imkanları
barədə məlumat
verilib. Bildirilib ki, bölgədə müxtəlif istiqamətlər
üzrə sahibkarlıq
fəaliyyəti üçün
əlverişli imkanlar
var və iş adamları biznes fürsətlərindən
lazımınca yararlana
bilərlər.
Cəbrayıl, Qubadlı
və Zəngilan rayonlarında Azərbaycan
Respublikası Prezidentinin
xüsusi nümayəndəsi
Vahid Hacıyev azad edilmiş torpaqlarımızda, o cümlədən
Şərqi Zəngəzur
iqtisadi rayonuna daxil olan Cəbrayıl,
Qubadlı və Zəngilanda aparılan bərpa və quruculuq işlərindən,
layihələrdən bəhs
edib. Vurğulanıb ki, bölgədə xarici və yerli sərmayədarların
diqqət və marağına səbəb
olan effektiv və innovativ layihələr gerçəkləşdirilir.
Regionda "yaşıl
layihə"lərin icrası
bu baxımdan xüsusilə qeyd olunmalıdır. Cəbrayıl,
Qubadlı və Zəngilanın təbii resurs və imkanları, iqtisadi və biznes potensialı barədə məlumat verilib, burada sahibkarlıq üçün böyük
imkanlar olduğu bildirilib.
Laçın rayonunda
Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi Məsim
Məmmədov işğaldan
azad edilmiş ərazilərin iqtisadi dirçəlişi məqsədilə
həyata keçirilən
layihələrin regionun
və ümumilikdə
ölkənin iqtisadi inkişafı üçün
strateji əhəmiyyətə
malik olduğunu vurğulayıb, bölgədə
müasir infrastruktur təminatının yüksəldilməsi
tədbirlərindən danışıb.
Bildirilib ki, Laçında infrastruktur
quruculuğu səmərəli
şəkildə həyata
keçirilir, beynəlxalq
hava limanının tikintisi davam etdirilir, regionun alternativ və "yaşıl enerji" zonasına çevrilməsi
uğurla təmin edilir. Bölgənin əlverişli mövqeyi,
təbii resursları və çayların hidropotensialının yüksək
olması burada "yaşıl enerji", sənaye və digər istiqamətlər
üzrə layihələrin
səmərəliliyini artırır.
Bu istiqamətdə özəl sektorla faydalı əməkdaşlıq
qurulması bölgənin
iqtisadi cəlbediciliyini
artıracaq, biznes fəaliyyətini genişləndirəcək.
Tədbir panel müzakirələrlə davam
edəcək.
Azərbaycan.-2024.-
29 iyun, № 133.- S.7.