BMT Azərbaycanın
"yaşıl enerji"
siyasətini dəstəkləyir
Bu ilin noyabrında ölkəmiz
qlobal iqlim dəyişiklikləri məsələsinin
müzakirəsi baxımından
bütün dünyanın
toplaşdığı bir
mərkəzə çevriləcək.
Burada iqlim dəyişikliyi ilə əlaqədar istər maliyyə, istər şəffaflıq hesabatlarının
təqdim olunması və digər parametrlər nöqteyi-nəzərindən
çox ciddi və önəmli qərarların qəbul edilməsi gözlənilir.
Bu fikirlər Prezident İlham Əliyev iyunun 27-də Birləşmiş Millətlər
Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının
(UNEP) icraçı direktoru
İnger Anderseni qəbul edərkən bir daha vurğulanıb.
İ.Andersenin fikrincə,
ölkəmizdə keçiriləcək
COP29 çox vacibdir, bu mühüm tədbirə evsahibliyi etməsi həqiqətən də Azərbaycanın
iqlim dəyişikliyi
məsələsində liderliyinin
təcəssümü və
nümunəsidir. Qonaq
eləcə də "Troyka" mexanizminin yaradılmasını çox
vacib bir addım kimi dəyərləndirib və
bu müdrik qərara görə təbriklərini çatdırıb.
Bu gün dünya qazıntı yanacağından yeni yanacaq növünə doğru keçid prosesindədir. Azərbaycanda
da bərpaolunan enerji sahəsində sürətli inkişaf gedir. Qazanılan nailiyyətlər ölkəmizin
və beynəlxalq tərəfdaşlarımızın qazıntı yanacağından
bərpaolunan enerji resurslarına transformasiyasını
nümayiş etdirir.
Lakin bəzi dairələr bir məsələdən narahatlıqlarını
bildirirlər. Deyirlər
ki, nə üçün COP28-in də,
COP29-un da, COP30-un da ev sahibi neft
ölkəsi (müvafiq
olaraq Birləşmiş
Ərəb Əmirlikləri,
Azərbaycan, Braziliya)
olmalıdır. Üstəlik
də, yanacaq enerjisi ilə zəngin olan ölkələri ətraf
mühiti çirkləndirməkdə
günahlandırırlar.
Xatırladaq ki,
Prezident İlham Əliyev bu dairələrə bir neçə çıxışında
tutarlı cavab verib. Məsələn, iyunun əvvəlində Bakı Enerji Həftəsinin açılış
mərasimindəki çıxışında
dövlətimizin başçısı
bu məsələyə
bir daha toxunub: "Dəfələrlə
dediyim kimi, neft və qaz
ehtiyatlarına sahib olduğumuza görə bizi heç kəs günahlandıra bilməz. Bunu bizə Allah yetirib. Bizim işimizə bu ehtiyatların mövcudluğu
əsasında deyil, onlardan hansı şəkildə istifadə
etdiyimizə görə
qiymət verilməlidir.
Biz bu sərvəti
müxtəlif vasitələrlə
cəmiyyətə yönəltmişik,
biz inklüziv cəmiyyət qura bilmişik, biz yoxsulluğu 50 faizdən 5
faizə endirə bilmişik, biz xarici borcumuzu təxminən 100 faizdən
7,7 faizə endirməyə
müvəffəq olmuşuq.Yəni bizə
qiymət verilən zaman bütün bu amillər nəzərə alınmalıdır.
Bununla yanaşı,
COP-a evsahibliyi etmək
kimi məsuliyyətli
vəzifəni üzərimizə
götürərkən biz
bunun həm üstünlüklərini, həm
də müəyyən
çətinliklərini tam
şəkildə dərk
edirik. Ancaq biz bu məsələyə
sadiqik".
Bu məsələdə
bizi dəstəkləyənlər
də az deyil. BMT-nin Ətraf Mühit Proqramının icraçı
direktoru İ.Andersen də bu günlərdə
dövlətimizin başçısı
tərəfindən qəbul
edilərkən neft və qaz ixrac
edən ölkələrin
tənqid olunması cəhdlərinin
ədalətli olmadığını deyib. Belə ki, dünyada hər bir insanın bu cür enerji
formasına ehtiyacı
var.
UNEP-in icraçı
direktoru eləcə də Azərbaycanın
"yaşıl iqlim"
və "yaşıl
keçid" baxımından
qəti siyasi iradə nümayiş etdirdiyini vurğulayıb,
metan öhdəliyi, dekarbonizasiya, neft və qaz sənayesinin
modernləşdirilməsi istiqamətində
ölkəmizdə atılan
addımların önəmli
olduğunu bildirib. Onun dedikləri göstərir ki, UNEP Azərbaycanda milli səviyyədə ətraf
mühit istiqamətində
həyata keçirilən
tədbirləri
təqdir edir,
"ağıllı kənd
təsərrüfatı" konsepsiyasının inkişaf
etdirilməsi, tullantıların
idarə olunması, ətraf mühitin, Xəzər dənizinin ekoloji mühitinin və biomüxtəlifliyin
qorunması və digər istiqamətlərdə
ölkəmizdə görülən
işləri, Azərbaycanda
bu ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsini yüksək qiymətləndirir.
Qeyd edək ki, İnger Andersen ölkəmizə səfəri
çərçivəsində ətraf mühit sahəsində fəaliyyət
göstərən gənclər
təşkilatı - IDEA-nın
ətraf mühit könüllüləri və
gəncləri ilə
də görüşüb,
Şirvan Milli Qoruğunda olub. Beləliklə, UNEP və
Azərbaycan arasında
əməkdaşlıq genişləndirilir.
2026-cı il iyunun 5-də
UNEP-in xətti ilə Azərbaycanda Dünya Ətraf Mühit Günü keçiriləcək. Bu da qlobal miqyasda
ətraf mühit baxımından ən vacib tədbirlərdən
biri olacaq. Axı ölkəmizin özü də iqlim dəyişikliyi problemlərindən əziyyət
çəkir.
Prezident İlham
Əliyev UNEP-in
icraçı direktoru ilə söhbətdə də məhz bunu vurğulayıb. Belə ki, bir dövrdə
Azərbaycanda quraqlıq
halları, yağıntının
miqdarının azalması
baş verirdisə, son zamanlar yağıntının
miqdarının artdığı
müşahidə olunur.
Tullantıların idarə
olunması, Xəzərin
ətraf mühit məsələləri, dənizin
suyunun azalması və bu istiqamətdə
daha sistemli iş diqqət mərkəzində olan məsələlərdir.
BMT Baş katibinin
müavini və Ətraf Mühit Proqramının icraçı
direktoru ilə İqtisadiyyat Nazirliyinin və Energetika Nazirliyinin rəhbərliyinin
də görüşləri
olub. Bütün görüş və söhbətlərdə Azərbaycanın
BMT-nin müxtəlif ixtisaslaşmış qurumları,
o cümlədən Ətraf
Mühit Proqramı ilə sıx əməkdaşlıq etdiyi
vurğulanıb, əlaqələrin
genişləndirilməsi barədə
fikir mübadiləsi aparılıb.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
29 iyun, ¹ 133.- S.7.