“Şərqi
Zəngəzur – Quruculuq
və Böyük Qayıdışın ünvanı”
kitabının təqdimatı
Azərbaycan
Milli Elmlər Akademiyasının Mərkəzi Elmi
Kitabxanasında (MEK) yazıçı-publisist Hacı Nərimanoğlunun
“Şərqi Zəngəzur – Quruculuq və Böyük
Qayıdışın ünvanı” kitabının təqdimatı
olub.
MEK-in
direktoru Hüseyn Hüseynov tədbirə
çıxış edərək yeni nəşr haqqında
məlumat verib. Qeyd olunub ki, bu kitab Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı
ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi
tərəfindən həyata keçirilən “Şərqi Zəngəzur
– Quruculuq və Böyük Qayıdışın
ünvanı” layihəsi çərçivəsində ərsəyə
gətirilib. Kitabda Azərbaycan Prezidenti, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi, sarsılmaz
siyasi iradəsi, qətiyyətli sərkərdəlik
bacarığı sayəsində xalqımızın və rəşadətli
Ordumuzun Vətən müharibəsində qazandığı
möhtəşəm Zəfər, dövlət
başçısının rəhbərliyi ilə Şərqi
Zəngəzur iqtisadi rayonunda başlanan genişmiqyaslı
işlər əks olunub. “Prezident İlham Əliyev Şərqi
Zəngəzurun bərpasının və Böyük
Qayıdışın memarıdır” adlı “Ön
söz”lə açılan kitabda Prezident İlham Əliyev və
birinci xanım Mehriban Əliyevanın 44 günlük tarixi qələbədən
bir neçə gün sonra Şərqi Zəngəzur
bölgəsinə ilk səfərindən başlayaraq Cəbrayıl,
Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan
rayonlarında çoxsaylı görüşlərinə,
açılış və təməlqoyma mərasimlərinə
dair məlumatlar fotolarla təqdim olunub.
Bakı
Dövlət Universitetinin kafedra müdiri professor Abbas Abbasov
kitabda Vətənimizin ayrılmaz parçası olan Zəngəzurun
tarixi keçmişi, Prezident İlham Əliyevin Şərqi
Zəngəzur iqtisadi rayonunun yaradılması haqqında qərarının
siyasi əhəmiyyəti, nankor qonşularımızın
törətdikləri vandalizmin nəticələrinin aradan
qaldırılması üçün gerçəkləşən
dövlət proqramlarının, reallaşan layihələrin
bugünkü mənzərəsi və gələcək
perspektivləri, Şərqi Zəngəzurun iqtisadi
potensialı, təbii sərvətləri barədə
materiallara geniş yer verilməsini müsbət dəyərləndirib.
Şəhid
polkovnik Babək Səmidlinin bacısı Röxsanə Səfərzadə
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev
və birinci xanım Mehriban Əliyevanın şəhid ailələrinə
diqqət və qayğısının kitabda geniş sənədli
yazılı materiallarla, fotolarla əks olunmasını
razılıqla qeyd edib. Bildirib ki, MEK-də
yaradılmış Qarabağ müharibəsi qəhrəmanları
fondunda müəllifin “Şəhidlər”,
“Qardaşlığın Zəfəri” kitabları ilə
yanaşı bu nəşr də öz layiqli yerini tutacaq.
Azərbaycan.-2024.-
29 iyun, ¹ 133.- S.8.