Şair
Çingiz Əlioğlunun
80 illiyi münasibətilə
elektron məlumat bazası hazırlanıb
Cəfər Cabbarlı
adına Respublika Gənclər
Kitabxanasında şair,
Əməkdar mədəniyyət
işçisi Çingiz
Əlioğlunun 80 illik
yubileyi münasibətilə
elektron məlumat bazası hazırlanıb.
Kitabxanadan
bildirilib ki, elektron məlumat bazasında çağdaş Azərbaycan
poeziyasının görkəmli nümayəndəsi
Çingiz Əlioğlunun çoxşaxəli bədii
yaradıcılığı, Azərbaycan xalqının zəngin
ədəbiyyatının tədqiqi və təbliği sahəsində
əvəzsiz xidmətləri haqqında məlumat verilib.
Bazada
görkəmli şəxslərin şair haqqında söylədikləri
fikirlər, müəllifi və redaktoru olduğu əsərlər,
tərtib etdiyi kitablar təqdim olunub. Həmçinin
onun tərcümələri,
sözlərinə bəstələnən
musiqi əsərlərinin
siyahısı, izonəşrlər
də yer alır. Məlumat bazasında müəllifin
filmoqrafiyası, video və foto qalereyası,
virtual kitab sərgisi də təqdim edilir.
Məlumat bazasında
Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anarın “Səslərin
mənası”, akademik
Nizami Cəfərovun
“Çingiz Əlioğlu
– çərçivənin çərçivəsizliyi, yaxud
çərçivəsizliyin çərçivəsi”, filologiya
elmləri doktoru, professor Rüstəm Kamalın “Çingiz Əlioğlu şeiri: Dilin magik təcrübəsi”
məqalələrinin tam
mətni yer alıb.
Azərbaycan.-2024.-
29 iyun, № 133.- S.8.