Böyük
Qayıdışa həsr
edilən nəşrlərin
təqdimat mərasimi
keçirilib
Azərbaycan Respublikası
Qaçqınların və
Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsi “The Ritz-Carlton” mehmanxanasında
keçirilmiş Əmlak
və İnvestisiya Zirvəsində iştirak
edib. Tədbirdə komitənin “Böyük Qayıdış nəşrlərdə”
adlı sərgisi də nümayiş olunub. Böyük Qayıdışa dair I Dövlət Proqramının
icrası çərçivəsində
hazırlanmış nəşrlərin
təqdim olunduğu sərgiyə tədbirin
100-dən çox iştirakçısı
baxıb.
Milli Məclisin
deputatı Mahir Abbaszadə tədbirdəki
çıxışında işğaldan azad edilmiş ərazilərdə
aparılan bərpa-quruculuq işləri, Böyük
Qayıdışın ilkin nəticələri, bu prosesin səmərəli
təşkilində maarifləndirmə,
təbliğat-izahat və təşviqat işlərinin əhəmiyyəti
barədə danışıb, Dövlət Komitəsinin
hazırladığı nəşrlərin təkcə məcburi
köçkünlərin deyil, həm də geniş ictimaiyyətin
məlumatlandırılması məqsədi
daşıdığını bildirib.
Sərgi
iştirakçılarına məcburi köçkünlər
üçün hazırlanmış 6 adda maarifləndirici, 9
adda məlumatlandırıcı, həmçinin “Şuşa
qalası” seriyasından 10 adda tarixi-etnoqrafik broşürlər təqdim
edilib. Maarifləndirici
broşürlər mina
təhlüksəizliyi, məşğulluq
və sahibkarlıq, sosial müdafiə tədbirləri, icma quruculuğu və fəaliyyəti, dövlət
xidmətləri, ətraf
mühitin mühafizəsi
və ekologiya mövzularını əhatə
edir. İşğaldan
azad edilmiş ərazilərin tarixi və həmin ərazilərdə aparılan
bərpa-quruculuq işləri
barədə məlumatlandırıcı-maarifləndirici
broşürlər Qarabağ
və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan rayonlar haqqındadır.
Həmçinin məcburi
köçkünlər üçün
məlumat kitabı və azərbaycanlıların
Qərbi Azərbaycandan
deportasiyasından bəhs
edən kitab nəşrə hazırlanmışdır.
“Şuşa qalası”
seriyasına isə “Şəhərin yaranması”,
“Məhəllələr və
küçələr”, “Toponimlər”,
“Tarixi-memarlıq abidələri”,
“Flora və fauna”, “Müqəddəs məkanlar”, “Karvansaralar, hamamlar, bazarlar”, “Sənətkarlıq”, “Ticarət”
və “Bulaqlar” adlı broşürlər
daxildir.
Böyük Qayıdışa
təbliğat-təşviqat və izahat dəstəyi olaraq hazırlanan nəşrləri
sərgi iştirakçıları
maraqla qarşılayıblar.
Azərbaycan.-
2024.- 30 iyun, ¹ 134.- S.11.