Laçın
şəhərinə daha
21 ailə qayıtdı
Düşmənin viran
qoyduğu şəhər
və kəndlərimiz
yenidən qurulduqca uzun illərdir torpaq həsrəti yaşayan keçmiş məcburi köçkünlər
mərhələli olaraq
yurdlarına qovuşurlar.
Artıq 1997 ailə -
7762 nəfər əzəli
məskənlərinə qayıdıb.
İndiyədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində,
20 ailə (90 nəfər)
Tərtər rayonunun Talış kəndində,
822 ailə (3132 nəfər)
Füzuli şəhərində,
217 ailə (823 nəfər)
Laçın rayonunun
Zabux kəndində,
59 ailə (215 nəfər)
Laçın rayonunun
Sus kəndində, 126
ailə (491 nəfər)
Şuşa şəhərində,
44 ailə (169 nəfər)
Xocalı şəhərində
məskunlaşıb.
"Üç yaşımda
çıxdığım Laçına üçyaşlı
oğlumla qayıdıram"
Böyük qayıdışın
əsas ünvanlarından
biri olan Laçın şəhəri
dünən daha bir qayıdış karvanına qucaq açıb. Bu mərhələdə daha
21 ailə - 65 nəfər
dədə-baba ocağına
dönüb. Bununla da Laçın şəhərində 534 ailənin,
yəni 1971 nəfərin
daimi məskunlaşması
təmin edilib.
Uzun illərdir
yurda dönüşünü
səbirsizliklə gözləyən
keçmiş məcburi
köçkün Möhübbət
Süleymanov deyir ki, ailəsi hər zaman ona Laçın barədə danışıb:
"İşğal mənim
Laçınlı həyatımı
dondurdu. Üç yaşından məcburi köçkün həyatı
yaşadım. Abşeron
rayonu Pirəkəşkül
kəndində, hərbi
şəhərcikdə çətin
həyat yaşamışıq.
İndi isə doğma yurduma qayıtdım. Yaşım
az olduğu üçün xatırlamıram,
amma ailəm mənə Laçınla
bağlı o qədər
danışıb ki, sanki illərlə orada yaşamışam. Hər qarışı mənə doğmadır.
İndi isə üç yaşımda çıxdığım Laçına
üçyaşlı oğlumla
qayıdıram. İtirdiyimiz
32 ili bundan sonra bərpa edəcəyik, burada qurub-yaradacağıq".
Laçın sakini
Sevil Allahyarova söyləyir ki, bu günü təsəvvürünə gətirmək
belə onun üçün çətin
olub: "Ancaq biz dövlət başçımıza güvənirdik,
inanırdıq. Mən
bu gün doğma yurduma qayıtdığım üçün
çox sevinirəm. Başda Ali Baş Komandan olmaqla, Milli Ordumuzun hər bir üzvünə, hər bir zabit
və əsgərinə
bizə bu günləri yaşatdıqları
üçün minnətdarlığımı
bildirirəm. Torpaqlarımız
uğrunda şəhid
olan, öz qanı ilə torpaqlarımızı azad
edən şəhidlərimizin
ruhu qarşısında
baş əyirəm. Mən rəhbərliyimizlə,
xalqımızla, ordumuzla,
mübariz oğullarımızla
fəxr edirəm".
Laçın sakini
Nəcibə Rəhimova
söyləyir ki, bu günə qədər çox çətinlik, sıxıntı,
həsrət çəksə
də, torpağına
qovuşmağın ümidi
ilə yaşayıb:
"Laçın yolu
yaşadığımız ərazidən keçdiyinə
görə həmişə
sıxıntı keçirirdik
ki, öz doğma yurdumuza qayıda bilməyəcik.
Amma dövlət başçımızın uzaqgörən
siyasəti nəticəsində
bu gün yurdumuza qovuşduq".
Vətən nisgili
çəkən qalmayacaq
Laçın şəhərində
sakinlərin rifahının
yüksəldilməsi və
işlə təminatı
istiqamətində mühüm
tədbirlər görülüb,
rahat və firavan həyat şəraiti üçün
lazım olan infrastruktur yaradılıb
və proses davam edir. Ərazilərin
bərpası müasir
yanaşmalar əsasında
həyata keçirilir,
yaşayış məntəqələri
"ağıllı şəhər"
və "ağıllı
kənd" konsepti ilə qurulur, burada sakinlərin rahatlığı üçün
bütün şərait
yaradılır. Həmçinin
işğal dövründə
vandalizmə məruz qalan tarixi-mədəni abidələr, tikililər
bərpa edilir.
Laçınlıların istirahətinin səmərəli
və maraqlı təşkili istiqamətində
də tədbirlər
həyata keçirilir.
İşğaldan əvvəl
şəhərdə fəaliyyət
göstərən kinoteatr
binası yenidən bərpa olunaraq istifadəyə verilib. Şəhərdə, həmçinin
Həkəri çayının
sahilində bulvar yaradılıb. Burada çay üzərində
körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb.
2026-cı ilin sonunda
Böyük qayıdışın
birinci mərhələsi
bitəcək. O zamana
qədər Qarabağ
və Şərqi Zəngəzurda 34 min 500 ailənin dayanıqlı və təhlükəsiz
məskunlaşması təmin
ediləcək. İşğaldan
azad edilmiş ərazilərimizdə sistemli
şəkildə uğurla
həyata keçirilən
layihələr onu deməyə əsas verir ki, yurdlarından
didərgin salınan,
məcburi köçkün
həyatı yaşayan
bütün vətəndaşlarımız
tezliklə əzəli
yurdlarına qovuşacaqlar.
Ülkər XASPOLADOVA,
Azərbaycan.-2024.-
30 iyun, № 134.- S.12.