Azərbaycanın
Silahlı Qüvvələri
təhlükəsizliyimizin qarantıdır
"Müstəqil dövlətimizin
və xalqımızın
təhlükəsizliyinin təmin
olunmasında ordu amili müstəsna əhəmiyyət kəsb
edir. Yəni Silahlı Qüvvələrimiz
müstəqilliyimizin qarantlarından
biridir. Azərbaycan xalqı ordumuzla, qəhrəman hərbçilərimizlə
qürur duyur. Vətəndaşlarımız 26 İyun - Silahlı Qüvvələr Gününü
böyük ruh yüksəkliyi və təntənə ilə qeyd edirlər".
Bu fikirləri
AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə
Heyətinin üzvü
Pərvin Kərimzadə
deyib.
O bildirib ki, Milli Ordumuzun formalaşmasının zəngin
tarixi var. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər
Şurasının qərarı
ilə ilk hərbi hissə - Əlahiddə Azərbaycan
Korpusu yaradılıb.
Həmin il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə qeyd
edilirdi ki, Azərbaycan özünü
xarici müdaxilələrdən
müdafiə etmək,
daxili düşmən
qüvvələrini zərərsizləşdirmək
üçün nizami
orduya malik olmalı, özünün
silahlı qüvvələrini
yaratmalıdır. Həmin
vaxt hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qarşıya qoyuldu. Avqustun 1-də Azərbaycanın
Hərb Nazirliyi təsis olundu. 1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv olundu. Yalnız dövlətimizin müstəqilliyinin
bərpasından, daha
dəqiq desək,
1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən
sonra Azərbaycan Respublikasının nizami ordusu yaradıldı. Ümummilli Liderin 1998-ci il 22 may tarixli
qərarına əsasən,
26 İyun Silahlı Qüvvələr Günü
elan olundu. Qeyd edək ki, Ulu Öndər
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin
artırılması istiqamətində
kompleks tədbirlər
həyata keçirilib.
Ordu quruculuğuna xüsusi diqqət yetirən Ulu Öndər deyirdi: "Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə
iradəsini təşkil
edən döyüşçülərin
vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü
vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza
sədaqət hissini hər şeydən üstün tutmalıdır.
Məhz bu keyfiyyətləri özündə
cəmləşdirən, əks
etdirən Azərbaycan
Ordusunun döyüşçüsü
ordumuzu möhkəmləndirə
bilər və hər an qələbəyə
nail ola bilər". Bəli, Azərbaycan Ordusunda hərbi-vətənpərvərlik ruhu çox yüksəkdir. Bu amil torpaqlarımızın
erməni işğalından
azad olunmasında mühüm rol oynadı.
YAP İdarə Heyətinin
üzvü qeyd edib ki, Prezident
İlham Əliyevin hakimiyyəti dövründə
ordu quruculuğu məsələləri hər
zaman diqqət mərkəzində olub. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf
etdirən Prezident, Ali Baş Komandan
İlham Əliyevin diqqət və qayğısı sayəsində
hərbçilərin peşəkarlığının
artırılması, şəxsi
heyətin döyüş
ruhunun və mənəvi-psixoloji hazırlığının
yüksəldilməsi, Silahlı
Qüvvələrimizin ən
müasir silah və texnika ilə təchizatı daim ön planda
saxlanıldı. Effektiv
ordu quruculuğu siyasətinin məntiqli nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri qısa
müddətdə regionun
ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu "Global
Fire Power" mərkəzinin 55 göstərici əsasında
hazırladığı hesabatda
Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu
sırasında yer aldı. Eyni zamanda Prezident İlham Əliyevin təşəbbüsü ilə
Azərbaycanda hərbi
sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı
beynəlxalq sərgilərində
Azərbaycanın hərbi
məhsulları nümayiş
olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və
texnika ilə təchiz etmək üçün əvəzsiz
imkanlar yaradıb.
Pərvin Kərimzadə
vurğulayıb: "Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə ordumuz 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatı
ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən
üzərində Qələbə
qazanaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə
bir addım da geri çəkilməyən
Azərbaycan Ordusu düşmənə sarsıdıcı
zərbə vuraraq, 44
gün ərzində
- noyabrın 9-dək 5 şəhər,
4 qəsəbə və
300-dək kəndi işğaldan
azad etdi. Düşmənin tam məğlubiyyəti ilə
nəticələnən bu
müharibə noyabrın
10-da Azərbaycan Prezidenti,
Ermənistanın baş
naziri və Rusiya Prezidentinin münaqişə zonasında
atəşin və bütün hərbi əməliyyatların tam
dayandırılması barədə
bəyanat imzalamaları
ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam,
noyabrın 25-də Kəlbəcər,
dekabrın 1-də isə
Laçın rayonları
Azərbaycana təhvil
verildi. Düşmənin
kapitulyasiyası ordumuzun
gücü hesabına
əldə olunmuş
nəticədir. Qəhrəman
hərbçilərimizin şücaəti,
rəşadəti hesabına,
şəhidlərimizin qanı-canı
bahasına bütün
dünya Azərbaycanın
şanlı Qələbəsinin
şahidi oldu.
2023-cü ilin sentyabrında
isə birgünlük
antiterror tədbirləri
nəticəsində Qarabağda
erməni separatizmi məhv edildi və dövlətimizin suverenliyi tam təmin olundu. Ümumiyyətlə, Azərbaycan
Ordusu həm 44 günlük müharibə,
həm də antiterror tədbirləri zamanı beynəlxalq humanitar tələblərə
uyğun davranaraq mülki əhaliyə zərər vermədi, əksinə, dinc insanların qorunması üçün zəruri
addımlar atdı. Bu baxımdan Azərbaycan Ordusu bütün dünya üçün nümunə
yaratmış oldu. Bütün bunlar açıq şəkildə
təsdiq edir ki, Azərbaycan Ordusu paradlar ordusu deyil, güclü,
peşəkar, müharibədə,
real döyüş əməliyyatlarında öz
sözünü demiş,
özünü təsdiq
etmiş ordudur. Postmüharibə dövründə
isə Azərbaycan Ordusu yeni inkişaf
mərhələsinə qədəm
qoyub. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin yeni dövrün çağırışları
əsasında komplektləşdirilməsi
işləri uğurla
davam etdirilir".
Azərbaycan.-2024.-
26 iyun, № 131.- S.7.