31 il əvvəl
süqut ərəfəsində
olan müstəqilliyimizi
Heydər Əliyevin Qurtuluş missiyası qorudu
AXC-Müsavat hakimiyyətinin
siyasi səriştəsizliyinin
yaratdığı dərin
böhranlar 1993-cü ilin
ortalarına doğru özünün pik həddinə çatmışdı.
Ölkə faktiki olaraq idarə olunmurdu. Mərkəzdənqaçma,
dərinləşən siyasi
böhran, separatizm meyillərinin yaranması və inkişafı dövlətçiliyimizi və
yenicə qazandığımız
müstəqilliyimizi məhvə
doğru aparırdı.
Bütün bunların
nəticəsi olaraq cəbhə xəttində
hərbi uğursuzluqlar
ard-arda davam edirdi.
Gəncə hadisələri
siyasi böhranın kulminasiya nöqtəsi idi
Onsuz da vəziyyətin gərgin olduğu respublikamızda
1993-cü ilin yayında
siyasi və hərbi şərait xüsusilə ağırlaşmışdı.
Əbülfəz Elçibəy
iqtidarı faktiki olaraq hakimiyyət strukturlarına, o cümlədən
silahlı birləşmələrə
nəzarəti tam itirmişdi. Artıq bir sıra ərazilərdə
- Gəncədə, Lənkəranda,
Qusarda və digər regionlarda silahlı birliklər separatçı iddialarla çıxış edib,
mərkəzi hakimiyyətə
tabe olmadıqlarını
bildirirdilər. Ölkədə
vətəndaş müharibəsi
qaçılmaz idi.
Xatırladaq ki,
hələ 1993-cü ilin
fevralında prezident Ə.Elçibəy keçmiş
korpus komandiri S.Hüseynovun rəhbərlik
etdiyi 709 saylı hərbi hissənin ləğv edilməsi haqqında sərəncam imzalamışdı. Mərkəzdənqaçmanın,
hakimiyyətsizliyin, iqtidarın
dövlət idarəçiliyini
tamamilə itirməsinin
nəticəsi idi ki, S.Hüseynov bu sərəncamın tələblərinə tabe
olmadı. Prezidentin
709 saylı hərbi hissənin rəhbərliyinin
dəyişdirilməsi və
onun Ağcabədi rayonuna köçürülməsi
haqqında yeni sərəncamı da kağız üzərində
qaldı. Üstəlik,
Gəncəyə gələn
hüquq-mühafizə orqanlarının
rəhbər şəxsləri
girov götürüldülər.
Bundan sonra hakimiyyət 709 saylı hərbi hissənin tərk-silah edilməsi ilə bağlı növbəti səhv qərar qəbul etdi və bununla
da ölkədə qardaş qırğınına
əsas yaratdı. İyunun əvvəllərində
Gəncədə sözügedən
hərbi hissə ilə hökumət qüvvələri arasında
silahlı toqquşma baş verdi.
Gəncədə baş
verənlər AXC-Müsavat
qaragüruhunun idarəçilikdə
buraxdığı kobud
səhvlərin artıq
özünün kulminasiya
nöqtəsinə çatmasından
xəbər verirdi. Çoxsaylı
insan ölümünə
səbəb olan bu qardaş qırğını ölkədəki
anarxiyanın, xaosun, özbaşınalığın, cəbhə bölgələrində
bir-birinin ardınca baş vermiş uğursuzluqların, hakimiyyətdə
olanların pozucu fəaliyyətinin və
AXC-Müsavat iqtidarına
qarşı ümumxalq
inamının olmamasının
məntiqi nəticəsi
idi.
Antiazərbaycançı qüvvələrin planları
alt-üst oldu
Bundan sonra S.Hüseynovun tabeçiliyindəki
silahlı dəstə
Gəncə və ətraf rayonlarda yerli hakimiyyət strukturlarını devirərək
Bakıya doğru hərəkət etməyə
başladı. Baş
verənlər Azərbaycandakı
hərbi-siyasi böhranı
daha kritik həddə çatdırdı
və ölkə vətəndaş müharibəsi
astanasına gətirildi.
Həmin faciəvi və iztirablı hadisələr zamanı antiazərbaycançı qüvvələrin
fikrincə, Azərbaycan
parçalanmalı, dövlətçiliyimiz
və müstəqilliyimiz
məhv olmalı idi.
Lakin Ulu Öndər Heydər Əliyevin həmin günlərdə Naxçıvandan
Bakıya gəlişi
antiazərbaycançı qüvvələrin
planlarını alt-üst
etdi. Vətəninin ağır günündə
xalqın istəyi ilə Naxçıvandan Bakıya gələn Ulu Öndərin böyük səyləri
və müdrikliyi nəticəsində ölkədə
vətəndaş müharibəsinin
qarşısı alındı.
Ümummilli Liderin hakimiyyətə qayıdışı
ilə Azərbaycan məhv olmaq təhlükəsindən xilas
oldu.
Heydər Əliyev
bu hadisələrlə
bağlı çıxışlarının
birində deyib:
"1993-cü ilin iyun
ayında Azərbaycanda
böyük dövlət
böhranı yarandı.
Azərbaycan dağılmağa
başladı və ovaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma
baş verdi və qan töküldü.
Gəncədə başlayan
hərəkat Azərbaycan
ərazisinin demək olar ki, yarısından
çoxunda hakimiyyəti
öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda
məni devirmək və Azərbaycandan sıxışdırıb çıxarmaq
istəyən ovaxtkı
iqtidar belə bir zamanda əlacsız
qaldı və mənə müraciət
etdi. Ancaq ondan əvvəl mənə müraciət
edənlər bizim partiyanın üzvləri,
Azərbaycanın müxtəlif
təbəqələrinin nümayəndələri
və ziyalıları
oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".
Güclü siyasətçi,
praqmatik lider, müdrik dövlət xadimi kimi Heydər
Əliyevin titanik səyləri nəticəsində
müstəqilliyin ilk
illərində dağılmaq
və dünya xəritəsindən silinmək
təhlükəsi ilə
üz-üzə qalmış
Azərbaycanı bütün
fəlakətlərdən qurtarmaq
mümkün oldu. Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi
sabitlik təmin edildi, ölkə stabil inkişaf yoluna qədəm qoydu. Heydər Əliyev dövlətçiliyimizi
və müstəqilliyimizi
qorudu, müasir Azərbaycan dövlətinin
banisinə, xalqımızın
Ümummilli Liderinə
çevrildi. Ulu Öndərin siyasi hakimiyyətə gəlişinin
ilk rəsmiləşdiyi
tarix - iyunun ayının 15-i isə təqvimə Milli Qurtuluş Günü kimi həkk olundu.
31 il əvvəl
Heydər Əliyevin xilas etdiyi, inkişaf
yoluna çıxardığı
Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi
ilə tarixinin ən qürurlu dövrünü yaşayır.
Torpaqlarımızın azad
olunması və ərazi bütövlüyümüzün
bərpa edilməsi isə Ulu Öndər
Heydər Əliyevin əsasını qoyduğu
müasir Azərbaycanın
inkişaf və yüksəliş tarixini daha da şərəfləndirdi.
Bu tarixi uğurlarımız göstərir
ki, Prezident İlham Əliyevin tarixinin ən qüdrətli mərhələsinə
yüksəltdiyi Azərbaycan
qarşısında dayanan
bütün hədəflərə
qətiyyətlə çatan
dövlətdir.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2024.-
5 iyun, № 117.- S.11.