37 ölkə, 300 şirkət...

 

 

Azərbaycan qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir

 

 

 

Azərbaycan dünyada qlobalmiqyaslı tədbirlərə uğurla evsahibliyi edən ölkə kimi tanınır. Ölkəmizin inkişaf etmiş infrastruktura malik olması istənilən beynəlxalq tədbirin keçirilməsinə imkan verir.

Noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi bu baxımdan təsadüfi deyil.

Bu günlərdə isə paytaxt Bakı növbəti beynəlxalq tədbirə - Bakı Enerji Həftəsinə evsahibliyi edir.

Xatırladaq ki, bu tədbir Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1994-cü ildə keçirilib o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynayıb. İlk olaraq "Caspian Oil&Gas" sərgisi adlanan bu tədbir neft, qaz energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib.

İyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft Qaz - "Caspian Oil&Gas" 12-ci Xəzər Beynəlxalq Energetika Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev bildirib ki, həmin vaxtdan bəri bu tədbirin miqyası genişlənib artıq Bakı Enerji Həftəsi adlandırılıb. Prezidentin dediyi kimi, Bakı Enerji Həftəsi enerji siyasətinin neft, qaz, emal, ixrac, "yaşıl enerji"nin seqmentlərini əhatə edir.

 

 

 

İmzalanan bütün müqavilələr tam həyata keçirilib

 

 

 

Bakı Enerji Həftəsində enerji sektorundakı aktual məsələlər müzakirə edilir. Bu platforma çərçivəsində keçirilən tədbirlər konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulmasına, təcrübə mübadiləsinə yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir.

Özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir bununla da diqqəti Azərbaycana yönəldir.

ABŞ Prezidenti Cozef Bayden Bakı Enerji Həftəsinə görə Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Vurğulayaq ki, bu, ABŞ Prezidentinin bir həftə ərzində Azərbaycana göndərdiyi ikinci təbrik məktubudur.

C.Bayden məktubunda xüsusi qeyd edir ki, regional sabitlik əlaqələr Birləşmiş Ştatlar üçün prioritet məsələlərdir. Onilliklərlə davam etmiş münaqişəyə son qoyacaq möhkəm ləyaqətli sülh sazişi Cənubi Qafqazı transformasiya edəcək Azərbaycanın regiondakı rolunu fundamental şəkildə dəyişəcək: "Birləşmiş Ştatlar bu nəcib iddianı dəstəkləməyə hazırdır. Biz sülh firavanlığın təmin edilməsinin əsas prinsiplər olaraq qəbul olunmasını gələcək nəsillərə borcluyuq".

Baydenin bu məktubu bir neçə müddətdir Azərbaycan ABŞ əlaqələrinin pozulduğunu iddia edən qərəzli qüvvələrə, bununla bağlı yalanlar tirajlayan erməni lobbisinə tutarlı cavabdır. Əgər ABŞ bundan sonra da Azərbaycan ilə Ermənistan münasibətlərində neytrallığını qorusa, ölkələrimiz arasındakı əlaqələr daha da inkişaf edər.

Onu da qeyd edək ki, Bakı Enerji Həftəsi dünyada çox nadir enerji toplantısıdır ki, ABŞ Prezidenti təbrik ünvanlayıb. Bu, həm Azərbaycanın qlobal enerji təhlükəsizliyi üçün mühüm təşəbbüslərinə göstərilən etimadın təzahürüdür.

Sərgi forum iştirakçılarına Böyük Britaniya Türkiyənin dövlət başçılarından da təbrik məktubları göndərilib.

Bakı Enerji Həftəsinə bu cür beynəlxalq səviyyəli maraq həm ölkəmizin güvənli, etibarlı tərəfdaş olduğunun əyani sübutudur. Tədbirin açılışında Prezident İlham Əliyev məhz bu məqamı xüsusi vurğuladı: "Bizim vədlərimiz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanan bütün müqavilələr tam həyata keçirilib, onlar parlament səviyyəsində ratifikasiya edilib qanun şəklində imzalanıb. Yəni həmin müqavilələrin bir sözü, bir ifadəsi belə dəyişdirilməyib. Məhz buna görə biz daha bir sürətli inkişafı görürük - "yaşıl enerji" bərpaolunan enerji resurslarının istehsalı".

 

 

 

Növbəti qlobal tədbirə evsahibliyi

 

 

 

Budəfəki Bakı Enerji Həftəsi bir sıra əlamətdar hadisələrə təsadüf etməsi ilə diqqət çəkir. Belə ki, bu il Azərbaycanın enerji strategiyasının müəllifi, Ulu Öndər Heydər Əliyevin qətiyyəti ilə "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ili tamam olur. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin proqramında da əksini tapıb.

Həmçinin bu il Beynəlxalq Xəzər Neft Qaz "Caspian Oil&Gas" sərgisinin təsis edilməsindən 30 il ötür. Ötən 30 il ərzində Azərbaycanda enerji sahəsi üzrə mühüm nailiyyətlər əldə edilib ölkəmizin təşəbbüsü iştirakı ilə regionda qlobal enerji layihələri həyata keçirilib. Buna görədir ki, hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində başlıca rola malikdir.

Açılış mərasimində "Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı adlandırır. Yəni bu gün qazımızı idxal edən 8 ölkədən 6-sı Avropa ölkəsidir", - deyən Prezident İlham Əliyev onu da bildirib ki, təchizatımızın coğrafiyası bundan sonra da genişlənəcək.

Qeyd edək ki, Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edir. İsveç, Hindistan Sloveniyadan olan şirkətlər isə ilk dəfədir ki, bu tədbirə qatılırlar. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın "yaşıl enerji" sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır.

Göründüyü kimi, Bakı Enerji Həftəsinin timsalında Azərbaycan növbəti qlobal tədbirə uğurlu evsahibliyi edir. Dünyanın dörd bir yanından mötəbər qonaqların Bakıya üz tutaraq qlobal enerji məsələlərini müzakirə etməsi həm Azərbaycanın bu sahədə aparıcı ölkə olaraq qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri bir daha nümayiş etdirir.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2024.-5 iyun, № 117.- S.10.