Baş nazir Əli
Əsədov Nobel sülh
mükafatı laureatı Məhəmməd Yunus
ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 16-da Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə XI Qlobal Bakı Forumunun önəmi vurğulanıb, çoxlu sayda ölkədən dövlət və hökumət başçılarının, tanınmış siyasi və ictimai xadimlərin bu tədbirdə iştirakı onun nüfuzunun göstəricisi kimi dəyərləndirilib.
Söhbət zamanı Azərbaycanın müstəqillik dövründə qazandığı nailiyyətlər və dinamik inkişaf yolu barədə məlumat verilib. Ölkəmizdə bütün istiqamətlərdə, xüsusilə iqtisadi sahədə aparılan genişmiqyaslı islahatların müsbət nəticələr verdiyi vurğulanıb.
Görüşdə Nobel sülh mükafatı laureatı Məhəmməd
Yunusun dünya
miqyasında yoxsulluğa qarşı
mübarizədə uzunmüddətli səmərəli fəaliyyəti
yüksək qiymətləndirilib.
Azərbaycan.- 2024.- 17 mart, № 60.-
S.4.