Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi"ndə
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Qiymətli kağızlar
bazarı haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2023-cü il 6 iyul tarixli 947-VIQD nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 25
dekabr tarixli 1760 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, № 12 (I kitab), maddə
2328 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi"nin
5.6.9-cu yarımbəndi ləğv
edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
27 mart 2024-cü il
Azərbaycan.-
2024.- 29 mart, № 64.- S.2.