"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli
Qanununun tətbiqi və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 10
mart tarixli 299 nömrəli Fərmanında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Avtomobil yolları
haqqında" Azərbaycan
Respublikası Qanununun
19-1-ci maddəsinin birinci
hissəsinin birinci cümləsində, üçüncü
hissəsinin birinci (hər üç halda) və ikinci (hər iki halda) cümlələrində,
19-2-ci maddəsinin birinci,
altıncı (hər
iki halda) və yeddinci (hər iki halda)
hissələrində, 19-3-cü maddəsinin altıncı
hissəsində (hər
iki halda) və 19-4-cü maddəsinin
üçüncü hissəsində
(hər iki halda) müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun
19-1-ci maddəsinin üçüncü
hissəsinin ikinci cümləsində (birinci
halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının
Prezidenti nəzərdə
tutulur;
1.3. həmin Qanunun
19-1-ci maddəsinin birinci
hissəsinin birinci cümləsində, üçüncü
hissəsinin birinci (birinci halda) və ikinci (ikinci halda) cümlələrində,
19-2-ci maddəsinin birinci,
altıncı (hər
iki halda) və yeddinci (birinci halda) hissələrində, 19-3-cü maddəsinin
altıncı hissəsində
(hər iki halda) və 19-4-cü maddəsinin üçüncü
hissəsində (hər
iki halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti nəzərdə
tutulur;
1.4. həmin Qanunun
19-1-ci maddəsinin üçüncü
hissəsinin birinci cümləsində (ikinci
halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının
Tarif (qiymət) Şurası nəzərdə
tutulur;
1.5. həmin Qanunun
19-1-ci maddəsinin üçüncü
hissəsinin birinci cümləsində (üçüncü
halda) və 19-2-ci maddəsinin yeddinci hissəsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Avtomobil yolları
haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2024-cü il 23 fevral tarixli
1101-VIQD nömrəli Qanunundan
irəli gələn məsələləri həll
etsin.
3. "Avtomobil yolları
haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, № 3, maddə
166 (Cild I) 2-ci hissəsində
aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 2.1-ci bənddə "19-2-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində və
yeddinci hissəsində
(ikinci halda)" sözləri "19-1-ci maddəsinin
birinci hissəsinin birinci cümləsində,
üçüncü hissəsinin
birinci (hər üç halda) və ikinci (hər iki halda)
cümlələrində, 19-2-ci maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci cümləsində, altıncı
(hər iki halda) və yeddinci (hər iki halda) hissələrində,
19-3-cü maddəsinin altıncı
hissəsində (hər
iki halda) və 19-4-cü maddəsinin
üçüncü hissəsində
(hər iki halda)" sözləri ilə əvəz edilsin;
3.2. 2.2-ci bəndə "Qanunun" sözündən
sonra "19-1-ci maddəsinin
üçüncü hissəsinin
ikinci cümləsində
(birinci halda) və" sözləri,
"orqan" sözündən
sonra "(qurum)" sözü əlavə edilsin;
3.3. 2.3-cü bənddən
"19-1-ci maddəsinin birinci
hissəsinin birinci cümləsində və
üçüncü hissəsində
(birinci halda), 19-2-ci maddəsinin birinci, altıncı (hər iki halda), yeddinci
(birinci halda),
19-3-cü maddəsinin altıncı
(hər iki halda), 19-4-cü maddəsinin
üçüncü (hər
iki halda)," sözləri çıxarılsın;
3.4. aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:
"2.3-1. həmin Qanunun
19-1-ci maddəsinin birinci
hissəsinin birinci cümləsində, üçüncü
hissəsinin birinci (birinci halda) və ikinci (ikinci halda) cümlələrində,
19-2-ci maddəsinin birinci,
altıncı (hər
iki halda) və yeddinci (birinci halda) hissələrində, 19-3-cü maddəsinin
altıncı hissəsində
(hər iki halda) və 19-4-cü maddəsinin üçüncü
hissəsində (hər
iki halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti nəzərdə
tutulur;";
3.5. 2.12-ci bənd aşağıdakı
redaksiyada verilsin:
"2.12. həmin Qanunun
19-1-ci maddəsinin üçüncü
hissəsinin birinci cümləsində (ikinci
halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının
Tarif (qiymət) Şurası nəzərdə
tutulur;";
3.6. 2.13-cü bənddən "və yeddinci hissəsində"
sözləri çıxarılsın;
3.7. aşağıdakı məzmunda 2.13-2-ci bənd
əlavə edilsin:
"2.13-2. həmin Qanunun
19-1-ci maddəsinin üçüncü
hissəsinin birinci cümləsində (üçüncü
halda) və 19-2-ci maddəsinin yeddinci hissəsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur;".
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
28 mart 2024-cü
il
Azərbaycan.-
2024.- 29 mart, № 64.- S.2.