Fransa
Cənubi Qafqaza girmək üçün
Ermənistanı silahlandırır
Amma Paris bu məkrli məqsədinə çata
bilməyəcək
Keçmiş Qarabağ
münaqişəsinin həlli
üçün Azərbaycan
30 ilə yaxın danışıqlar apardı.
Amma bu danışıqlardan
uğurlu bir nəticə hasil olmadı. Çünki Ermənistan müxtəlif
bəhanələrlə danışıqlardan
yayınır, münaqişənin
ömrünü uzatmağa
çalışırdı. Bununla da nəsə
bir uğur əldə edəcəyinə
ümid bəsləyirdi.
30 ilə yaxın davam edən Qarabağ
münaqişəsini, nəhayət,
Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
44 günə həll
etdi.
Ölkəmiz üçün
böyük uğurla
yekunlaşan İkinci
Qarabağ müharibəsindən
sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanması istiqamətində
danışıqlar aparılmağa
başlandı. Lakin Ermənistan yenə də əvvəlki ssenariyə uyğun olaraq müxtəlif bəhanələr uyduraraq
sülh müqaviləsinin
imzalanmasından yayınır. Xam xəyallarla yaşayaraq yenə də bölgədə gərginlik
yaratmaq istəyir, sərsəm-sərsəm bəyanatlar
verir. Fransadan, Hindistandan və başqa ölkələrdən
silah alır. Bəri başdan deyək ki, sonda uduzan tərəf
sülh müqaviləsinin
imzalanmasını ləngidən
Ermənistan olacaq. Çünki Ermənistan
nə qədər silah alırsa-alsın, güclü, qüdrətli,
dünyada söz sahibi olan Azərbaycanın
qarşısında dayana
bilməz.
Heç kimə
sirr deyil ki, Ermənistan bu addımları özbaşına atmır.
Fransa və başqa ölkələr
bunu ona məcbur edir. Rəsmi Paris Cənubi Qafqaz regionunda gizli planlarını həyata keçirmək üçün vəziyyəti
gərginləşdirir, Ermənistanı
silahlandırır. Bunu
da bütün dünya görür, amma susur. Ermənistanın
baş naziri Nikol Paşinyanın Fransaya səfəri və burada Prezident Emmanuel Makronla görüşməsi,
verilən açıqlamalar,
gözlənildiyi kimi,
bölgədə sülhə
xidmət etmir. Əksinə, iki ölkə arasındakı
vəziyyəti daha da gərginləşdirir.
Həm görüş
vaxtı, həm də görüşdən
sonra Fransa Prezidenti Makronun səsləndirdiyi fikirlər
arasında ötən
il sentyabrın sonlarında Qarabağ iqtisadi rayonundan ermənilərin könüllü
köçü ilə
bağlı məsələ
diqqəti daha çox cəlb edir. Hansı ki, həmin hadisə Fransanın bölgədə oynadığı
pozucu siyasətin, Ermənistanı qızışdırmasının
nəticəsi olaraq meydana çıxmışdı.
Fransa 2020-ci ildən bəri Ermənistanın Azərbaycanla sülhə
gəlməsinə müxtəlif
yollarla əngəl törədir. Rusiyanı Cənubi Qafqazdan sıxışdıraraq burada
möhkəmlənmək üçün
daim İrəvanı
qızışdırır, həm də silahlandırır.
Fransa Prezidentinin
Qarabağ ermənilərinin
qayıtmasıyla bağlı
fikirlərindən onun ermənilərdən
daha çox erməni olmağa çalışdığı aydın görünür.
Demək olar ki, bu mövzu
siyasi gündəmdən
çıxıb. Amma
Fransa Cənubi Qafqaz planlarını həyata keçirmək üçün bunu əlində bəhanə
edərək regionda gərginlik yaratmağa çalışır.
Paşinyanın Paris səfərinin davam etdiyi günlərdə Fransanın Ermənistana yeni silah-sursat göndərəcəyinə dair
yayılan məlumat tüstülənən ocağa
yanacaq atmağa bənzəyir. Ölkənin
"Le Figaro" qəzeti yazıb
ki, Fransa Ermənistana yeni silah partiyası göndərəcək. Nəşrin
yazdığına görə,
Fransanın "Ground
Master" (GM200) radarları, gecəgörmə cihazları
və durbinlər Ermənistana yola salınacaq. Məlumatda o da qeyd olunur
ki, tərəflər
arasında imzalanan müdafiə sahəsində
əməkdaşlıq haqqında
anlaşma memorandumunda
Fransa ordusunun bu il erməni
hərbi qulluqçular
üçün dağlıq
şəraitdə döyüş
hazırlığı kursu
keçirməsi də
nəzərdə tutulur.
Heç ermənilərin
özləri də Fransanın göndərdiyi
silahlara o qədər
güvənmirlər. Ermənistan
mediasında bu barədə müxtəlif
fikir və rəylər yazılır.
"Şərəf duyuram"
parlament fraksiyasının
katibi Tiqran Abramyan çıxışı
zamanı bu barədə danışıb.
Revanşist siyasətçi
Fransadan gətirilən
silahların Ermənistan
ordusunun döyüş
qabiliyyətini artıra
biləcəyinə şübhə
ilə yanaşıb.
O deyib ki, düzdür, fransız silahları əlbəttə
ki, müasirdir. Amma problem ondadır
ki, onların bizdəki sistemlərlə
nə dərəcədə
uyğunlaşdığını anlamaq lazımdır. Onun sözlərinə görə, radarlar və hava hücumundan
müdafiə sistemləri
əsasən müxtəlif
situasiyalarda bir-biri ilə əlaqəli fəaliyyət göstərir,
əlaqələndirilmiş hərəkətlərin olmaması
heç bir halda effektivliyi təmin etməyəcək.
Fransanın göstərişlərinə
qul kimi boyun əyən Ermənistan Azərbaycanla
sərhəddə yeni
təxribat hazırlamaq
istəyir. Təbii ki, bu, Fransanın
sifarişidir. Amma bu, baş verərsə,
Ermənistan çox ciddi zərbə altına düşəcək.
Belə olan halda ermənilərin mövqeləri Azərbaycan
Ordusu tərəfindən
tamamilə darmadağın
ediləcək. Prezident
İlham Əliyev
2024-cü il yanvar ayının 10-da yerli televiziya kanallarına müsahibəsində bunu
bir daha bəyan edərək demişdir: "Ermənistan
da bilməlidir, o, nə qədər silah alsa da,
onlara nə qədər ürək-dirək
versələr də,
əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi
olsa, biz dərhal o təhlükə
mənbəyini məhv
edəcəyik. Mən
bunu gizlətmirəm ki, sabah heç
kim deməsin nəsə gözlənilməz
oldu. Qoy eşidən eşitsin ki, biz görsək,
bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq
"Bastion" maşınları,
o konserv bankaları yox, real təhlükə
yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən
nöqtədə məhv
edəcəyik".
Fransa hökuməti
ümid edir ki, Ermənistanı silahlandırmaqla bölgədə gərginlik
yaradacaq və bundan istifadə edib çirkin məqsədini həyata keçirəcək. Amma Fransa da, Ermənistan
da anlamalıdır ki, atdıqları bu addımlarla heç nəyə nail ola bilməyəcəklər.
Çünki Azərbaycan
öz ərazilərini
istənilən təcavüzdən
qorumağa qadirdir. Ölkəmizin 44 günlük
Vətən müharibəsindən
qalib çıxmış
və sonrakı müddətdə daha da güclənmiş qüdrətli ordusu var.
Vahid
MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
1 mart, № 47.- S.4.