Makronun
müharibə sayıqlaması...
Ermənistanı silahlandıraraq savaşa hazırlayan Fransanın əsl niyyəti Cənubi Qafqazı qan gölünə çevirməkdir
"Bizdə belə
planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır.
Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana
hücuma hazırlaşması
ilə bağlı ölkəmizin demonizə
edilməsinə əsaslanan
anti-Azərbaycan siyasətinin
bir hissəsidir".
Fevralın 28-də Prezident
İlham Əliyev Alman İqtisadiyyatının
Şərq Komitəsinin
sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman səsləndirdiyi
kimi, Fransa Prezidenti Emmanuel Makron ölkəmizə qarşı şər, böhtan səsləndirir
və bununla da, əslində, Parisin Bakıya qarşı qərəzini
açıq şəkildə
ortaya qoyur.
Ancaq Azərbaycan
suverenliyini, ərazi bütövlüyünü beynəlxalq
hüququn normaları
çərçivəsində təmin edib və ölkəmizin bu məsələlərlə
bağlı günahlandırılması
cəhdləri absurd olduğu qədər də əbəsdir.
Məkrli oyunlar
Azərbaycanın 2023-cü ilin sentyabrında suverenliyini tam təmin edərək Fransanın Qarabağa uzanan separatizm əlini sındırması
və müstəmləkəçi
ölkəni Cənubi
Qafqazdan qovması sözün əsl mənasında Makronun yuxularını ərşə
çəkib. Fransa Prezidentinin guya Azərbaycanın Ermənistana
hücum edəcəyi
kimi sərsəm sayıqlamaları isə onun gözüaçıq
vayğa gördüyünə
dəlalət edir.
Yoxsa Makronun başına hava gəlməyib ki, Almaniyanın təşəbbüsü
ilə fevralın 17-də
Münxendə Azərbaycan
və Ermənistan liderlərinin görüşünün,
iki ölkə arasında normallaşmaya nail olunması üçün yaranan münbit şəraitin fonunda müharibədən
dəm vursun?
Paşinyanın "böyük bacısı"nın
şübhəli və
sualdoğuran digər
davranışları isə,
bir əli ilə Ermənistanı silahlandıraraq revanşa
hazırlaması, digər
tərəfdən də
həyasızcasına Azərbaycanı
savaşla suçlamasıdır...
Bəli, çox
təəssüf ki, hazırda Fransa Prezidenti Makronun timsalında belə təzadlı bir xarakterə sahib şəxsin məkrli oyunları ilə üz-üzəyik...
Amma o da gerçəklikdir ki, islamofob, türkofob Fransa liderinin bu oyunları elə Ermənistanın özünü məhvə
sürükləyir.
Hadisələrin gedişatı
Makronu qane etmir
Münxendəki görüşdən
dərhal sonra Paşinyanın tələm-tələsik
Fransaya Makronla görüşə yollanması
da işin içində ayrı mətləblərin olduğunu
açıq ortaya qoydu. Nədən ki, Ermənistanın baş nazirinin sözügedən səfəri
zamanı verdiyi absurd açıqlamalar sülhdən daha çox müharibədən
yana olduğunu göstərdi. Ermənistanın
baş naziri
"France 24" telekanalına müsahibəsində ölkəmizə
qarşı yenidən
əsassız iddialar səsləndirərək, guya
Azərbaycanın Ermənistana
hücuma keçməyə
hazırlaşdığını söylədi. Makronun təhriki ilə Paşinyan bu dəfə də heç bir əsası olmayan və tamamilə iftira və böhtanlardan ibarət açıqlamaları ilə
sülh danışıqlarına
bilə-bilə zərbə
vurdu.
Hər kəs xatırlayır, məhz Fransanın təxribatı
nəticəsində Azərbaycan
İspaniyanın Qranada
şəhərində 2023-cü il oktyabrın 5-nə planlaşdırılan beştərəfli
görüşdən imtina
etmişdi.
Məsələ ilə
bağlı Prezident İlham Əliyev bildirmişdi ki, Fransa Prezidenti televiziyaya verdiyi müsahibələrindən birində
Azərbaycanın ünvanına
müəmmalı və
qəbuledilməz sözlərdən,
ifadələrdən istifadə
etdi və beləliklə, özünü
prosesdən ayırdı.
Çünki tam aydın idi ki, əgər siz neytrallığınızı
itirirsinizsə, artıq
vasitəçi ola bilməzsiniz, bu şansı əldən buraxırsınız: "Biz
rəsmən bəyan
etdik, artıq düzgün, yaxud münasib hesab etmirik ki, Fransanın
hər hansı bir nümayəndəsi Ermənistanla Azərbaycan
arasında normallaşma
prosesində iştirak
etsin. Buna görə bu məxsusi səbəbə
görə mən Qranadaya getmədim".
Bütün bunlar
da göstərir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını
Paris heç zaman istəməyib və hazırda da bu, belədir. Buna görə də Fransanın Münxen görüşündən
sonra prosesi pozmağa, aranı qarışdırmağa çalışması
təəccüb doğurmadı.
Həmçinin Fransa
Prezidentinin Münxen görüşündən sonrakı
təxribatçı davranışları
Makronun Almaniya kansleri Olaf Şoltsun
sülh prosesi istiqamətindəki təşəbbüsünü
qısqanclıqla qarşıladığına
başqa bir nümunə oldu.
Ermənistan məhvə
sürüklənir
Makron Azərbaycanın
Ermənistana qarşı
hücuma hazırlaşmasını
iddia etməklə, əslində, beynəlxalq
ictimaiyyətdə çaşqınlıq
yaratmaq və öz çirkin oyunlarını pərdələmək
məqsədi güdür.
Fevralın 21-də Parisdə
keçirilən brifinqdə
Makronun Paşinyana
"Fransa Ermənistanla
müdafiə sahəsində
əməkdaşlığı inkişaf etdirməyə davam edəcək. Fransa Ermənistana müdafiə silahlarının
tədarükünə razılıq
verib" deməsi isə Parisin ölkəmizə qarşı
hərbi təxribatlarını
da əyani göstərir.
Ancaq Fransa da yaxşı bilir ki, onun
köhnə-külüş texnikaları ilə silahlanmış Ermənistan
ordusu dünya orduları sırasında
ilk sıralarda qərarlaşan Azərbaycan
Ordusunun qarşısına
çıxa bilməz.
Əgər bu axmaq cürətə düşsə belə
"dəmir yumruq"
vasitəsilə yenidən
külü göyə
sovrular.
Buna görə
də nə qədər ki, gec deyil, Makronun
təhriki ilə müharibəyə iştahlanan
Paşinyan Ermənistanın
məhvi olacaq savaş variantından əl çəkib özlərinin xilası üçün sülhə
yönəlməlidir.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2024.-
1 mart, ¹ 47.- S.4.