Fransanın
casus şəbəkəsi
daha çox Ermənistan hakimiyyətinə
təhlükə yaradır
Ermənistan ölkəmizə
qarşı ərazi iddiası başlatdığı
gündən Azərbaycan
problemin sülh yolu ilə həllinə
üstünlük versə
də, işğalçı
dövlət himayədarlarının
vasitəçiliyi ilə
əldə etdiyi müvəqqəti qələbədən
ruhlanaraq həmişə
əks düşüncədə
olduğunu nümayiş
etdirib. 2020-ci ilin payızında baş vermis Vətən müharibəsindəki məğlubiyyətinə
kimi Ermənistanın
hərbi-siyasi rəhbərliyinin
müxtəlif vaxtlarda
yeni ərazilərimizi
işğal etmək niyyətində olmaları
barədə təhdidlərinə,
hətta tanklarını
Bakıya sürəcəkləri
barədə sərsəmləmələrinə
çox şahidlik etmişdik.
Təəssüf ki,
illərdir problemin həllində vasitəçi
rolunda çıxış
edən bəzi dövlətlər, xüsusilə
Fransa vaxtaşırı
"problemin hərbi yolla həlli yoxdur" kimi bəyanatlar versələr
də, münaqişənin
sülh yolu ilə həlli üçün heç bir iş görmürdülər.
Əslində, işğalçı
Ermənistanı birmənalı
olaraq silahlandırıb,
əraziləri işğal
olunan və bir milyon vətəndaşı
qaçqın-köçkün düşən Azərbaycandan
"güzəşt" tələb
edirdilər.
Azərbaycan Vətən
müharibəsindəki möhtəşəm
qələbədən sonra
da prinsiplərinə sadiq qalaraq Ermənistana
sülh təklif etdi. Sonralar baş verən proseslər də sübut etdi ki, Azərbaycan qarşı tərəfdən
fərqli olaraq bölgədə sülhün
təmin olunması istiqamətində ardıcıl
olaraq prinsipial mövqedən çıxış
edir. Ermənistan isə məkrli niyyətini gizlətmək
üçün özünü
sözdə sülh tərəfdarı göstərir,
danışıqlar prosesini
müxtəlif vasitələrlə
uzadaraq revanş götürmək üçün
vaxt qazanmağa çalışır…
Ermənistanın sülh
müqaviləsini imzalamaq
niyyətində olmaması
faktdır. Birincisi, iqtisadi tənəzzül dövrünü yaşayan,
xarici borc içində çabalayan
bir ölkənin var gücü ilə yenidən silahlanması onun sülh niyyətində olmadığını isbat
edir. İkincisi, Ermənistan hərbi-siyasi
rəhbərliyi müstəqil
qərar vermək gücündə deyil. Qərbdən asılılıq,
xüsusilə Fransanın
öz qlobal maraqları naminə Ermənistana sülh müqaviləsini imzalamamaq
üçün təzyiq
göstərməsi göz
önündədir. Heç
şübhəsiz ki,
hakimiyyətə gələrkən
Nikol Paşinyan Parisdən aldığı
dəstək nəticəsində
bu ölkə qarşısında öhdəliklər
götürüb.
Ermənistanı Azərbaycandan
"qorumaq" adı
ilə Aİ-nin "müşahidə" missiyası
adı ilə təqaüddə olan təcrübəli jandarm qüvvələrini Ermənistana
yerləşdirməklə rəsmi Paris Nikol Paşinyan hakimiyyətini basqı altında saxlayıb, öz fikirlərini onun dili ilə səsləndirə
bilir.
Fransa geosiyasi maraqları naminə Cənubi Qafqazda dayanıqlı sülhün
olmasını qəti
surətdə istəmir.
2020-ci ilin noyabrında
üçtərəfli Bəyanat
imzalandıqdan sonrakı
dövrdə baş verən hadisələri izlədikdə Parisin sülh prosesinə mane olmaq üçün
açıq surətdə
müdaxilə etdiyi faktını heç cür gizlətmək mümkün deyil.
Münxen
Təhlükəsizlik Konfransı
çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla
görüşündən sonra Fransanın "Franse 24" telekanalına
müsahibə verən
Ermənistanın baş
naziri iki ölkə arasında sülh sənədini
"ağlagəlməz", yəni qeyri-mümkün adlandıraraq bunu "Bakının Ermənistanı
Qərbi Azərbaycan hesab etməsi" ilə izah edib.
Nikol Bakını
"yeni ərazilər
tutmağa" hazırlaşmaqda
ittiham etməkdən də çəkinməyib.
Bunun ardınca Fransanın müdafiə nazirinin Ermənistana ikigünlük səfərini
də təsadüfi hesab etmək olmaz.
Təcrübədən məlumdur ki, Fransa Azərbaycana qarşı hər hansı bir təxribat planı hazırlayanda Emmanuel Makron adətən öz fikirlərini yedək təşkilatlardakı
adamlarının dili ilə səsləndirir. Son günlər Fransanın və erməni lobbisinin təsiri altında olan KİV-də və beynəlxalq qurumlarda Azərbaycanın
növbəti "hücum
planı" haqqında
gedən əsassız
məlumatlar Fransanın
regionla bağlı hazırladığı növbəti
məkrli oyunundan xəbər verir. Aydın məsələdir
ki, Paris Ermənistanda
hərbi mövcudluğunu
təmin etmək məqsədilə regionda
növbəti toqquşmalara
rəvac vermək niyyətindədir.
Azərbaycan
Prezidenti İlham Əliyev fevralın 28-də
Alman İqtisadiyyatının
Şərq Komitəsinin
sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən Cozef Borelin bəyanatına münasibət bildirərək
qeyd edib: "Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana
hücuma hazırlanması
ilə bağlı ölkəmizin demonizə
edilməsinə əsaslanan
anti-Azərbaycan siyasətinin
bir hissəsidir. Ermənistanla sərhəddə
son dəfə
2023-cü ilin sentyabrında
ciddi gərginləşmədən
sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət
sakit idi. Lakin fevral ayında
erməni snayperi Azərbaycan əsgərini
ağır yaraladıqdan
sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Bizim bu cavab
bir neçə dəqiqə çəkdi
və Ermənistanın
bunu dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların
öldürülməsi cəhdi
cəzasız qalmayacaq
və dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik
hökm sürür. Deməli, cənab Borel və cənab
Makron bu informasiyanı reallıqdan
deyil, öz xəyallarından götürürlər".
Dövlətimizin başçısı
məsələyə münasibət
bildirərkən ölkəmizin
sülhə sadiq olması haqqında fikirlərini bir daha əminliklə vurğulayıb. Xatırladaq
ki, bir qədər
öncə fransalı
general Ermənistan-Azərbaycan
sərhədinə gələrək
"binoklla" müşahidə
aparmışdı. Bundan
cəmi bir neçə gün sonra Ermənistan hərbçiləri snayperlə
əsgərimizi yaraladılar...
Bu arada qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Fransaya baş tutan son səfəri
zamanı iki ölkə arasında kəşfiyyat xidmətləri
arasında sıx tərəfdaşlıq əlaqələrinin
qurulması barədə
razılıq əldə
olunub. Bu fakt Fransaya əvvəllər
Ermənistana yerləşdirdiyi
casus şəbəkəsinə
"qanuni" fəaliyyət
göstərmək imkanı
verəcək.
Əslində, Fransanın
kəşfiyyat orqanlarının
casus şəbəkəsinə
Ermənistanda meydan verilməsi bu gün daha çox
Nikol Paşinyan hakimiyyətinə təhlükə
yaradır. Heç şübhəsiz ki, Qərbə, Fransaya boş vədlər verib, götürdüyü
öhdəliklərini yerinə
yetirə bilməyən
Nikol bir gün də "böyük bacısı"nın
İrəvana yerləşdirdiyi
xüsusi xidmət orqanlarının fitnəsi
ilə də hakimiyyətdən uzaqlaşdırılacaq.
Elşən
QƏNİYEV,
Azərbaycan.-2024.-
1 mart, № 47.- S.4.