"COP29 Azərbaycanın
"yaşıl iqtisadiyyat"
hədəfinin məntiqi
davamıdır"
Dünya ekspertləri bu sessiyanın fenomenal tədbir olacağını
deyirlər
Bu ilin noyabr ayında keçiriləcək BMT-nin
İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası
(COP29) dünyanın diqqət
mərkəzindədir. Bu
möhtəşəm tədbirə
Bakının evsahibliyi
edəcəyi xüsusi
maraq doğurur. Tanınmış siyasətçilər
və ekspertlər, aidiyyəti təşkilatların
nümayəndələri və
sadə insanlar
COP29-dan gözləntilərini dilə gətirir, onun yüksək səviyyədə keçəcəyinə
inam bəslədiklərini
bildirirlər.
"Mən COP29-un Azərbaycanda
keçiriləcəyi üçün
çox həyəcanlı
və xoşbəxtəm.
Bakı tez-tez, demək olar ki, ildə bir
neçə dəfə
nəhəng tədbirlərə
evsahibliyi edir. Bu səbəbdən Azərbaycanın COP29-a da
çox gözəl evsahibliyi edəcəyini düşünürəm". Böyük Britaniyanın
Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson bunları deyərkən həm də ölkəmizin xalis sıfır emissiya hədəfinə nail olmaq üçün
çoxlu işlər
gördüyünü qeyd
edib.
"Azərbaycan çox
gözəl ölkədir.
O, həmçinin Şərqdə
qadınlara seçmək
və seçilmək
hüququ verən ilk ölkədir. Başqa ölkələrin
Azərbaycan haqqında
bilmədiyi çoxlu
faktlar var. Azərbaycan artıq iqlim dəyişikliyi ilə bağlı nailiyyətlərdə də
ilk sıralardadır və bu sahədə
bp ilə sıx əməkdaşlıq
edir. COP29-un Azərbaycanda
keçirilməsi çox
həyəcanvericidir", - deyə Nikolson əlavə edib.
Qeyd edək ki, Britaniya-Azərbaycan Ticarət Palatasının
təşkilatçılığı ilə Londonda Azərbaycanın evsahibliyi
edəcəyi COP29-a hazırlıq
haqqında məlumat xarakterli tədbir keçirilib.
Ümumiyyətlə, son günlər müxtəlif ölkələrdə
belə tədbirlər
təşkil olunur, həmçinin mətbuat
sözügedən mövzuya
geniş yer ayırır. Məsələn,
Meksika yeni bir təşəbbüslə
çıxış edib.
Bu ölkənin Xarici İşlər Nazirliyi, UNICEF və Latın Amerikasının
İqlim Reallığı
Layihəsi çərçivəsində
"Gənc iqlim səfirləri" proqramı
həyata keçirilir.
Bu unikal əməkdaşlıq qarşıdakı
qlobal tədbirdə iştirak etmək üçün Meksikanın
35 gənc nümayəndəsini
seçmək məqsədi
daşıyır. Layihəyə
Meksika Gənclər İnstitutu, Yerli Xalqların Milli İnstitutu və Matias Romero İnstitutu
daxil olmaqla, müxtəlif qurumlar dəstək verir. Latın Amerikası İqlim Reallığı
Layihəsi və məsul qurumlar gənclərə iqlim dəyişikliyinin həlli
üçün uyğunlaşma,
təsirlərin azaldılması
və tətbiqi alətləri, həmçinin
iqlim dəyişikliyi
ilə bağlı beynəlxalq danışıqlar
üzrə dərin təlimlər keçirəcək.
Proqram gənc nəslə öz gələcəyini formalaşdırmaqda
fəal rol oynamaq üçün səlahiyyətlər verilməsinin
vacibliyini göstərərək,
gənclərin həm
də sabahın liderləri olduğunu vurğulayır.
"COP29 yaxınlaşdıqca dünyanın gözü
Bakıya çevrilir
və iqlim fəallığında yeni
bir səhifə açılır. "Gənc
iqlim səfirləri"
proqramı vasitəsilə
Meksika təkcə nümayəndələr göndərmir,
ümid, daxilolma və təcili hərəkət mesajı
göndərir. Dünya
bu gənc səslərin qlobal iqlim gündəminə öz təsirini gözləyir və bir daha sübut
edir ki, planetimizi xilas etmək üçün hər bir səs
önəmlidir". Proqram
haqqında məlumatda
belə deyilir.
Beynəlxalq Enerji
Agentliyinin (IEA) qərargahında
isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 28-ci və
29-cu sessiyalarına həsr
olunmuş yüksəksəviyyəli
"dəyirmi masa"
keçirilib. Agentliyin
icraçı direktoru
Fatih Birol bildirib ki, bu
il Azərbaycan beynəlxalq arenada ön plana çıxacaq
və bütün dünyanın gözü
Bakıya yönələcək.
Bu, Azərbaycan üçün, onun enerjisi, geosiyasəti üçün son dərəcə vacib bir toplantı olacaq. O deyib: "Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmüşəm, eləcə də iqtisadiyyat naziri Mikayıl Cabbarov və bugünkü "dəyirmi masa"da iştirak etmiş COP29-un baş danışıqçısı
Y.Rəfiyev ilə də görüşdüm.
Azərbaycanın COP29-a yüksək
səviyyədə evsahibliyi
edəcəyinə əminik.
Beynəlxalq Enerji Agentliyi olaraq Azərbaycana tam dəstək verməyə
hazırıq".
Qeyd edək ki, Parisdə IEA-nın qərargahında baş tutan bu tədbir məhz Fatih Birolun təşkilatçılığı
ilə keçirilib.
Pakistanlı ekspert,
Avrasiya Əsri İnstitutunun direktoru İrfan Şahzad Təkalvi Azərbaycanın
COP29-a hazırlığını və bu tədbirin
uğurla həyata keçirilməsi üçün
səylərini yüksək
dəyərləndirib: "Azərbaycan COP29-a evsahibliyi
etmək hüququnu əldə etməklə dünya ölkələri
arasında layiqli yer tutdu. Son
illər Azərbaycan bir sıra çoxtərəfli
beynəlxalq tədbirləri
uğurla təşkil
edib ki, bu da ölkənin
təşkilati aparatının
yüksək səviyyədə
olduğunu göstərir.
Azərbaycanın əsas
faydalı qazıntı
istehsalçısı və
ixracatçısı olmasına
baxmayaraq, ölkə qlobal iqlim dəyişikliyinin
dünyaya təsirini azaltmaq üçün mühüm praktiki addımlar atır. Təəccüblü deyil
ki, Azərbaycana evsahibliyi hüququnun verilməsi beynəlxalq ictimaiyyətin konsensus əsasında qəbul edilmiş qərarıdır.
Bakının bu tədbirin təşkilində
göstərdiyi səylərə
nəzər salsaq, əminliklə deyə bilərik ki, bu, fenomenal uğur
olacaq."
İsraildə fəaliyyət
göstərən Dona
Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi
və baş direktoru, tanınmış
siyasi şərhçi
və jurnalist Reyçel Avraham
"Israel National News" nəşrində
dərc olunmuş məqaləsində yazır
ki, ölkəsinin iqlim dəyişikliyi ilə mübarizə aparmağa yönəlmiş
çoxsaylı yeniliklərinə
baxmayaraq, COP29 konfransının
orada deyil, ekoloji istiqamətdə əhəmiyyətli irəliləyişləri
ilə fəxr edən neftlə zəngin ölkədə
- Azərbaycanda keçirilməsi
təsadüfi deyil.
Məqalədə qeyd
olunur ki, indiyədək evsahibliyi etdiyi bir çox
beynəlxalq tədbirin
öhdəsindən layiqincə
gələn Azərbaycan
"yaşıl enerji"
mənbələrinə böyük
diqqət yetirir və sözügedən siyasət Azərbaycan hökuməti üçün
prioritet məsələlərdəndir.
Belə ki, Azərbaycan hökumətinin
son vaxtlar bərpaolunan enerji mənbələrinin inkişafına
əhəmiyyətli sərmayələr
qoyduğu göz qabağındadır. Habelə
Qarabağda bütün
sistemlər yeni standartlara uyğun qurulub.
Müəllif eyni
zamanda diqqətə çatdırır ki, Azərbaycan davamlı inkişaf hədəflərini
daim diqqətdə saxlayır. Təklif edildiyi vaxtdan Azərbaycan sözügedən
hədəfləri müxtəlif
perspektivlərdən fəal
şəkildə dəstəkləyən
və təbliğ edən ölkələrdən
biridir və bu baxımdan COP29 konfransına evsahibliyini ölkənin "yaşıl
iqtisadiyyat"a keçid
strategiyasının məntiqi
davamı kimi qiymətləndirmək olar.
Politoloq həmçinin
COP29-un Azərbaycanın neft-qaz
ölkəsi olmaqla yanaşı, "yaşıl
iqtisadiyyat"ı nə
dərəcədə prioritet
sahə kimi gördüyünü bütün
dünyaya sübut edəcəyini vurğulayır.
COP29-a həsr olunmuş
bütün tədbir
və məqalələrdə
bir daha xatırladılır ki, ilin sonunda Azərbaycan
paytaxtı iki həftə ərzində
on minlərlə xarici qonaq qəbul
edəcək. Bu dəfə iqlim dəyişikliyi ilə bağlı problemlərin
həlli yolları Bakıda axtarılıcaq
və o gün yaxınlaşdıqca dünyanın
nəzərləri Azərbaycana
daha çox yönəlir.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
1 mart, № 47.- S.7.