İş adamlarımız üçün əsl qurub-yaratmaq zamanıdır

 

 

Bu dəfə işğaldan azad edilmiş ərazilərdə

 

 

 

İşğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma abadlıq  işləri geniş vüsət alıb. Yaşayış binaları, xidmət obyektləri, parklar, hotellər, fabrik zavodlar tikilir, çoxlu sayda infrastruktur qurulur. bütün bunlar keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönüşləri ilə müşayiət edilir.

Ərazilər demək olar ki, elektrik enerjisi ilə tam təmin olunub. Qarabağ da, Şərqi Zəngəzur da ölkənin vahid enerji sisteminə qoşulub. Zəfərdən dərhal sonra nəqliyyat infrastrukturu da sürətlə bərpa olunur, yeni yollar tikilir onlar ölkənin digər rayon şəhərlərinin yol strukturuna birləşdirilir.

"Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda  planlaşdırılan işlərdən biri Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarının su ilə təmin olunmasıdır. Su anbarlarının, suvarma paylayıcı kanalların, nasos stansiyalarının, subartezian quyularının, hidroqovşaqların digər su təsərrüfatı obyektlərinin mərhələli şəkildə təmiri, bərpası yenilərinin tikintisinin 2026-cı ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Bura "Ağdam" "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları kimi böyük obyektlərin tikintisini əlavə etsək, mənzərə aydın olar. Hər iki parkdakı müəssisələr  yaxın vaxtlarda fəaliyyətə başlayacaq.

Ağdam Sənaye Parkında müxtəlif çeşidli xüsusi fərdi geyimlər, sintetik xalça, polimer məhsulları, prefabrik dəmir-beton məmulatları, günəş enerjisi ilə qidalanan işıq dirəkləri xüsusi dam örtükləri istehsal olunacaq. Burada 1000-dən çox yerinin açılması gözlənilir. Park Ağdamın işğaldan əvvəl sənaye zonası kimi istifadə olunan ərazisində tikilir. Ümumi sahəsi 190 hektardır. Cəbrayılda tikilən "Araz Vadisi İqtisadi Zonası" Parkı isə 200 hektar ərazini əhatə edir. Parkın ərazisi kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial texniki zonalara ayrılıb. Sənaye zonası tam fəaliyyətə başladıqdan sonra orada logistika anbar kompleksləri, TIR parkı, topdan pərakəndə satış obyektləri, müxtəlif istehsal xidmət müəssisələri fəaliyyət göstərəcək. Bu sənaye parkında dağ-mədən məhsulları bitkiçilik məhsullarının da istehsalı nəzərdə tutulur.

Görülən bu işlər gələcəkdə inşa ediləcək digər obyektlərin tikintisində yerli xarici şirkətlər iştirak edirlər. Zəfərdən sonra Prezident İlham Əliyev söyləmişdi ki, dost ölkələr azad edilən ərazilərin bərpasında, böyük layihələrin reallaşmasında iştirak edə bilərlər. Bu çağırışa ilk qoşulan qardaş Türkiyə şirkətləri oldu, daha sonra Avropanın bəzi aparıcı şirkətləri regionda işə başladılar. Arxada qoyduğumuz illərdə görülən işlər onu deməyə əsas verir ki, "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın sürətlə yerinə yetirilməsində təkcə xaricilər deyil, yerli şirkətlər fəal iştirak edirlər.

Məlum olduğu kimi, Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində  özəl sektoru Qarabağ Şərqi Zəngəzurun yenidən qurulmasında fəal iştirak etməyə, sərmayələrini bu regiona yönəltməyə çağırmışdır: "Özəl sektora mənim tövsiyəm budur ki, bundan istifadə etsinlər. Çünki vaxt gələcək, dediyim o Qarabağı Zəngəzuru cənnətə çevirəcəyik, bu, reallığa çevriləcəkdir. Mənim heç bir şübhəm yoxdur, çünki şəhərlərin bütün baş planları təsdiqləndi. Şəhərlərin bütün baş planları dünyanın, daha doğrusu, Avropanın ən qabaqcıl şirkətləri tərəfindən hazırlanmışdır, o cümlədən Şuşa şəhəri. Şuşa elə bir şəhərə çevriləcək ki, bunun dünyada bənzəri olmayacaq, memarlıq təbiət bir vəhdət təşkil edəcək". Dövlət başçısı onlara  təkcə Bakıda, Sumqayıtda deyil, Qarabağda da tikinti işləri aparmağı tövsiyə etmişdir: "Bizim özəl sektorumuz Bakıda, Sumqayıtda hər bir tində ev tikməkdənsə, getsinlər orada evlər tiksinlər görərlər ki, o iqtisadi cəhətdən səmərəli olar eyni zamanda biznesin sosial məsuliyyəti nöqteyi-nəzərindən önəmli olar. Çünki bu gün biznes dairələri üçün Azərbaycanda çox gözəl şərait yaradılır dövlət tərəfindən dəstək göstərilir. Ona görə biznesin sosial məsuliyyəti, hesab edirəm ki, bu olmalıdır".

Prezidentin bu tapşırıq tövsiyəsi sahibkarlar üçün stimul olmuş qısa müddət sonra həmin çağırışa səs vermişlər. Bu günlər İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) "Bank Respublika"nın təşkilatçılığı ilə yerli adamları Şərqi Zəngəzur iqtisadi rayonuna səfər ediblər. Zəngilan Konqres Mərkəzində onlar üçün "Zəngilan Cəbrayıl rayonlarında yaradılan investisiya imkanları" mövzusunda tədbir keçirilib. SİF idarə heyətinin sədri Osman Xaliyev sahibkarlar investorlar üçün yaradılan yeni imkanlar, azad edilmiş ərazilərdə investisiya layihəsi həyata keçirmək istəyən sahibkarlıq subyektlərinə tətbiq olunan güzəştlər barədə ətraflı məlumat verib, fondun müvəkkil kredit təşkilatları vasitəsilə verilən güzəştli kreditlərlə bu ərazilərdə sahibkarlığın dəstəklənməsindən danışıb.

Tədbir çərçivəsində SİF-in "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək" zəmanət subsidiya mexanizmi təqdim edilib. Bildirilib ki, regionda fəaliyyət göstərən sahibkarların məbləği 5 milyon manatadək,  müddəti 7 ilədək, illik faiz dərəcəsi 15 faizədək olan biznes kreditlərinin 90 faizədək hissəsinə dövlət zəmanəti verilir. Sahibkarların diqqətinə çatdırılıb ki, həmin kreditlərin illik faiz dərəcəsinin 10 faiz  bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır. Üstəlik, kreditin müddətinin yarısından çox olmamaqla 36 aya qədər güzəşt müddəti tətbiq olunur.

Səfər zamanı sahibkarlar Zəngilan Beynəlxalq Hava Limanı, Ağalı kəndi "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkını ziyarət ediblər, üç il ərzində regionda görülən geniş quruculuq bərpa işləri, eləcə infrastruktur layihələri yaradılan şəraitlə tanış olublar.

Bütün bunlardan sonra yerli adamlarının işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərində iştirakı, "Böyük  Qayıdışa dair I Dövlət Proqramı"nda nəzərdə tutulan layihələrə qoşulmaları şübhə yeri qoymur. Bir axı ortada bir qürur, şərəf vətənpərvərlik hissi var. Hamımızın çoxdan gözlədiyi bu deyildimi?!

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2024.- 1 mart, № 47.- S.8.