Azərbaycandan
keçən nəqliyyat
marşrutlarına maraq
artır
Avropanın iri şirkətlərinin ölkəmizlə əlaqələri
genişlənir
Azərbaycan dünyanın
mühüm nəqliyyat
marşrutlarının keçdiyi
ölkə kimi əhəmiyyətini getdikcə
artırır. Bu da təsadüfi deyil - dünyanın dörd tərəfinə
gedən yollar ölkəmizdə qovuşur.
O üzdən "Şərq-Qərb",
"Şimal-Cənub" nəqliyyat
marşrutları üzərində
yerləşən ölkəmizin
gələcəkdə beynəlxalq
nəqliyyat qovşağı
olaraq dünya ticarətinin sürətlənməsinə
müsbət təsir
göstərəcəyi şübhəsizdir.
Bəzi məlum
siyasətçilər ölkəmizə
qarşı nə qədər qərəzli
mövqe tutsalar da, hər hesab
kitabını yaxşı
bilən biznes dairələri ölkəmizlə
əlaqələr qurmağa,
birlikdə yeni layihələr həyata keçirməyə üstünlük
verirlər. Bu baxımdan Alman İqtisadiyyatının Şərq
Komitəsinin sədri
Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətinin
Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul
olunması çox mətləbdən xəbər
verir. İlk növbədə ondan soraq verir ki,
son zamanlar Almaniyanın bəzi siyasətçilərinin Fransa
Prezidenti E.Makrona qoşulub ölkəmizin əleyhinə bəyanatlar
verməsi alman biznes dairələri tərəfindən ciddi
qəbul olunmur. Yeri gəlmişkən, qeyd edək ki, ölkəmizə səfər edən qurum Almaniyada ən iri şirkətləri
özündə birləşdirir
və ölkələrində
ciddi söz sahibidir.
Dövlətimizin başçısı
ilə görüş
zamanı Almaniya tərəfi açıq
şəkildə bildirdi
ki, onların ölkəmizə səfərinin
əsas məqsədi
Azərbaycanla biznes əlaqələrini genişləndirməkdir.
Məlumdur ki, alman iş adamları
dünyada investisiya qoyuluşunda yüksək
həssaslıq göstərmələri
ilə seçilirlər.
O səbəbdən onların
bu səfərini ölkəmizə olan inamın göstəricisi
kimi də qəbul etmək mümkündür.
Alman şirkətləri
ölkəmizin beynəlxalq
nəqliyyat marşrutundakı
önəmini düzgün
qiymətləndirir. Ona
görə də Almaniyadan gələn 10 nüfuzlu şirkətin nümayəndələrinin "Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı" QSC-də investisiya və əməkdaşlıq imkanlarını
müzakirə etmələrini
sıradan maraq kimi qiymətləndirmək
düzgün olmazdı.
Məlumata görə,
Bakı limanında keçirilən görüşə
Almaniyanın Şərqi
Biznes Assosiasiyasının
təşkilatçılığı ilə "Knauf lnternational",
"Falk Beratung",
"VNG", "Edison Technologies",
"Rhenus", "Gerber Architekten",
"HHLA lnternational", "ATLAS
International", "Kranich Design" ve "Marburger Tapatenfabrik" kimi şirkətlərin nümayəndələri
qatılıblar. Tədbirə
Almaniya Şərqi Biznes Assosiasiyasının
icraçı direktoru
Mixael Harms rəhbərlik edib. Tərəflər görüş
zamanı Bakı limanının tarixi, infrastruktur layihələri,
Orta dəhlizin inkişafındakı rolunu
müzakirə etdikdən
sonra terminallardakı iş prosesi ilə tanış olublar.
Xatırladaq ki,
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 1902-ci ildən fəaliyyət göstərən
Bakı limanının
bazasında 2015-ci ildə
yaradılıb. Liman yük, neft və bərə terminallarından ibarətdir.
2018-ci il mayın 18-də
Prezident İlham Əliyevin iştirakı ilə açılışı
olmuş yeni Bakı limanının
1-ci fazada yükaşırma
potensialı 15 milyon ton, o cümlədən
100 min TEU konteyner təşkil edir. İkinci fazanın yekunlaşmasından sonra Bakı limanından ildə 25 milyon tona qədər yük aşırılacaq,
500 min TEU konteyner keçə biləcək.
Məlum olduğu
kimi, Rusiya-Ukrayna müharibəsi şimal qonşumuzu dünya bazarına çıxan mühüm nəqliyyat marşrutundan məhrum etmişdir. Bu üzdən Rusiya vəziyyətdən çıxış
yolu kimi "Şimal-Cənub" nəqliyyat
marşrutuna üstünlük
verir. Hətta o, marşrutun cənub istiqamətindəki imkanlarını
genişləndirmək üçün
İranda çəkiləcək
dəmir yolunun maliyyələşməsini öz
üzərinə götürüb.
Bu ərəfədə
Azərbaycanı Baş
nazirinin müavini Şahin Mustafayev Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan
regionlararası forumunda
bildirib ki, "Şimal-Cənub" Beynəlxalq
Nəqliyyat Dəhlizi
ilə yükdaşımaların
həcmi təxminən
17 faiz artıb. Ş.Mustafayev həmçinin
qeyd edib ki, bu dəhliz
ötən il Rusiya və Azərbaycan əraziləri
vasitəsilə Cənubi
Asiyadan Avropaya yüklərin daşınması
üçün optimal
imkanların yaradılmasına
yönəlib. O, həmçinin
ölkələrimiz arasında
ikitərəfli yükdaşımaların
ümumi həcminin 11
faizdən çox artdığını bildirib,
inkişaf edən nəqliyyat və tranzit daşımalarından
danışıb.
Rüstəm
KAMAL,
Azərbaycan.-2024.-
1 mart, № 47.- S.8.