Fransa parlamenti Makron barəsində impiçmentə başlayır
Florian
Filippo: "Prezident öz
ölkəsinə nifrət
edir və onu üçüncü dünya müharibəsinə
sürükləməyə çalışır"
"Fransa parlamenti ölkə prezidenti Emmanuel Makronun Ukraynadakı münaqişə
zonasına Qərb ölkələrindən qoşun
göndərilməsinin mümkünlüyü
ilə bağlı bəyanatlarından sonra ona qarşı impiçment elan etməlidir".
Bu fikri fevralın 29-da "Vətənpərvərlər"
partiyasının lideri Florian Filippo "X" sosial şəbəkəsində
bildirib.
Siyasətçi
Fransa parlamentindən Makronun impiçmentini tələb edib və
öz səhifəsində bu barədə yazıb:
"Parlamentarilərin nəhayət, hərəkətə
keçmələri üçün milli petisiya!
Konstitusiyanın müharibə ilə bağlı məsələ
üzrə səsə qoyulmasını tələb edən
35-ci maddəsi və 68-ci maddə: onun impiçmenti!"
Pariya sədrinin
dediyinə görə, hazırkı Fransa lideri öz ölkəsinə
nifrət edir və onu üçüncü dünya
müharibəsinə sürükləməyə
çalışır. Filippo rəhbərlik etdiyi
partiyanın saytında müvafiq petisiya da yerləşdirib.
Qeyd edək ki, Makron Qərb
dövlətlərinin liderlərinin Ukrayna münaqişə
zonasına öz hərbi qüvvələrini göndərmək
imkanını müzakirə etdiyini açıqlayıb. Onun
sözlərinə görə, bu məsələdə
konsensusa gələ bilməyiblər.
"Amerikanın
səsi" radiostansiyası xəbər verir ki, Ağ Ev
Ukraynaya qoşun yeritməyəcəyini bildirib. İngiltərə,
Almaniya, İspaniya, İtaliya, Polşa və Çexiya da
Makronun bu ideyasından uzaqlaşıblar.
Almaniya hökumətinin
sözçüsü Şteffen Hebeştrayt fevralın 28-də
bildirib ki, Paris sammitində iştirak edənlərdən
heç biri Makronun Ukraynaya hərbçi göndərmək
ideyasını dəstəkləməyib. Onun dediyinə
görə, Almaniya kansleri Olaf Şolts bu təklifi yersiz hesab
edib. Şolts bir daha əmin edib ki, Almaniya öz ordusunu
Ukraynaya göndərməyəcək və NATO münaqişə
tərəflərindən birinə çevrilməyəcək.
Bundan əvvəl də Almaniya kansleri dəfələrlə
oxşar bəyanatlar verib. Öz növbəsində Qərb
ölkələri rəsmilərindən biri deyib ki, Makron bəyanatları
ilə NATO üzvləri arasında çaşqınlıq və
narahatlıq yaradıb. Onun sözlərinə görə, belə
bir addım ABŞ-də Ukraynaya təqribən 60 milyard
dollarlıq yardımın ayrılmasını nəzərdə
tutan qanun layihəsinin müzakirəsini çətinləşdirəcək,
çünki münaqişənin genişlənməsi
qorxusu yaranacaq.
Bu arada Rusiya
Prezidentinin mətbuat katibi Dmitri Peskov Qərb ölkələrinin
Ukraynaya hərbi kontingent göndərəcəyi təqdirdə
NATO ilə birbaşa hərbi münaqişənin baş verəcəyini
qaçılmaz adlandırıb. Kreml nümayəndəsi
qeyd edib ki, alyansa üzv ölkələr bu cür hərəkətlərin
nəticələrini qiymətləndirməli və bundan xəbərdar
olmalıdırlar.
Son məlumata əsasən,
Makronun yersiz ideyası Fransanın müttəfiqləri tərəfindən
də rədd edilib. Daha sonra onun bu sərsəm təklifinə
reaksiyanı yumşaltmaq üçün ölkə rəsmiləri
izahat veriblər ki, Makron müharibə ilə əlaqəli
diskussiyanı stimullaşdırmaq istəyib və müzakirə
olunan ideyalar minalardan təmizləmə, sərhəd təhlükəsizliyi
və ya ukraynalı hərbçilərin təlimi kimi
funksiyaları yerinə yetirən qeyri-döyüş
qoşunları ilə bağlıdır. Fransanın xarici
işlər naziri Stefan Sejurne bildirib ki, Ukraynanı dəstəkləmək
üçün yeni addımlar nəzərdən
keçirilməlidir. Bu addımlar çox konkret tələbatlara
cavab verməlidir: "Məsələn, minalardan təmizləmə,
kibermüdafiə və yerində, Ukrayna ərazisində silah
istehsalı haqqında düşünürəm".
Rizvan
CƏFƏROV,
Azərbaycan.-2024.-
1 mart, № 47.- S.12.