Rusiya Hayastanı cəzalandıracaq

 

 

Erməni siyasi dairələri təşviş içərisindədirlər

 

 

 

Rusiyanın orbitindən uzaqlaşmaq, ərazisindəki rus hərbi bazalarını çıxarmaq Hayastanın baş nazirin Nikol Paşinyanın qarşısında duran prioritet məsələ olub indi nəyin bahasına olursa-olsun, bu tələbi reallaşdırmağa çalışır.

Şübhəsiz, bu istiqamətdə növbəti addım Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Ermənistanın iştirakını dondurmaq qərarıdır. Belə qənaətə gəlmək olar ki, Paşinyan təşkilatı tərk etmək barədə Qərbin qoyduğu tələbi artıq reallaşdırır.

Bir neçə gün bundan öncəki açıqlamalarında Hayastan baş naziri bir çox problemin yaranmasında Rusiyanı günahkar hesab edərək deyib ki, Moskvanın hərbi mövcudluğu İrəvanın təhlükəsizliyinə təhdid yaradır.

 "Əgər biz indi faktiki olaraq fəaliyyətimizi dondurmuşuqsa, məsələlər həllini tapmasa, de-yure bunu edəcəyik", - deyən baş nazir konkret olaraq Moskvanı təxribata çəkməyə çalışır müəyyən jestlərlə Kremli qıcıqlandırmağa cəhd edir. Deməli, rəsmi İrəvan çox açıq tezislərlə Rusiya ilə əməkdaşlığı mənasız sayır ya bu birgə fəaliyyətdən birmənalı formada imtina edir. Bütün bunlar Avropa İttifaqının Qərb institutlarının hazırladığı planauyğun şəkildə həyata keçirilir. Buna görə Paşinyan maksimum şəkildə diplomatik qaydada Moskva ilə münasibətlərinə son qoymaq üçün ölkəsinin təhlükəsizlik məsələlərinə diqqət çəkir.

Erməni ekspertlər Paşinyanın "Azərbaycanın hücum etmək ehtimalı var" sözləri fonunda KTMT- fəaliyyətin dondurulmasının məntiqinin anlaşılmaz olduğunu bildiriblər. Onların fikrincə, Paşinyan Rusiya qüvvələrini ölkədən çıxarıb, İranın silah hərbçilərlə yardım etmək, hərbi müttəfiqlik sazişi imzalamaq təklifini geri çevirməklə faktiki olaraq ölkəni müdafiəsiz qoyur. 

Bəzi erməni politoloqlar isə Rusiyanın fəaliyyətsizliyini sübut etmək üçün rus qüvvələrinə qarşı təxribat törədiləcəyini belə istisna etməyiblər. Belə görünür ki, erməni ekspertlər özləri "Rusiya qüvvələrinin fəaliyyətsizliyini sübut etmək üçün təxribat" deyərkən, Azərbaycana qarşı təxribat törətməyi nəzərdə tuturlar.

Bütün bunların fonunda Ukrayna Prezidenti Zelenskinin Hayastana səfər etmək istəməsi Qərbin Rusiyaya birbaşa əzələ nümayişi kimi dəyərləndirilə bilər. Zelenskinin indiki çətin məqamda İrəvana səfər etməsinə haqq qazandıracaq heç bir siyasi, iqtisadi hüquqi əsası yoxdur. Ortada yalnız bir ehtimal qalır. Bu da ondan ibarətdir ki, Paşinyan da Zelenski kimi Qərbin "adamı"dır. Yəni bu iki lideri birləşdirəcək tək ortaq faktor budur.  Məqsəd isə  Hayastanı Rusiyaya qarşı daha "təsirli" "effektiv" mübarizəyə təşviq etməkdir.

Almaniyada yaşayan erməni siyasi məsləhətçi, PR texnologiyası üzrə mütəxəssis Ara Manuçaryan deyib ki, cəmiyyətimizin həddindən artıq qütbləşməsindən müzakirələrdən narahatam: "Heç kimə sirr deyil ki, Azərbaycan hərbi mənada Ermənistandan daha həssasdır. Lakin müharibə zamanı xatırlayırıq ki, Hayastanın artıq keçmiş prezidenti Armen Sarkisyan azərbaycanlılara qaz kəmərlərinin təhlükə altında qalmayacağına dair təminat vermişdi. Ermənistanda üstünlük təşkil edən anti-Rusiya tezisi nəinki dağıdıcıdır, həm ölkə üçün böyük təhlükələr ehtiva edir. Zelenskinin gələcəyinə əmin deyiləm. Belə bir şey olarsa, Hayastan daha böyük təhlükə ilə üz-üzə qalacaq".

Politoloq Arşaluys Mqdesyan da Ukrayna liderinin Paşinyanla konkret nəyi müzakirə edə biləcəyini bilmədiyini etiraf edir: "İki KİV öz mənbələrinə istinadən eyni xəbəri yayıb. Bundan başqa, Ermənistan Xarici İşlər Nazirliyi Ukrayna nümayəndəsi heç nəyi inkar etməyib. Bu baxımdan, çətin ki, biz sadə şayiə ilə məşğul olaq, çox güman ki, həqiqətən səfər hazırlanır, lakin onun baş tutub-tutmayacağını söyləmək hələ çətindir".

Ekspertin fikrincə, Rusiya belə bir görüşü mənfi qarşılayacaq, lakin bu, Ermənistan-Rusiya münasibətlərinin son bir neçə ilin ümumi tendensiyasına uyğun olacaq. "Ola bilsin ki, müxalifət Zelenskinin səfərinə qarşı kütləvi mitinq keçirsin, lakin daha radikal addımlar atması çətin ki, mümkün olsun. Parlamentdəki müxalifət İrəvanın Qərblə təmaslarının qəti əleyhinə deyillər, lakin Paşinyanın Rusiya ilə münasibətlərini poza biləcəyindən narahatdırlar".

Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, İrəvan bu istiqamətdə yaxın vaxtlarda daha kəskin maraqlı addımlar ata bilər. Görünən odur ki, Hayastanda anti-Rusiya ritorikası və bəyanatları artmaqda davam edir.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2024.- 1 mart, № 47.- S.12.