Azərbaycan
hər zaman Albaniyanın maraqlarını müdafiə edir
Azərbaycan
Prezidenti İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama
ilə təkbətək görüşü olub
Martın 1-də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək
görüşü olub.
AZƏRTAC xəbər
verir ki, Edi Rama İlham Əliyevi prezident seçkilərində
qələbəsi və COP29-un Azərbaycanda keçirilməsi
münasibətilə təbrik etdi.
Dövlətimizin
başçısı təbriklərə görə təşəkkürünü
bildirdi.
Prezident
İlham Əliyev Albaniyanın Baş nazirinə Cənub Qaz Dəhlizi
Məşvərət Şurası çərçivəsində
nazirlərin 10-cu iclasında iştirakına görə minnətdarlığını
ifadə etdi.
Edi Rama da
öz növbəsində bu tədbirə dəvətə
görə təşəkkürünü bildirdi.
Söhbət
zamanı Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində nazirlərin
10-cu və Yaşıl Enerji Məşvərət
Şurası çərçivəsində nazirlərin 2-ci
iclaslarının əhəmiyyəti qeyd olundu.
Görüşdə
ikitərəfli münasibətlərə toxunuldu.
Prezident
İlham Əliyevin Albaniyaya dövlət səfəri və
Baş nazir Edi Ramanın əvvəllər ölkəmizə
səfərlərinin əlaqələrimizin inkişafında
rolu vurğulandı.
Dövlətimizin
başçısı BMT və digər beynəlxalq təşkilatlarda
Albaniyanın Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini
yüksək qiymətləndirdi və öz növbəsində
Azərbaycanın da bu qurumlarda hər zaman Albaniyanın
maraqlarını müdafiə etdiyini dedi.
Görüşdə
TAP layihəsinin əhəmiyyəti və onun genişləndirilməsi
məsələləri müzakirə edildi, Albaniyanın bu
sahədə önəmli rolu qeyd olundu. Albaniyanın
qazlaşdırılması layihəsinin icrası ilə
bağlı ölkəmiz tərəfindən investisiya
qoyuluşu məsələlərinə də toxunuldu.
Söhbət
zamanı Azərbaycan-Ermənistan əlaqələrinin
normallaşdırılması və əməkdaşlığın
perspektivləri ilə bağlı fikir mübadiləsi
aparıldı.
Azərbaycan.-2024.-
2 mart, № 48.- S.4.