Prezident İlham Əliyev İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi
nazirini qəbul edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev martın 1-də
Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində
nazirlərin 10-cu və
Yaşıl Enerji Məşvərət Şurası
çərçivəsində nazirlərin 2-ci iclaslarında
iştirak edən İtaliya Respublikasının
ətraf mühit və enerji təhlükəsizliyi naziri
Cilberto Piketto-Fratini qəbul edib.
AZƏRTAC xəbər
verir ki, Cilberto Piketto-Fratin İlham Əliyevi prezident
seçkilərində qələbəsi və COP29-un ölkəmizdə
keçirilməsi münasibətilə təbrik etdi.
Dövlətimizin
başçısı təbriklərə görə minnətdarlığını
bildirdi.
İtaliyalı
nazir bu il ölkəsinin G7 formatının rəhbəri
qismində çıxış etdiyini deyərək bu əməkdaşlıq
formatında COP29-a ev sahibliyi edən Azərbaycan tərəfinin
G7 ölkələrinin ekologiya və mineral ehtiyatlar nazirlərinin
xüsusi görüşünə qatılmasının
vacibliyini bildirdi və bununla bağlı dəvəti
çatdırdı.
Görüşdə
ölkələrimiz arasında iqtisadi əlaqələrə
toxunuldu, çox sayda İtaliya şirkəti, o cümlədən
“Ansaldi”, “Leonardo”, “Maire Tecnimont” və bir sıra digər
şirkətlərin Azərbaycan ilə əməkdaşlıq
etməsi, işğaldan azad olunmuş ərazilərimizdə
İtaliya şirkətlərinin fəaliyyət göstərməsi
məmnunluqla qeyd olundu.
Söhbət
zamanı əməkdaşlığın perspektivləri ilə
bağlı fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2024.-
2 mart, ¹ 48.- S.4.