lmaniya sülh sazişinin
imzalanması üzrə danışıqları dəstəkləyir
Milli Məclisin
sədri Sahibə Qafarova martın 1-də Almaniya
Bundestaqının Hüquq siyasəti komitəsinin sədri
Elizabet Vinkelmayer-Bekerin rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Parlamentin Mətbuat
və ictimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-a bildiriblər ki, görüşdə S.Qafarova bu səfərin
ölkələrimiz və parlamentlərimiz arasında
münasibətlərə töhfə verəcəyinə
ümidvar olduğunu deyib. O, Azərbaycanla Almaniyanın dost və
tərəfdaş ölkələr, hər iki tərəfin
ölkələrimiz arasında qarşılıqlı
faydalı əməkdaşlığın inkişafında
maraqlı olduğunu qeyd edib.
Sahibə
Qafarova hazırda regionda mövcud olan vəziyyət, Azərbaycanla
Ermənistan arasında sülh prosesinin perspektivləri,
münasibətlərin normallaşdırılması, etimad
mühitinin yaradılması və sülhün təsis edilməsi
üçün vacib əhəmiyyət daşıyan məqamlar
barədə qarşı tərəfə ətraflı məlumat
verib. O, Azərbaycanla Ermənistan arasında sülh sazişi
üzrə danışıqlarda Almaniyanın neytral
mövqeyini müsbət qiymətləndirib.
Ermənistan
yalan və həqiqətdən uzaq iddialarla
çıxış etdiyi, beynəlxalq ictimaiyyəti
yanlış məlumatlandırmağa
çalışdığı Almaniya nümayəndə heyətinin
diqqətinə çatdırılıb. Bildirilib ki, bu
gün Qərbdəki bəzi dairələr Azərbaycanın
guya Ermənistana hücum edəcəyi haqda absurd, yalan iddialar
ortaya atır, lakin onların heç bir əsası yoxdur.
S.Qafarova işğal altındakı ərazilərin ermənilər
tərəfindən dağıdılması, azad olunduqdan
sonra həmin torpaqlarda aparılan genişmiqyaslı bərpa və
quruculuq işləri, Böyük Qayıdış
proqramı, həmçinin Azərbaycanın irəli
sürdüyü sülh prosesi barədə məlumat verib.
Deyib ki, sülh sazişinin imzalanmasına heç bir maneə
yoxdur.
Milli Məclisin
sədri Almaniya nümayəndə heyətini Qərbi Azərbaycandan
qovulmuş soydaşlarımız barədə də məlumatlandırıb.
Elizabet
Vinkelmayer-Beker öz növbəsində regiona səfərlərinin
məqsədləri barədə məlumat verib.
O, sülh
sazişinin imzalanması, etimad mühitinin yaradılması
üzrə danışıqları dəstəklədiklərini
bildirib. Deyib ki, Almaniya ərazi bütövlüyü və
sülh məsələsində Azərbaycanla birlikdədir.
Komitə sədri vurğulayıb ki, Qarabağ beynəlxalq
hüquq baxımından hər zaman Azərbaycanın ərazisi
olub. Elizabet Vinkelmayer-Beker ümidvar olduğunu bildirib ki,
aparılan danışıqlar müsbət nəticə verəcək
və tərəflər arasında sülh sazişinin
imzalanması mümkün olacaq.
Görüşdə
ikitərəfli əməkdaşlıq, parlamentlərimiz
arasında münasibətlər, həmçinin
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında da fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2024.-
2 mart, № 48.- S.5.