Prezident
Ərdoğan: Ermənistanla
normallaşma prosesini Azərbaycanla sıx koordinasiyada davam etdirəcəyik
Türkiyənin Antalya
şəhərində təşkil
olunan III Diplomatiya Forumunun martın 1-də rəsmi açılış
mərasimi keçirilib.
AZƏRTAC xəbər
verir ki, açılış mərasimində
çıxış edən Türkiyənin xarici işlər
naziri Hakan Fidan tədbirin dünyada baş verən
böhranların diplomatik yollarla həlli baxımından
vacibliyini vurğulayıb.
İştirakçıları
salamlayan Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan ötən il keçirilməsi nəzərdə
tutulan forumun təxirə salınmasının əsas səbəbinin
fevralın 6-da baş vermiş zəlzələnin olduğunu
xatırladıb.
On bir vilayətə
və 14 milyon vətəndaşa təsir edən, 53 mindən
çox insanın ölümünə səbəb olan bu zəlzələnin
fəsadlarının aradan qaldırıldığını
diqqətə çatdıran Prezident Rəcəb Tayyib
Ərdoğan bu çətin günlərdə Türkiyənin
yanında olan dost və qardaş ölkələrə təşəkkürünü
bildirib.
Vurğulanıb
ki, turizm mərkəzi olan Antalya bu forumla qlobal diplomatiyanın
ürəyinin döyündüyü mərkəzlərdən
birinə çevrilir. Bu il iştirakçıların
sayı bunun əyani təzahürüdür.
Builki forumun əsas
mövzusu barədə danışan Prezident Ərdoğan
qlobal siyasətin mövcud vəziyyətinin mövzunun nə
dərəcədə düzgün seçildiyini göstərdiyini,
bəşəriyyətin ağrılı və böhran
dövründən keçdiyini deyib.
Qeyd edilib ki,
dünyada baş verən hadisələr yalnız siyasətdə
deyil, istehsal, idarəetmə, ticarət, texnologiya kimi bir
çox sahələrdə də özünü göstərir.
Əmin-amanlıq, sülh və azadlıq əsri
olacağına ümid etdiyimiz XXI əsr gözlənilənlərin
əksinə, tədricən böhranlar dövrünə
çevrilir. Türkiyə isə böhranlardan ən
çox təsirə məruz qalan ölkələrdən
biridir. Bəşəriyyətin gündəmində olan
münaqişələrin, gərginliklərin, müharibələrin
və risklərin böyük əksəriyyəti Türkiyənin
yaxın coğrafiyasında yaşanır.
Ərdoğan
çıxışında bəşəriyyətin üzləşdiyi
digər mühüm problemlərə də diqqət çəkərək,
beynəlxalq sistemin minimal öhdəlikləri belə yerinə
yetirə bilmədiyini vurğulayıb.
Bütün
bu çətinliklərə baxmayaraq, ölkəsinin iri
addımlarla irəlilədiyini deyən Prezident Rəcəb
Tayyib Ərdoğan bildirib ki, Türkiyə iqtisadiyyatı ildə
orta hesabla 5,5 faiz artıb, milli gəlir 5 dəfə artıb.
Ən strateji sahələrdən biri olan müdafiə sənayesində
yerli və milli istehsalın payını 20 faizdən 80 faiz səviyyəsinə
qaldırılıb.
Cənubi
Qafqazda vəziyyətə toxunan Türkiyə Prezidenti deyib:
“Türk Dövlətləri Təşkilatımız vasitəsilə
Türk dünyasını birlikdə daha da gücləndirmək
üçün işlərimizi davam etdiririk. Qarabağın
30 illik işğalı başa çatdıqdan sonra Ermənistanla
başladığımız normallaşma prosesini Azərbaycanla
sıx koordinasiyada davam etdirəcəyik”.
Xatırladaq
ki, Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi,
Türkiyə Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə
bu il “Böhranlar dövründə diplomatiyanı önə
çıxarmaq” mövzusunda keçirilən Antalya Diplomatiya
Forumunda 20-dən çox dövlət və hökumət
başçısı iştirak edir.
Azərbaycan.-2024.-
2 mart, ¹ 48.- S.6.