Antalyada
“Cənubi Qafqazda sülh, inkişaf və bu çərçivədə
qarşılıqlı əlaqələr”
mövzusunda panel iclası keçirilib
Antalya Diplomatiya
Forumu çərçivəsində
“Cənubi Qafqazda sülh, inkişaf və bu çərçivədə
qarşılıqlı əlaqələr”
mövzusunda panel iclası keçirilib.
AZƏRTAC xəbər
verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin köməkçisi
- Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev və Ermənistan parlamentinin
vitse-spikeri, Ermənistan-Türkiyə münasibətlərinin
normallaşdırılması prosesində əsas şəxslərdən
olan Ruben Rubinyan çıxış ediblər.
İclasda
Ermənistan ilə Azərbaycan arasında davam edən
sülh danışıqları, bu müstəvidə
atılan və atılacaq addımlar, Zəngəzur dəhlizi
ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, burada davamlı sülhün təmin edilməsi əsas məqsəddir. Bu, iki ölkə və bölgə ilə yanaşı, Avropa İttifaqı üçün də mühüm məsələdir.
Azərbaycan Ermənistan
tərəfindən bəzi
məsələlərə aydınlıq gətirilməsini,
o cümlədən sülh
müqaviləsinin bağlanılması
və ümumiyyətlə
bölgədəki məsələlərlə
bağlı Ermənistandan
bəzi addımların
atılmasını gözləyir.
Azərbaycan da öz növbəsində
bu addımları atır və atmaqda davam edir.
Hazırda Azərbaycan
gördüyü işlərlə
bölgədə yeni
əməkdaşlıq əlaqələrinin
artırılması istiqamətində
də fəaliyyətini
davam etdirir.
Qeyd edilib ki, Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün Türkiyə də öz səylərini göstərməkdədir.
Hikmət Hacıyev
sülh müqaviləsinin
hansısa yan qüvvələrin təsiri
olmadan Bakı ilə İrəvan arasında imzalanmasının
və gələcəkdə
bu müqavilənin şərtlərinə əməl
olunmasının vacibliyini
vurğulayıb.
Qeyd edilib ki, Azərbaycan Cənubi Qafqazın transformasiyasını, sülh,
təhlükəsizlik və
əməkdaşlıq bölgəsi
olmasını istəyir.
Ruben Rubinyan Ermənistanın Azərbaycan
daxilində hansısa
ərazi iddiasının
olmadığını, iki
ölkənin bir-birinin
ərazi bütövlüyünü
tanıdığını, bunun Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasındakı müzakirələrdə də
qeyd olunduğunu deyib.
Tədbir mövzu
ətrafında müzakirələrlə
davam etdirilib.
Azərbaycan.-2024.-
2 mart, № 48.- S.6.