YAP nümayəndə heyəti III Antalya Diplomatiya Forumunda iştirak edir

 

Martın 1-də III Antalya Diplomatiya Forumu (ADF) öz işinə başlayıb. Türkiyə Respublikası Prezidentinin himayədarlığı ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilən Forum “Böhranlar dönəmində diplomatiyanı önə çıxarmaqmövzusuna həsr edilib.

Yeni Azərbaycan Partiyasından AZƏRTAC-a bildiriblər ki, dünyanın 147 ölkəsindən 4000-ə qədər nümayəndənin qatıldığı Foruma beynəlxalq müstəvidə olduqca yüksək diqqət maraq var. Forum çərçivəsində keçiriləcək 50-dən artıq panel iclasında regional beynəlxalq təhlükəsizlik problemləri, o cümlədən dünyanın müxtəlif bölgələrində münaqişələr müharibələr, terrorizm, miqrasiya, islamofobiya, iqlim dəyişiklikləri, epidemiyalar, qida enerji təhlükəsizliyi, süni intellektin tətbiqinin riskli nəticələri digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq.

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müaviniMərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Forumun ilk günündə keçirilən bir sıra panel iclaslarına qatılıb.

YAP Sədrinin müaviniMərkəzi Aparatın rəhbəri Tahir Budaqov Forumun yüksək səviyyəli iştirakçılarının şərəfinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birinci xanım Əminə Ərdoğanın adından verilən rəsmi ziyafətdə iştirak edib.

 

Azərbaycan.-2024.- 2 mart, № 48.- S.6.