Haluk
Görgün: Azərbaycan
hər il Antalya Diplomatiya Forumunda yüksək səviyyədə təmsil
olunur
Azərbaycan hər
il Antalya Diplomatiya Forumunda yüksək səviyyədə
təmsil olunur. İstər nazirlər səviyyəsində, istərsə
də QHT-lər tərəfindən Azərbaycan
bu tədbirə çox böyük maraq göstərir.
AZƏRTAC xəbər
verir ki, bu fikirləri Türkiyə Müdafiə Sənayesi
Agentliyinin prezidenti Haluk Görgün Azərbaycan media nümayəndələrinə
açıqlamasında söyləyib.
Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramovla görüşü
haqqında danışan nazir bildirib ki, söhbət zamanı
ölkələrimiz arasında müdafiə sənayesi sahəsi
üzrə davam edən proseslər və gələcək fəaliyyətlər
müzakirə olunub.
Türkiyənin
yerli beşinci nəsil KAAN təyyarəsinin ilk uğurlu
uçuşu barədə fikrini bildirən Haluk Görgün
deyib: “Təbii ki, təyyarəmizin bundan sonra bir çox
uçuşu olacaq. Türkiyə dünyada beşinci nəsil təyyarə istehsal edən ölkələrdən biridir.
Təbii ki, müdafiə sənayemizin
bu səviyyəyə
yüksəlməsi son
20 ildə Prezidentimizin
ortaya qoyduğu böyük iradə, bizə verdiyi dəstək və motivasiya ilə mümkün oldu. Prezidentimiz hər zaman türk mühəndisinə, türk
gəncinə inamını
ifadə etdi və bizim üçün
bütün imkanları
yaratdı. 2028-ci ildə
təyyarəmizin kütləvi
istehsalına başlamağı
planlaşdırırıq. Türkiyə, sadəcə,
havada deyil, quru və dənizdə
bir çox məhsulu istehsal edən ölkə mövqeyinə gəlib çatıb. Hazırda
40-dan çox ölkəyə
PUA-larımız, 45-dən artıq ölkəyə zirehli texnikalarımız ixrac olunur. Ən
azı ondan çox ölkəyə hərbi gəmilər, qayıq ixrac etmişik”.
Azərbaycan.-2024.-
2 mart, № 48.- S.6.