Yaşıl
Enerji Məşvərət
Şurası çərçivəsində
nazirlərin 2-ci iclası
plenar sessiyalarla davam edib
Bakıda keçirilən
Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində
nazirlərin 10-cu iclası
və Yaşıl Enerji Məşvərət
Şurası çərçivəsində
nazirlərin 2-ci iclası
“Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəyə
baxış” və
“COP29 fonunda yaşıl
enerji sessiyası: Bərpa olunan enerjinin imkanlarından istifadə” mövzularında
plenar sessiyalarla davam edib.
AZƏRTAC xəbər verir ki, energetika naziri Pərviz Şahbazov bu toplantı Məşvərət
Şurasının 10 illik
yubileyi və qlobal enerji keçidinə
liderliyin Azərbaycana
həvalə olunduğu
COP29 ərəfəsində keçirilməsi ilə əlamətdar olduğunu
bildirib.
Nazir əlavə edib ki, Məşvərət Şurası
enerji təhlükəsizliyi
və enerji keçidi məsələlərini
uğurla inteqrasiya etməklə yeni dövrə
ədalətli enerji keçidini təşviq edən platforma kimi daxil olur.
Cənub Qaz Dəhlizinin inkişafı
və qaz tədarükünün artırılması,
“Xəzər-Qara-dəniz-Avropa
Yaşıl Enerji Dəhlizi”nin yaradılması və bərpaolunan enerjinin təchiz edilməsi region və Avropa ölkələrinin enerji
təhlükəsizliyində yeni mərhələdir. Qaz tədarükünün artırılmasından
bəhs edərkən
nazir deyib ki, Azərbaycan
Avropa İttifaqı ilə genişləndirilmiş
strateji enerji tərəfdaşlığının bu mühüm prioritetinin icrasına artıq başlayıb.
“Nəticədə
Avropaya qaz ixracında artım 45 faizə, tədarükçü
ölkələrin sayı
isə 8-ə yüksəlib.
Ötən il Avropaya
11,9 milyard kubmetr, Türkiyəyə 9,5 milyard
kubmetr, Gürcüstana
isə 2,5 milyard kubmetr qaz ixrac
olunub. Bu artım dinamikasında əlavə
marşrut kimi
Trans-Balkan kəmərindən istifadənin də rolu var. Azərbaycanın təmin etdiyi əlavə həcmlər
bu ildən Serbiyanın, həmçinin
ötürücülük gücü artırılan
TAP-ın təchizatının
da mənbəyidir. Bütün
bunlar, eləcə də “Abşeron Faza1”,
“AÇG Dərin Qaz”,
“Ümid Mərhələ-2”, “Qarabağ” layihələrinin
işlənilməsi üzrə
görülən tədbirlər
mövcud şəraitdə
Azərbaycanın səylərinin
və etibarlı tərəfdaş olmasının
bariz göstəriciləridir”,
- deyə P.Şahbazov
bildirib.
Vurğulanıb ki, 2030-cu ilədək
planlaşdırılan 10 QVt yaşıl enerji güclərinin ilkin mərhələdə 5 QVt-nın
Qara dəniz və Türkiyə üzərindən
“yaşıl dəhliz”lərlə Avropaya
ixracı, həmçinin
Mərkəzi Asiya ölkələri
ilə əməkdaşlığın
“yaşıl keçid”ə
də töhfə verəcəyi qeyd olunub.
Avropa Komissiyasının
enerji məsələləri
üzrə komissarı
Kadri Simson çıxışında bildirib ki, enerji təhlükəsizliyinə nail olmaq və bu
mühüm onillikdə
enerji keçidinə
uğur qazanmaq üçün etibarlı
tərəfdaşlar arasında
daha çox dialoq və əməkdaşlığa ehtiyac
var.
“Azərbaycan
qaz təchizatında
Aİ üçün etibarlı
tərəfdaş olmaqda
davam edir. Buna görə də biz indi də əməkdaşlığı
“yaşıl elektrik” enerjisinə qədər genişləndirməyi araşdırırıq.
Biz artıq bu ilin sonunda COP29 üzrə Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyirik”,
- deyə Kadri Simson əlavə
edib.
Türkiyənin energetika
və təbii ehtiyatlar nazirinin müavini Nevzat Şatıroğlu
çıxışında bunları qeyd edib: “Bu görüşdə
belə yüksək səviyyəli iştirak
region ölkələrinin enerji
təhlükəsizliyi və
yaşıl enerji ilə daha təmiz
gələcək istiqamətində
əməkdaşlıq əzmini
nümayiş etdirir. Mənbələri və marşrutları şaxələndirməklə
biz enerji təchizatının
uzunmüddətli təhlükəsizliyinə
nail olmalıyıq. Bu nəhəng
layihələri sıx
əməkdaşlıq yolu
ilə həyata keçirmək olar. Türkiyə Şərqlə
Qərb arasında özünəməxsus yerləşməsi
ilə regionda enerji layihələri üçün əsas vasitəçi kimi xidmət etməkdə davam edir”.
Gürcüstanın Baş nazirinin
birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili isə bu fikirləri
səsləndirib: “Cənubi
Qafqaz Boru Kəməri,
eləcə də
TANAP və TAP layihələri
dünyanın ən uğurlu enerji təşəbbüsləri sırasındadır.
Bu layihələr ABŞ və
Avropa dövlətləri,
beynəlxalq maliyyə
institutları və şirkətlər tərəfindən
dəstəklənməklə ev sahibi ölkələr
arasında qarşılıqlı
faydalı əməkdaşlığın
mükəmməl nümunələridir.
Gürcüstan Cənub
Qaz Dəhlizi təşəbbüsünün tammiqyaslı inkişafına
nail olmaq üçün
Azərbaycan, Türkiyə,
Cənub Qaz Dəhlizinin digər iştirakçıları, Aİ nümayəndələri və
maraqlı tərəflərlə
fəal dialoqu davam etdirməyə sadiqdir”.
Albaniyanın Baş nazirinin
müavini, infrastruktur
və energetika naziri Belinda Balluku bildirib ki, Cənub Qaz Dəhlizi ölkələrimiz arasında
enerji sahəsində əməkdaşlığın və tərəfdaşlığın
daha da təşviqi, bu yolla daha
geniş regionda iqtisadi inkişafı, əlaqəni və enerji təhlükəsizliyini
təşviq edən mexanizmdir. Albaniya təbii qaz təchizatını yeni enerji
mənbəyi kimi əldə etmək, daxili enerji ehtiyaclarını
dəstəkləmək və
elektrik enerjisindən asılılığı azaltmaq,
eyni zamanda ev təsərrüfatları,
sənayelər və
bizneslər üçün
əlçatanlığı yaxşılaşdırmaq üçün
TAP-dan istifadə etmək
üzrə yaxşı
mövqeyə malikdir.
İtaliyanın ətraf
mühit və enerji təhlükəsizliyi
naziri Cilberto Piketto Fratin isə deyib ki, hər birimizin enerji keçidi məqsədlərini koordinasiyalı
həyata keçirmək
üçün öhdəlik
götürməli olduğumuz
bir dövrdə Cənub Qaz Dəhlizi Məşvərət
Şurasının və
Yaşıl Enerji Məşvərət Şurasının
iclasları daha böyük əhəmiyyət
kəsb edir: “Həmçinin G7-yə sədrliyimizi
nəzərə alaraq,
biz bu istiqamətdə
COP29-a sədrliyi çərçivəsində
Azərbaycanla əməkdaşlıq
etmək istəyirik”.
ABŞ-ın Azərbaycandakı
səfiri Mark Libby qeyd edib ki, Cənub Qaz Dəhlizi enerji
marşrutlarının və təchizatın şaxələndirilməsinin,
enerji təhlükəsizliyinin milli təhlükəsizliyin təməli
olduğuna parlaq sübutdur. Gələcəyə baxsaq,
enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi
getdikcə daha çox istifadə etdiyimiz enerji növlərinin
müxtəlifliyi demək olacaq. Xüsusilə neft və qaz
şirkətləri ilə tərəfdaşlıq
mühüm olan zaman metan qazının təsirinin
azaldılması kimi məsələlərdə qlobal səhnədə
COP29-a ev sahibliyi edən Azərbaycan COP28-dən əldə
olunan impulsun davam etdirilməsinə kömək etmək
üçün böyük imkana malikdir.
Rumıniyanın
energetika naziri Sebastian-Ioan Burduja qeyd edib ki, Rumıniyanın
ötürücü sistem operatoru “Transgaz” tranzit boru kəmərlərində
əks axın qabiliyyətini təmin etməkdə məqsədi
Trans-Balkan dəhlizi tam potensialı ilə işləyə
bilsin və təkcə Rumıniya üçün deyil, həm
də regionun digər dövlətləri üçün
lazımi qaz ehtiyatlarını nəql edə bilsin: “Qara dəniz
sualtı kabel xətti bərpaolunan enerjinin ötürülməsi
üçün əhəmiyyətli potensiala malikdir. Bu,
Avropaya yaşıl enerji təchizatını təmin etmək
üçün mühüm fürsət təqdim edir”.
İlk dəfə
Məşvərət Şurasının iclasına
qatılan BƏƏ-nin energetika və infrastruktur naziri Suhail
Mohamed Al Mazrouei isə çıxışında bunları
deyib: “Bizim Azərbaycanla strateji tərəfdaşlığımız
var və biz həmişə enerji təhlükəsizliyi, əlçatanlıq
və iqtisadi artıma diqqət yetirməklə rifah və
qarşılıqlı artımın ümumi vizyonunu əks
etdirən əməkdaşlıq üçün yeni yollar
araşdırırıq”.
Moldovanın
energetika naziri Viktor Parlikov bildirib ki, Azərbaycan və
Türkiyə ərazisindən keçməklə alternativ təbii
qaz nəqli marşrutları Avropa İttifaqına üzv
ölkələrin və regional tərəfdaşların
görünməmiş həmrəyliyi sayəsində
mümkün olub. Bu əməkdaşlıq
sayəsində Moldova getdikcə
enerji cəhətdən
müstəqilləşir.
Sloveniyanın ətraf
mühit, iqlim və energetika naziri Bojan Kumer
isə qeyd edib ki, qaz
həmişə Sloveniyada
və bütün Avropada, xüsusən də sənaye sektorunda enerji qarışığının əhəmiyyətli bir hissəsi olub. Hazırda tərəfdaşlarımız
Aİ-nin öz qaz tədarükünü
şaxələndirmək səylərində
həlledici əhəmiyyətə
malikdir və Azərbaycan əsas strateji tərəfdaş kimi seçilir.
Macarıstanın Xarici
İşlər və
Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti
və enerji təhlükəsizliyi üzrə
dövlət katibi
Peter Sztaray deyib ki, Macarıstan həmişə Cənub Qaz Dəhlizinin tikintisini dəstəkləyib
və onun potensialının artırılması
təkcə Macarıstan,
Mərkəzi və Şərqi Avropa regionu üçün deyil, həm də Avropanın qalan hissəsi üçün mühüm
əhəmiyyət kəsb
edir. Həmrəylik Halqası Sazişi çərçivəsində Azərbaycan qazının
daha çox Mərkəzi və Cənub-Şərqi Avropa
ölkələrinə çatdırılması
üçün regional
infrastruktur sərmayələri
qoyulacaq və Türkiyənin qaz ehtiyatları da regionumuzun qaz təchizatında artan rol oynayacaq. Ümid edirik ki, Azərbaycan qazı gələcəkdə
Qərbi Balkanlarda təbii qazın şaxələndirilməsinə əsaslı töhfə verə biləcək.
Bolqarıstanın energetika
naziri müavini Iva Petrova çıxışında
qeyd edib ki, güclü regional həmrəylik və yaşıl enerji dəhlizləri üzərində əməkdaşlığa
əsaslanan milli və beynəlxalq enerji təhlükəsizliyinə
zəmanət olmadan enerji keçidi mümkün deyil. Etibarlı tərəfdaşlıqdan
irəli gələn həmrəylik və əməkdaşlıq, ortaq
məsuliyyət nəticəsində
ərsəyə gələn
Cənub Qaz Dəhlizinin istismarı nümunədir.
Yunanıstanın ətraf
mühit və energetika nazirinin müavini Aleksandra Sdoukou isə vurğulayıb ki, Azərbaycandan Avropaya Yunanıstan vasitəsilə
10 milyard kubmetrdən çox qaz tədarük edən dəhlizin tam fəaliyyətə başlaması
üç ildən bir qədər çoxdur. Yunanıstan bir tərəfdən
2027-ci ilə qədər
TAP-ın iki dəfə artırılmasını
dəstəkləməklə, digər tərəfdən
Aleksandrupolis FSRU və
Bolqarıstan və Şimali Makedoniyaya boru kəmərləri kimi yeni ixrac
infrastrukturunun tikintisi
və ya təkmilləşdirilməsi ilə
CQD-ni tamamlamaq və genişləndirmək
üçün sistemli
şəkildə işləyir.
Serbiyanın Mədənçilik
və Energetika Nazirliyinin dövlət katibi Veljko Kovacevic
isə mövqeyini belə ifadə edib: “Bakıda Serbiya-Bolqarıstan İnterkonnektorunun
tikintisinin sonunda biz Azərbaycandan
2026-cı ilədək ildə
400 milyon kubmetrə qədər qaz tədarükünü razılaşdırdıq
ki, bundan sonra bu həcm
üç dəfə
arta bilər. Azərbaycan qazı artıq Avropada qaz təchizatı mənbələrinin şaxələndirilməsi
həllinin bir hissəsi kimi tanınıb. Yeni qaz birləşmələri
sayəsində o indi Serbiyanın və regionun daha böyük
enerji təhlükəsizliyinə
töhfə verir”.
Xorvatiyanın İqtisadiyyat
və Davamlı İnkişaf Nazirliyinin dövlət katibi İvo Milatiç isə bildirib ki, İon Adriatik
Boru Kəməri layihəsi ilə bağlı bütün tərəfdaşları ilə
– Albaniya, Monteneqro, həmçinin Bosniya və Herseqovina ilə növbəti bir neçə ay ərzində fəaliyyəti sürətləndirmək
lazımdır.
“Bu baxımdan,
SOCAR-ın bizə göstərdiyi böyük
dəstəyi xüsusi
qiymətləndiririk. Bu
dəstək layihə
üzrə hazırlığın
bu mərhələsinə
çatdırılmasında mühüm rol oynayıb. Biz Avropa İttifaqının
sərhədindən Cənub-Şərqi
Avropaya əlavə qaz mənbəyini təmin etmək üçün qazın Avropaya çatdırılmasında
Azərbaycanın böyük
köməyi ilə fəaliyyətimizi gücləndirəcək
və dörd ölkə arasında uğurlu əməkdaşlığı
canlandıracağıq”, - deyə İvo Milatiç əlavə edib.
Slovakiyanın İqtisadiyyat
Nazirliyinin dövlət
katibi Kamil Sasko isə deyib ki, qazın
şaxələndirilməsi layihələri üzrə
əməkdaşlıq hələ
də həssas olan Mərkəzi və Şərqi Avropa regionunun enerji təhlükəsizliyini
artırmaq üçün
çox vacibdir: “Mən buraya şəxsən Cənub Qaz Dəhlizinə və Xəzər qazını regionumuza gətirən Həmrəylik
Halqasına dəstək
olmaq üçün
gəlmişəm. İnanıram
ki, bizim hər birimizin, o cümlədən maraqlı
tərəflərimizin şəxsi
iştirakı regionumuz
üçün bu mühüm şaxələndirmə
layihəsinin həyata
keçirilməsini sürətləndirəcək”.
Özbəkistanın energetika nazirinin birinci müavini Azim Ahmedhadjaev çıxışında bunları
deyib: “Biz Yaşıl Enerji Məşvərət Şurasının
işində fəal iştirak etməyə və töhfə verməyə hazırıq.
Biz yaşıl enerjiyə qlobal keçidin inkişafı
və hamı üçün daha davamlı və firavan gələcəyin qurulmasında konstruktiv rol oynamağa sadiqik”.
“Cənub Qaz Dəhlizi sessiyası: Gələcəyə baxış”
sessiyasında SOCAR, BP, Azərbaycan
Qaz Təchizatı Şirkəti, TANAP, TAP, ADNOC, Asiya
İnkişaf Bankı
və Dünya Bankının nümayəndələri
çıxış ediblər.
“COP29 fonunda yaşıl
enerji sessiyası: Bərpaolunan enerjinin imkanlarından istifadə”
üzrə sessiyada isə BOEMDA, CESI, SOCAR, Qazaxıstan
Bərpa Olunan Enerji Mənbələrinə
Dəstək Hesablama və Maliyyə Mərkəzi MMC, “Masdar”, bp, “ACWA Power”, “Fortescue
Future Industries”, “WindEurope”, “SolarPower Europe”, TotalEnergies,
Hydrogen Europe, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Avropa İnvestisiya Bankı, IFC,
Asiya İnkişaf Bankı və Dünya Bankının yaşıl enerjiyə keçid, enerji keçidi üzrə investisiya və bazar perspektivləri, bərpaolunan enerji sahəsində həyata keçirilən layihələrlə
bağlı təqdimatları
dinlənilib.
Azərbaycan.-2024.-
2 mart, № 48.- S.8.