Azərbaycan
sülh prosesinə sadiqdir
Alman İqtisadiyyatının
Şərq Komitəsi
sədrinin rəhbərlik
etdiyi nümayəndə
heyətinin ölkəmizə
səfəri, Azərbaycan
Prezidenti İlham Əliyevin nümayəndə
heyəti ilə görüşü, aparılan
müzakirələr, toxunulan
mövzular son günlərin ən maraqlı yeniliklərindən
oldu.
Qlobal iqtisadiyyatda
ölkəmizə maraq
artır
İlk növbədə,
Almaniyanın aparıcı
şirkət rəhbərlərindən
ibarət belə bir geniş tərkibli heyətin Azərbaycana səfəri
diqqəti çəkir.
Biznesin qaydalarına görə, şirkət rəhbərləri, adətən,
onlar üçün
indiki və gələcək perspektivlər
baxımından mühüm
görünən ölkələrə
səfərlər edir,
müxtəlif təkliflər
ətrafında danışıqlara
təşəbbüs göstərir,
mövcud imkanlardan faydalanmağa çalışırlar.
Almaniyanın şirkət
rəhbərlərinin bu
səfəri də qlobal iqtisadi reallıqlar dövründə
ölkəmizə getdikcə
artan marağın, iqtisadi gündəliyin xeyli zəngin olmasının göstəricisidir.
Bu da biznesin bir qanunauyğunluğudur
ki, xarici investorlar, iş adamları üçün
iqtisadi islahatların uğurla həyata keçirildiyi, biznes fəaliyyəti üçün
əlverişli mühitin
yaradıldığı ölkələr
daha əhəmiyyətli
olur. Burada iş qurmağa göstərilən maraq iqtisadi sahədə aparılmış uğurlu
islahatların, Azərbaycandakı
əlverişli biznes mühitinin beynəlxalq sferada yüksək qiymətləndirildiyini göstərir.
Xarici şirkətlərin
rəhbərləri Azərbaycanda
iqtisadi islahatlarla bağlı böyük işlərin həyata keçirildiyini etiraf edir, yalnız ənənəvi enerji sektorunda deyil, başqa sahələrdə
də əməkdaşlıq
üçün yaxşı
imkanların olduğunu
bildirir və bundan faydalanmaq niyyətlərini ortaya qoyurlar. Görüşdə
xüsusi olaraq vurğulandı ki, Almaniya biznes dairələri və şirkətləri iqtisadi,
o cümlədən enerji
sahəsində transformasiya
məsələləri ilə
bağlı bu gündəliyə böyük
töhfələrini verməyə
hazırdır.
Almaniya neytrallıq
nümayiş etdirir
Ümumiyyətlə, son dövrlər Almaniyanın nümayiş
etdirdiyi konstruktiv davranışlar, bu ölkənin ölkəmizə
münasibətində, eləcə
də Azərbaycanın
regionda yaratdığı
yeni tarixi reallıqlara baxışında
obyektiv mövqe tutmasına dəlalət edir. Hiss olunur
ki, bəzi Avropa ölkələrindən
fərqli olaraq Almaniya bölgəmizdə
daimi sülhün, ardıcıl inkişaf proseslərinin olmasında
müəyyən qədər
maraqlıdır və
bunun üçün
imkanlarını ortaya
qoymağa başlayıb.
Elə Azərbaycan
və Ermənistan xarici işlər nazirlərinin görüşünün
Berlində təşkil
olunması da Almaniyanın sülh prosesinə konstruktiv yanaşmasına bir nümunədir. Almaniya qonşuluğunda yerləşən,
"alovun üstünə
benzin tökən"
və Ermənistanı
öldürücü silahlarla
təchiz edən Fransadan fərqli olaraq, sülh prosesində neytrallıq nümayiş etdirir.
Görüşdə Prezident İlham Əliyev böyük nümayəndə heyətinin
iqtisadi əməkdaşlığın
gündəliyinin müzakirəsi
üçün Azərbaycana
səfər etməsinin
önəmini qeyd etdi, bu sahənin
ikitərəfli münasibətlərimizdə
mühüm rol oynadığını vurğuladı
və bunu əlaqələrimizin yaxşı
göstəricisi kimi dəyərləndirdi. Eyni
zamanda Kansler Şoltsun təşəbbüsü
ilə bu yaxınlarda Münxendə
Ermənistanın baş
naziri Nikol Paşinyanla keçirilən
görüşün sülh
prosesinə dinamizm gətirilməsi baxımından
önəmini vurğuladı.
Görüşdə xüsusi
bildirildi ki, Azərbaycan sülh prosesinə həmişə
sadiqdir. Beynəlxalq hüququn bütün normalarının Azərbaycanın
tərəfində olduğunu
deyən dövlətimizin
başçısı bildirdi
ki, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü
təmin etməsi ilə bağlı son vaxtlar bizi
hər hansı günahlandırma cəhdləri
tamamilə əsassız
və qərəzlidir.
Azərbaycan öz ərazi bütövlüyünü
və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı
addımlardan fərqli
addımlar atmır. Bunun təəssüf hissi doğurduğu qeyd olundu. Belə
bir münasibət bu gün bir
sıra beynəlxalq institutlar tərəfindən,
o cümlədən Avropa
İttifaqı üçün
adi hala çevrilsə də, heç bir reallığı əks etdirmir və verilən qeyri-adekvat bəyanatlar beynəlxalq hüququn normalarına ziddir. Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə
qarşı pərdələnmiş
təhdid kimi qiymətləndirir. İkinci
Qarabağ müharibəsi
başa çatdıqdan
sonra ölkəmiz sülh danışıqları
təşəbbüsü ilə çıxış
etdi. Sülh yolu ilə həllin
beş əsas prinsipi işlənib hazırlandı, sülh müqaviləsinin mətninin
layihəsi təqdim olundu. Bütün bunlar reallığı əks etdirən faktlardır.
Fransa və Avropa İttifaqının
islamofob mövqeyi
Əfsuslar olsun
ki, Avropa İttifaqının bugünkü
məkrli mövqeyi başa düşülmür.
Bu təşkilat yenə də ikili standartlar prinsipinə "sadiqdir".
Avropa İttifaqı Azərbaycana qarşı saxta məlumatlar əsasında ittihamlar səsləndirir, Azərbaycanın
guya Ermənistana hücuma hazırlaşması
ilə bağlı feyk xəbərlər tirajlamaqdan belə çəkinmir. Beləliklə,
bu cür ikrah doğuran qərəzli yanaşmalarla
öz nüfuzunu zərbə altında qoyur.
Ən ibrətamiz
məqamlardan biri isə budur ki, bütün dünya Ukrayna nümunəsində təxminən
eyni reallığa Fransanın, Avropa İttifaqının tamam əks münasibətinə
şahiddir. Belə ki, Fransa, Avropa
İttifaqı bu gün Ukraynanın əsas müdafiəçilərindəndirlər
və Ukraynanı ərazi bütövlüyünü
təmin etməyə
çalışdığına görə müdafiə edirlər. Azərbaycana isə ərazi bütövlüyünü təmin
etdiyinə görə
tamam başqa münasibət sərgilənir,
ölkəmiz buna görə ən qərəzli şəkildə
günahlandırılır. Bu mövqe tamamilə
anlaşılmazdır və
bunun islamofobiyadan başqa adı yoxdur.
Torpaqlarımızı işğal altında saxlayan Ermənistan 30 il müddətində BMT Təhlükəsizlik Şurasının
məlum qətnamələrinə,
beynəlxalq hüququn
normalarına, o cümlədən
humanitar normalara məhəl qoymadı, Xocalı soyqırımını
törətdi. İndi
Azərbaycan suverenliyini
və ərazi bütövlüyünü bərpa
etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan
sonra hücumlara məruz qalır.
Görüşdə bir mühüm məqama da toxunuldu. Xarici, o cümlədən Almaniya mətbuatında Azərbaycan
haqqında bilərəkdən
mənfi təəssürat
yaradan materiallarda reallığa
uyğun gəlməyən,
böhtan xarakterli məlumatların olmasıdır.
Görüşdə çox
təəssüf hissi
ilə vurğulandı
ki, Azərbaycan guya azadlıqların təmin olunmadığı,
insanların öz fikirlərinə görə
həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. "Bu, tamamilə yalandır və mən bundan təəssüf hissi keçirirəm",
- deyən Prezident İlham Əliyev bunun saxta, məkrli
məlumat olduğunu həmin
yazıların müəlliflərinin
özlərinin də
yaxşı bildiyini qeyd etdi. Bu
kampaniya qərəzlidir
və ölkəmiz haqqında bilərəkdən
mənfi təəssürat
yaradılır. Hazırda
ölkədə gedən
quruculuq işlərinin,
aparılan islahatların,
xalqın rifahı naminə görülən
tədbirlərin, reallaşdırılan
layihələrin, bir sözlə, bütün sahələrdə olan uğurlu proseslərin hamı şahididir.
Reallıq qəbul
olunmalıdır
Almaniyanın Cənubi
Qafqazdakı yeni tarixi reallıqlara neytral yanaşmasına rəğmən Avropa Şurası Parlament Assambleyasında Azərbaycan
nümayəndə heyətinin
səs hüququndan məhrum edilməsi barədə qərarın
Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvü tərəfindən verilməsini
isə anlamaq çətindir. Almaniya Kansleri qərəzsizlik nümayiş etdirir, bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə
AŞPA-da 2 qeyri-xristian
ölkəsindən biri
olan Azərbaycanı uzaqlaşdırmaq istəyir
və bunu nümayişkaranə, həm
də məqsədyönlü
şəkildə edir.
Əgər bizim öz mövqeyimizi bildirmək hüququmuz yoxdursa, nəyə görə orada olmalıyıq?! Qeyd edək ki, bu
qərara görə bu il Azərbaycanın
AŞPA-nı tərk
etməsi mümkün
ehtimaldır.
Prezident İlham
Əliyev bildirdi ki, əgər bir il ərzində
nümayəndə heyətimizin
hüquqları bərpa
olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız
barədə məsələyə
ciddi şəkildə
baxa bilərik.
Bu gün Qərbin Azərbaycana münasibətdə sərgilədiyi
davranışlar vaxtilə
guya münaqişənin
həllinə təşəbbüs
göstərən dövlətlərin,
əslində, ölkəmizə
qarşı nə qədər qeyri-obyektiv mövqe tutduqlarını,
illərlə onlara göstərilmiş ümidlərin
hədər getdiyini, Azərbaycanın öz ərazi bütövlüyünü
bərpa etmək üçün hərbdən
başqa yolunun qalmadığını bir
daha sübuta yetirir. Vaxtilə ATƏT-in Minsk qrupunda
təmsil olunmuş Fransa, ABŞ və Rusiya Azərbaycanı öz yolundan döndərmək üçün
illərlə müxtəlif
alətlərdən istifadə
etmişdilər. Sadə
bir səbəbə görə ki, onlar Azərbaycanın öz torpaqlarını azad etməsini istəmirdilər. Rusiya artıq reallığı
qəbul etsə də, ABŞ və Fransa hələ də inad edir.
Halbuki bu ölkələr Cənubi
Qafqazın aparıcı
ölkəsi, ən böyük iqtisadiyyatına,
ordusuna malik, geniş beynəlxalq əlaqələri olan Azərbaycanla işləmək
yolunu tutmalıdırlar.
Almaniyanın son
dövrlər göstərdiyi
mövqe buna bir nümunədir.
İradə
ƏLİYEVA,
Azərbaycan.-2024.-
2 mart, ¹ 48.- S.9.