Almaniya
ölkəmizlə münasibətlərin
inkişaf etdirilməsinin
vacibliyini anlayır
"Almaniyanın aparıcı
şirkət rəhbərlərindən
ibarət heyətin Azərbaycana səfəri
Prezident İlham Əliyevin yürütdüyü
daxili və xarici siyasət sayəsində ölkəmizin
dünyadakı nüfuzunun
durmadan artığını
sübut edir. Bu, həmçinin ölkəmizə artan marağın miqyasından
və iqtisadi gündəliyin zənginliyindən
xəbər verir".
Bu fikirləri qəzetimizə açıqlamasında
Milli Məclisin deputatı Kamilə Əliyeva deyib. Deputat söyləyib ki, Azərbaycan dünyada iqtisadiyyatı sürətlə inkişaf
edən dövlətlərdəndir:
"Cənubi Qafqaz iqtisadiyyatının 70 faizinin
cəmləşdiyi Azərbaycanda
xarici şirkətlərin
fəaliyyət göstərmələri
üçün geniş
imkanlar yaradılıb.
Torpaqlarımız işğaldan
azad edildikdən sonra siyasi sahədə
olduğu kimi, iqtisadiyyatımızda da böyük uğurlar qazanılıb. Bu gün bir çox
Avropa dövləti Azərbaycanın dost və tərəfdaş ölkə olduğunu vurğulayırlar".
Bütün bunlara
baxmayaraq, son dövrlər Azərbaycanla
siyasi və iqtisadi əlaqələri
ürəkaçan olmayan
dövlətlərdən birinin
də Almaniya olduğunu vurğulayan Kamilə Əliyeva deyib: "Lakin çox keçmədi ki, Almaniyanın siyasi dairələri Azərbaycanla münasibətlərin
həm siyasi, həm də iqtisadi sahələrdə
normallaşmasının və
inkişaf etdirilməsinin
lazım olduğunu başa düşdülər.
Almaniya Azərbaycanın
Avropanın enerji təhlükəsizliyindəki mühüm
rolunu qəbul edir. Onu da
unutmaq olmaz ki, Almaniya Avropa
İttifaqına daxil olan ölkələr arasında iqtisadi cəhətdən inkişaf
etmiş ən qabaqcıl dövlətlərdəndir.
Həmçinin Almaniya
Aİ-nin iqtisadi siyasətini müəyyənləşdirir".
Kamilə Əliyeva
qeyd edib ki, Almaniyanın geniş tərkibdə aparıcı şirkət
rəhbərlərindən ibarət heyətinin Azərbaycana səfəri
ölkəmizə artan
marağın bariz nümunəsidir: "Prezident
İlham Əliyevin Alman İqtisadiyatının
Şərq Komitəsinin
sədrinin rəhbərlik
etdiyi nümayəndə
heyətini qəbul etməsi iki ölkə arasında iqtisadi əlaqələrin
yeni mərhələyə
qədəm qoyduğunu
göstərir. Almaniya
şirkətləri enerji
sektoru ilə yanaşı, iqtisadiyyatın
digər sahələrində
də ölkəmizlə
əməkdaşlıq etməyə
böyük maraq göstərir və bunun üçün yaxşı imkanların olduğunu qeyd edirlər. Bu ölkə siyasi sahədə də Azərbaycanla əlaqələri
yaxşılaşdırmağa üstünlük verir".
Deputat həmçinin
Münxen Təhlükəsizlik
Konfransında Almaniya Kansleri Şoltsun vasitəçiliyi ilə
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Paşinyan arasında keçirilən
görüşdə Almaniyanın
neytral mövqe nümayiş etdirdiyini bildirib. Qeyd edib ki, Münxendə
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin
sülh müqaviləsinin
müzakirəsi üçün
Berlində bir araya gəlmələri barədə razılıq
əldə edilməsi
də bu neytral mövqenin təsdiqidi. "Fevralın
28-də əvvəlcə Almaniyanın
xarici işlər naziri Annalena Berbokun iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla
Ermənistan xarici işlər naziri Mirzoyan arasında, daha sonra isə
azərbaycanlı və
erməni həmkarların
ikilikdə görüşü
keçirildi. Ardınca
isə Almaniyanın xarici işlər naziri hər iki həmkarı ilə təkbətək görüşdü. Görüşlərdən
sonra verilən açıqlamalarda müzakirələrin
müsbət istiqamətdə
getdiyi vurğulandı.
Biz yenə də Almaniyanın neytral mövqedən çıxış etdiyinin,
Azərbaycanla Ermənistan
arasında münasibətlərin
normallaşmasına çalışdığının
şahidi olduq. Berlində Almaniyanın vasitəçiliyi ilə
baş tutan bu görüşlər Azərbaycanla Ermənistan
arasında sülh sazişinin imzalanması istiqamətində mühüm
addım olacağına
ümid edirik", - deyə müsahibimiz vurğuladı.
Kamilə Əliyeva
xatırladıb ki, Prezident İlham Əliyevin şirkət rəhbərləri ilə
görüşündə Almaniyanın Azərbaycandakı
səfirinə AŞPA-dakı
almaniyalı deputatın
ölkəmizə qarşı
qəbul edilmiş qərəzli qərarın
müəlliflərindən biri olması barədə öz iradlarını çatdırması
mühüm əhəmiyyətə
malikdir. AŞPA-da ölkəmizə qarşı
çıxış edən
deputatın Almaniyada hakimiyyətdə olan partiyanın üzvü olması da xüsusi vurğulandı.
Güman edirik ki, Almaniyanın hakim partiyası bu istiqamətdə müəyyən işlər
görəcək. AŞPA-ya
gəlincə, bu qurum Azərbaycana qarşı düşmən
mövqedən əl çəkmədiyi təqdirdə
ölkəmiz bu təşkilatla əməkdaşlığa
yenidən baxacaq və bu cür
davam edərsə,
AŞPA-nı tərk
edəcək.
"Dövlət başçısı
Almaniya mətbuatında
Azərbaycana qarşı
qarayaxma kampaniyasının
aparıldığını da səfirin diqqətinə çatdırdı.
Sözsüz ki, ölkəmizin beynəlxalq
aləmdə nüfuzuna
xələl gətirməyə
hesablanmış bu cür yalan məlumatlar qəbuledilməzdir.
Bu, erməni lobbisi və onların Qərbdəki havadarlarının Azərbaycana
qarşı yönəlmiş
düşmənçilik siyasətinin
bir parçasıdır",
- deyə deputat qeyd edib.
Müsahibimiz yekunda
Azərbaycanın bir dövlət və xalq olaraq yenilməz
gücünə diqqət
çəkib. Vurğulayıb
ki, ölkəmiz Cənubi Qafqaz regionunda siyasi, iqtisadi və hərbi sahələrdə
ən güclü olan və beynəlxalq
aləmdə böyük
nüfuza malik dövlətdir: "Müasir
dünyamızda iqtisadi
və siyasi cəhətdən sürətlə
inkişaf edən Azərbaycanla əlaqələr
qurmaq istənilən ölkəyə üstünlüklər
bəxş edər. Çünki Azərbaycanın
xarici siyasətinin əsas prioriteti bütün dövlətlərlə
dost və səmimi münasibətlər
qurmaq və sülh şəraitində
yaşamaqdır".
Nəzrin
QAFARZADƏ,
Azərbaycan.-2024.-
2 mart, № 48.- S.9.